53
Beləliklə, R.Rüstəmzadənin “düzəlişləri” nəticəsində Molla
Cümənin adı “Sayat bəy və Sayalı xanım” dastanından aralı düşür:
a) aşığın ustadnaməsi çıxarılır; b) dastanın söyləyicisi - Molla
Cümənin şagirdi aşıq Əhmədin adı gizlədilir; c) pasport qeydlərin-
də dastanla heç bir əlaqəsi olmayan şəxslərin adları peyda olur və
xüsusilə də aşıq Abbas kimliyi və haralı olduğu göstərilmədən
mifik bir şəkildə təqdim edilir; ç) Molla Cümə dastanın yaradıcısı
kimi yox, yalnız söyləyicisi kimi göstərilir. Bir sözlə, dastan
mümkün qədər Molla Cümədən və ümumiyyətlə, Şəki aşıq dünya-
sından uzaqlaşdırılır.
Bütün bu azdırmaların səbəbi nədir? Anlamaq olmur.
Şəki aşıq aləminə aid əldə olan azsaylı faktların qəsdən başqa
bölgələrin aşıq dünyasına aid edilməsi Azərbaycanın aşıq xəritə-
sində olan boşluqları bir az da dərinləşdirmirmi? Həmin xəritənin
konturlarını qarışıq salmırmı? Bu, qaş düzəldən yerdə göz çıxar-
maq deyilmi?
Bu gün aşıq sənəti Şəkidə XX əsrin 30-cu illəri ilə müqayisə-
də son dərəcə zəiflədiyi (ancaq tükənmədiyi!) halda, Qazaxda tam
bir həyatla yaşamaqdadır və həmin sənət dairəsində Qazağın
Şəkiyə heç bir ehtiyacı yoxdur. Bu gün Qazax özü yalnız Şəkiyə
yox, bütün Azərbaycana dastan payı verə bilər. R.Rüstəmzadənin
“Məhəbbət dastanları”nın hazırlandığı və çap olunduğu 1960-80-
ci illərdə mənim əmi kimi hörmət etdiyim, sinəsində 40-a yaxın
dastan yatan və sağlığında qiyməti verilməyən ustad aşıq Avdı el
məclislərində oğlu aşıq Sadıqla (bu günün ustad sənətkarlarından
biri!) üzbəüz dastan söyləyirdi. Qazax aşıq sənətinin onsuz da uca
olan adını daha da ucaltmaq üçün aşıq Avdının repertuarını yazıya
köçürmək daha yaxşı olmazdımı?
O vaxt “Azərbaycan folkloru antologiyası”nın IV cildinə, yə-
ni “Şəki folkloru”nun I cildinə, rəy yazarkən mən bu hissləri ke-
çirdim, ancaq qələmə almadım. Çünki XX əsrin ikinci yarısında
R.Rüstəmzadənin jurnal məqalələrindən başlamış doktorluq işinə
qədər əksər əsərləri ilə tanış idim və onu zəhmətkeş, daima elmi
ictimaiyyət qarşısında hesabat verən istedadlı bir alim kimi tanı-
54
yırdım. Lakin aradan illər ötəndən sonra “Şəki folkloru”nun hazır-
ki cildi ilə tanış olarkən, necə deyərlər, “təzələndi köhnə dərdim”.
Burada verilmiş “Həsən əminin öküzü” adlı kiçik dastanı
oxuyarkən R.Rüstəmzadənin çap etdirdiyi “Aşıq rəvayətləri” kita-
bındakı (Bakı-1988) eyni adlı əsəri xatırladım (s. 89-95). Tutuş-
durma zamanı eynilə yuxarıdakı hadisənin şahidi oldum: “Həsən
əminin öküzü”nü hər iki folklorçu - R.Rüstəmzadə və H.Əbdül-
həlimov eyni mənbədən götürüblər; R.Rüstəmzadə bu dastana
“Sayat bəy və Sayalı xanım”dan daha çox əl gəzdirib, “səhmana
salıb”; dastanın əvvəlində Molla Cümənin adından verilmiş 13
bəndlik ustadnaməni ixtisar edib; dastanı haradan götürdüyünü və
onun söyləyicisini gizlədib.
H.Əbdülhəlimov həmin nümunəni AMEA Memarlıq və İncə-
sənət İnstitutunun arxivindən götürdüyünü (inv. № 57) və söylə-
yicinin aşıq Əhməd olduğunu göstərir. R.Rüstəmzadənin qeydləri
isə belədir: “Həsən əminin öküzü” rəvayəti görkəmli el şairi Molla
Cümənindir” (Aşıq rəvayətləri. Toplayanı və tərtib edəni R.Rüs-
təmzadə. Bakı-1988, s. 151; xatırlayaq ki, Molla Cümə yalnız şair
deyil, sözün tam mənasında yaradıcı və ifaçı aşıq olmuşdur; o,
yalnız şeirlərin yox, həm də bir sıra saz havalarının müəllifidir -
F.Ç.).“ ...“Həsən əminin öküzü” rəvayəti 1965-ci ildə Qazax
rayonunun Ağköynək kəndində yaşayan aşıq Yarməmməddən
toplanmışdır. O, 1885-ci ildə anadan olmuş, uzun müddət aşıqlıq
etmiş, 82 yaşında Ağköynək kəndində vəfat etmişdir” (yenə ora-
da, s. 152).
Aydın məsələdir ki, 1967-ci ildə dünyasını dəyişmiş rəhmət-
lik aşıq Yarməmmədin onun adına yazılmış söyləmədən xəbəri
olmayıb.
Güman edirəm ki, saxtalaşdırma və ünvansızlaşdırma ilə bağ-
lı yuxarıda təsvir olunan hadisələrin geniş izaha ehtiyacı yoxdur.
Bircə onu qeyd etmək istərdim ki, Molla Cümə irsinin kamil təd-
qiqatçısı Paşa Əfəndiyev R.Rüstəmzadənin “Məhəbbət dastan-
ları”na (1982) daxil olan nümunələrdən yalnız “Sayat bəy və Sa-
yalı xanım”ı (“Səyyad və Səyalı”) yox, “Baxış bəy və Leyla xa-
55
nım”ı (“Baxış-Leyla”) da Molla Cümənin dastanı hesab edir
(Molla Cümə. Əsərləri. Toplayanı və tərtib edəni P.Əfəndiyev.
Bakı-1995. səh. 487). Həmin dastan haqqında söhbəti biz başqa
bir vaxta saxlayırıq. Hələliksə qayıdaq “Həsən əminin öküzünə”.
Həmin nümunənin elmi cəhətdən əsas dəyəri ondadır ki, o,
Azərbaycan türk xalqının “komik epos”unun (V.Y.Qusyev) janr-
ları içərisində qaravəllidən, lətifədən və yalan-palandan (uşaq qa-
ravəllisindən) başqa yumoristik dastanın da olduğunu göstər-
məkdədir. Elə R.Rüstəmzadənin “Aşıq rəvayətləri” (Bakı-1988)
kitabındakı “Aşıq Məhəmmədin çuxa əhvalatı” (s. 72-78) ruhən
“Həsən əminin öküzü”nə çox yaxın olan maraqlı yumoristik das-
tandır. Görünür belə dastanlar ümumiyyətlə kiçik olurlar. Həl
halda əldə olan materiallar hələlik bunu deməyə imkan verir.
Kiçik dastandan danışarkən istər-istəməz “dastan” və “aşıq
rəvayəti” anlayışları arasındakı fərq məsələsi üzə çıxır.
Əsas fakt odur ki, dastan da, aşıq rəvayəti də eyni poetik
formaya malikdirlər. Çap məhsullarından və söhbətlərdən görünür
ki, toplayıcılar onların arasındakı fərqi həcmdə görürlər. Ancaq bu
fərqin özü də həmişə nəzərə alınmır. Məsələn, aşıq rəvayətlərinin
ilk dəfə cəm halında nəşr elildiyi bir kitabda (Aşıq Ələsgər. Tərt.
ed. Ə.Axundov, M.H.Təhmasib. Bakı-1963) 28 səhifəlik “Aşıq
Ələsgərnən Dəli Alının əhvalatı” (s. 342-369) rəvayət sayılır, an-
caq sonrakı illərdə çıxan kitablarda, jurnallarda və qəzetlərdə
həcmcə bundan iki-üç dəfə kiçik olan əsərlər dastan kimi təqdim
olunur. Yaxud “Aşıq rəvayətləri” kitabında 9,5 səhifəlik “Kə-
rəmxan sərtib” (s. 79-88) “Qeydlər və şərhlər” bölməsində dastan
adlandırılır (s. 153), ondan böyük olan (11 səhifə) “Dəli Alı ilə
aşıq Ələsgərin ikinci görüşü” (s. 118-129) isə rəvayət (s. 154).
Sərhəd haradadır? Məlum deyil.
Əlbəttə, dastanla aşıq rəvayətinin arasındakı fərqlərdən danı-
şarkən onların kompozisiya quruluşundakı sadəlik və mürəkkəb-
lik, personajların azlığı və çoxluğu, onların süjetdə iştirakının də-
rəcəsi və s. nəzərə alınmalıdır. Məsələn, “Aşıq rəvayətləri” kita-
bında verilmiş “Şair Cavadın Aran səfəri”ndə (s. 6-10) aşıq hər
Dostları ilə paylaş: |