50
ri göstərir ki, Hacı dayının da ölümsüz olduğunu göstərən lətifə-
lər vardır və onlardan biri antologiyaya daxil edilmişdir.
Hacı dayı ölür. Bunu hörmətlə dəfn edirlər. O biri dünyada
baxıb görür ki, bir tərəfdə cənnət var, bir tərəfdə cəhənnəm. Fikir-
ləşir ki, cənnətə getsin. Onu cənnətin qapısından içəri buraxmırlar.
Deyirlər ki, günahın çoxdur, hamıya sataşmısan. Əlacsız
qalıb gedir cəhənnəmə. Ancaq ora da buraxmırlar. Deyirlər:
– Sən heç kəsə pislik eləməmisən, sənin yerin bura deyil.
Hacı dayı işi belə görəndə üzünü göyə tutub deyir:
– Ya Allah, özün görürsən ki, mənə nə cəhənnəmdə yer ver-
dilər, nə də cənnətdə. Odur ki, indi mən Şəkiyə qayıtmalı olaca-
ğam.
Deyirlər ki, Hacı dayı o qayıdandır, daha ona ölüm yoxdur.
Hacı dayının ölümsüzlüyünü əsaslandıran lətifə ona görə əla-
mətdardır ki, Azərbaycan folklorunda Molla Nəsrəddindən sonra
heç bir lətifə personajı bu səviyyəyə qaldırılmamış və onlardan
heç birinə xalq ölümsüzlük bəxş etməmişdir.
Dünya xalqları öz ideallarına, öz mənəvi ehtiyaclarına uyğun
olaraq ölümsüzlüyü adətən qəhrəmanlıq eposunun baş qəhrəman-
larına bəxş edirlər, o da həmişə yox. Komik eposun qəhrəmanları
içərisində isə ölməzlik qazanan Nəsrəddindir. Hacı dayının ölüm-
dən qaçması (həmin mövzuda “Şəki folkloru”nun əvvəlki cild-
lərində ustad Yaşar Qarayev söhbət açmışdır və mənim də kiçik
qeydlərim vardır) barədə lətifələr bir silsilə qəhrəmanı kimi onun
yüksək avtoritetinə işarədirsə, ölməzliyi barədəki lətifələr bu avto-
ritetin təsdiqidir. Xalq Molla Nəsrəddin kimi Hacı dayını da öl-
dürmür, çünki onun varlığına mənəvi ehtiyac duyur.
Ümumiyyətlə Molla Nəsrəddin və Hacı dayı lətifələri arasın-
dakı çoxcəhətli münasibətlər daha ətraflı söhbətin mövzusu olma-
ğa layiqdir. Biz burada yalnız bəzi məqamları göz önünə çəkdik.
Hazırki antologiyada verilmiş “Həsən əminin öküzü” adlı
kiçik dastan folklorşünaslıq baxımından diqqətəlayiq və haqqında
söhbət açılması lazım olan bir nümunədir. Ancaq məhz bu dastan
51
məni geri baxmağa, “Azərbaycan folkloru antologiyası”nın 2000-
ci ildə buraxılmış IV cildinə, yəni “Şəki folkloru”nun birinci
cildinə nəzər salmağa məcbur etdi.
Məlumdur ki, mən həmin cildin rəyçilərindən biri olmuşam.
O vaxt “Dastanlar” bölməsi ilə bağlı vacib bir məsələnin üstündən
keçməklə, yumşaqlıq göstərməklə səhv etdiyimi, öz saxtakarlı-
ğımla başqalarının saxtakarlığına dəstək verdiyimi bu yeni cildlə
tanış olarkən başa düşdüm.
IV cilddə müəllifinin Molla Cümə olduğu göstərilməklə iki
dastan çap olunmuşdur. Onlardan biri - “Sayatbəy və Sayalı xa-
nım” dastanı (s. 353-382) haqqında aşağıdakı qeydlər verilmişdir:
“Azərbaycan EA Arxitektura və İncəsənət İnstitutunun arxivi. İş
77. 1938. Əlyazmanın üstündə belə bir qeydlə rastlaşırıq: “Sayat-
bəy və Sayalı xanım”. Nağıl. Söyləyəni Aşıq Əhməd Qafarov.
Nuxa rayonu. Layısqı kəndi. 21 mart, 1938-ci il” (s. 489).
Oradakı digər dastan isə yenə də Azərbaycan EA Arxitektura
və İncəsənət İnstitutunun arxivindən götürülmüş (iş № 63. 1938)
“Cəlalı Məhəmməd və Tavat xanım”dır (s. 341-352) və onun da
Molla Cümənin şagirdi aşıq Əhməd Qafarovun dilindən yazıya
alındığı qeyd olunur (s. 488). Ancaq antologiyada adı çəkilən bu
dastanların kim tərəfindən yazıya alındığı göstərilməmişdir. Prof.
Rafael Hüseynovun tədqiqatından aydın olur ki, “Cəlalı Məhəm-
məd və Tavat xanım” dastanının yaradıcısı Molla Cümədir və onu
aşıq Əhmədin söyləməsindən yazıya alan Cahanbaxşdır (bax:
R.Hüseynov, “Vaxtdan uca”, Bakı-1988, s. 244). Burada “Sayad və
Sayalı” dastanının da müəllifinin Molla Cümə olduğu göstərilmiş-
dir (s. 244), ancaq onun toplayıcısı barədə məlumat verilməmişdir.
R.Hüseynovun kitabından aydın olur ki, hər iki dastan o vaxt
Bülbülün rəhbərlik etdiyi və Ərtoğrol Cavidin əməkdaşı olduğu
Elmi-tədqiqat musiqi kabinəsinin materiallarındandır. Ərtoğrolun
onlara rəy yazdığı da məlumdur.
Məsələ burasındadır ki, R.Hüseynovun “Vaxtdan uca” kitabı
(1988) və “Azərbaycan folkloru antologiyası”nın IV cildi (2000)
işıq üzü görməmişdən xeyli əvvəl - 1982-ci ildə Bakıda “Gənclik”
52
nəşriyyatında “Məhəbbət dastanları” çap olunmuş (toplayanı və
tərtib edəni Rüstəm Rüstəmzadə) və buraya “Sayat bəy - Səyalı
xanım” dastanı daxil edilmişdir. Bu dastan haqqında kitabın so-
nunda aşağıdakı qeydlər verilmişdir: “Sayat bəy - Səyalı xanım”
dastanı Qazax rayonunun Poylu kəndində yaşayan Dursun Qara-
oğlundan toplanmışdır. Onun dediyinə görə dastanı 1937-ci ildə
onlarda qonaq olmuş Aşıq Abbas söyləmişdir. Aşıq Abbasın Dur-
sun Qaraoğluna dediyinə görə həmin dastanı Layiskili Molla Cü-
mədən öyrənmişdir” (s. 161).
Həmin dastan (s. 111-144) və həmin qeydlər (s. 498) “Mə-
həbbət dastanları”nın genişləndirilmiş çapında (Gəncə-2007; top-
layıb tərtib edəni Rüstəm Rüstəmzadə) da təkrarən verilmişdir.
“Sayat bəy və Sayalı xanım” dastanının “Məhəbbət dastanla-
rı”nda (1982) və “Antologiya”da (2000) nəşr edilmiş mətnlərini
müqayisə etdikdə birinci nəşrdəki pasport qeydlərinin həqiqət ol-
madığı aşkara çıxır. Məlum olur ki, R.Rüstəmzadə də bu dastanı
“Antologiya”nın tərtibçilərindən biri olan Ramazan Qafarlı kimi
Azərbaycan EA Arxitektura və İncəsənət İnstitutunun arxivindən
götürmüş, ancaq bunu gizlətmişdir.
R.Rüstəmzadə dastana tez-tez xırda “düzəlişlər” etsə də bü-
tövlükdə onun mətninə əl qatmamışdır. Burada Rüstəmzadənin ən
böyük müdaxiləsi dastanın əvvəlində Molla Cümənin adından ve-
rilmiş ustadnaməni və sonundakı deyişməni ixtisar etməsidir.
Ənənəyə görə aşıq söylədiyi dastanı yekunlaşdırarkən müxəm-
məs ifa edir. Bu müxəmməs məhəbbət dastanlarında duvaqqapma,
qəhrəmanlıq dastanlarında isə dastan, yaxud qəhrəmannamədir.
“Antologiya”ya daxil edilmiş “Sayat bəy və Sayalı xanım” dastanı-
nın axırında Molla Cümənin duvaqqapma məqamında verilmiş mü-
xəmməsilə (s. 380-381) ifa qurtarmır və kiçik təhkiyədən sonra Xo-
ca Müslümlə Sayat bəyin deyişməsi (s. 381-382) meydana çıxır və
dastan bununla da sona yetir. Söyləyicilik ənənəsinin bu cür “po-
zulması” dastan morfologiyasının öyrənilməsi üçün maraqlı bir
faktdır. Ancaq təəssüf ki, “Məhəbbət dastanları”nı tərtib edərkən
R.Rüstəmzadə həmin deyişməni çıxarıb atmışdır.
Dostları ilə paylaş: |