56
gördüyü gözələ bir tərif deyə-deyə gəlib çatır mənzilə. Burada
bəsit və qapanmayan, yəni şaxələnməyə və tamamlanmağa meyl
etməyən süjet var. Bu səbəbdən də həmin rəvayəti düz xətt üzrə
istənilən qədər uzatmaq, həcmcə böyütmək olar. Ancaq o dastana
çevrilə bilməz.
Rəvayətlə dastanın arasındakı fərqlərdən biri də dastan struk-
turunun vacib komponentləri - başlanğıcdakı ustadnamələr və
sondakı müxəmməsdir. Bir sıra nəşrlərdə bunlar nəzərə alınmasa
da, hər halda ustadnamə də, müxəmməs (duvaqqapma, dastan,
qəhrəmannamə) də məhz dastana aiddirlər.
Dastanla aşıq rəvayətinin fərqli cəhətlərindən söhbət açmağa
dəyər, ancaq onların arasında sərhəd qoymaq mümkün deyil,
çünki bu sərhəd yoxdur. Üç-dörd səhifəlik aşıq rəvayətinin inkişaf
edərək dastana çevrilməsi prosesi də, əks proses də mümkündür.
Bütün yuxarıda deyilənləri nəzərə almaqla biz “rəvayət”
anlayışından başqa “kiçik dastan” anlayışının da yaşamağa haqqı
olduğunu görürük. Məsələn, yenə də “Aşıq rəvayətləri” kitabında-
kı “Aşıq Məhəmmədin Qars səfəri” (s. 58-71) süjet dolğunluğuna,
ənənəvi strukturuna (sonundakı müxəmməs də daxil olmaqla)
görə kiçik dastandır.
Məlum olduğu kimi “былина” rus xalq qəhrəmanlıq eposu-
nun janrıdır. Ancaq rus folklorunda satirik “былина”lar da vardır
(Bax: Дм. Молдавский, Русская народная сатира. Ленинград,
1967). Azərbaycan aşıq sənətində satirik dastanın olub-olmaması
məsələsi hələlik açıq qalsa da, “Həsən əminin öküzü” tipli kiçik
yumoristik dastanların mövcudluğu göz qabağındadır.
Şəki folkloru haqqında söhbətə yekun vurmaq üçün yenə də
Şəki lətifələrinə müraciət etmək istərdim.
Birinci lətifə.
Şəkilidən soruşdular:
– Haralısan?
Dedi:
– Adam haralı olar?
İkinci lətifə.
57
Bir əcnəbi Şəkidə girir dərzi dükanına. Parçanı dəzgahın üs-
tünə qoyub deyir:
– Ay usta, Avropanı, Amerikanı gəzmişəm, amma heç kəs
mənə bu parçadan kostyum tikə bilməyib. Deyirlər ki, azdır,
çatışmır.
Dərzi parçaya baxıb deyir:
– Mən tikərəm. Get, bir həftədən sonra gələrsən.
Əcnəbi gedir. Şərtləşdikləri kimi bir həftədən sonra gələndə
görür ki, dərzi onun əyninə olan əla bir kostyum tikib. Üstəlik
artıq qalan parçadan bir jilet də tikib. Təəccübündən söz tapmır.
Deyir:
– Ay usta, Avropada, Amerikada bu parçadan kostyum çıxara
bilmədilər, amma sən üstəlik bir jilet də çıxartdın. Lap möcüzədir!
Dərzi deyir:
– Qardaş, sən oralarda böyük adam ola bilərsən. Ancaq bura
Şəkidir, sən burda kiçik adamsan. İstəsəm sənə bu parçadan bir
kepka da tikərdim.
Bu lətifələrdən çıxan nəticə nədir? Doğrudanmı şəkililər
özlərindən razıdırlar, özlərini başqalarından üstün tuturlar?
Əsla yox! Hamı bilir ki, şəkililər çox sadə, gülərüz və zara-
fatcıl insanlardır. Ədabaz adamda yumor hissi olmaz. Şəkililər bir
adamda lovğalıq, özündənbəylik hiss edən kimi ona elə bir ləqəb
yapışdırırlar ki, nəinki onun özünə, hətta gələcək nəsillərinə də
bəs edir.
Bunlar nəzərə alındıqda yuxarıdakı sual daha güclü səslənir:
göstərilən lətifələrin mənası nədir?
Məlum olduğu kimi qədim tarixə və mədəniyyətə malik olan
və gündəlik həyatında möhkəm ənənələrə söykənən çinli, yəhudi
və b.k. xalqların mentalitetində güclü özünü dərketmə, özünə
güvənmə, özünü qiymətləndirmə amilləri vardır. Görünür ki, bu
cür özünü tanıma və özünə inanma xüsusiyyətləri qədimdən qə-
dim olan Şəkinin əhalisinin dünyagörüşündə və dünyaduyumunda
da əsrlər boyu müəyyən yer tapmışdır. Yoxsa şəkililər milli
ənənələrə münasibətdə xüsusi mühafizəkarlıqları ilə seçilməzdilər.
58
Onlar öz “dillərinə”də güvənirlər.
Şəkili Moskvaya gedir və orada rus qızına evlənir. Bir
müddət sonra qardaşı şəkiliyə qonaq gəlir. Qapının zəngini çalır.
Qabağa evin qadını çıxır.
Qonaq soruşur:
– Əhməd doma (evdədirmi)?
Qadın Şəki intonasiyası ilə cavab verir:
– Hayındı spit (yatır).
Bütün bu lətifələr şəkilinin “mənəmliyinin” yox, “mənliyi-
nin” təsdiqidir, onun yaddaş kodudur.
Şəkili üçün Şəki və “Şəki dili” sözün tam mənasında Azər-
baycan və Azərbaycan dili deməkdir. Nə qədər ki, Şəkidə vətənə
və dilə hörmət var, Şəki folkloru da var.
Faiq ÇƏLƏB
И
Sənətşünaslıq doktoru
Санкт-Петербург,
Август-сентйабр 2008-ъи ил.
59
I
I
.
.
Ə
Ə
M
M
Ə
Ə
K
K
N
N
Ə
Ə
Ğ
Ğ
M
M
Ə
Ə
L
L
Ə
Ə
R
R
İ
İ
QUZUÇU
Əli daşlı quzuçu,
Gözü yaşlı quzuçu.
Sağar satar sağınçı,
Yeyər yatar suveyci. (?)
NEHRƏ HAVASI
Nehrəm ol, nehrəm ol,
At başıcan yağım ol.
Öyümə qonax gəlibdir,
Aşım yavan qalıbdır.
Nehrəm ol, nehrəm ol,
At başıcan yağım ol,
Göz yaşıcan ayranım.