20
Hazırki kitaba daxil etdiyimiz onlarla belə xoyrat - kəsik ba-
yatı nümunələri folklorumuzun bu janrının tarixən mövcudluğuna
işıq tutur, gələcəkdə onun ayrıca araşdırılması və təbliği lüzumunu
ortaya qoyur.
Ağız ədəbiyyatının bayatı və xoyrat janrı ilə bir sırada ağı
(dildemə) janrı da Şəkidə geniş yayılmışdır. Bu janrın məşhur bili-
ciləri və ifaçıları sayılan hafizlər (dildeyənlər) yas mərasimlərini
idarə edir, dərdin yüngülləşməsinə, ağır emosional gərginliyin
azalmasına xidmət edirlər. Dahi bəstəkarımız F.Əmirovun yazdığı
kimi “...Ağılar ilk fizioloji gərginliyi bədii vasitələrin ifadəsinə çe-
virir, nəticədə ürəyə çökən böyük dərdin xeyli yüngülləşməsinə
səbəb olur... ağılar insanın halını, hisslərini ifadə edən çox orijinal
ilkin vasitələrdir. Biz onlardan məhrum olanda canımızda yüksək
gərginlik duyuruq” (bax: F.Əmirov “Azərbaycan xalq mahnıları”.
Ədəbiyyat qəzeti, 01 Avqust 2008-ci il, № 29 (3624)). Güman
edirik ki, indiki nəşrə daxil etdiyimiz ağılar da qaçılmaz dərdə
mübtəla olmuş insanlara bir kömək, təsəlli, məlhəm olacaq.
Əvvəlki folklor toplularında olduğu kimi indiki kitabda
da Şəkidə aşıq yaradıcılığına, yerli aşıq məktəbinə xeyli yer
verilir. Şəki aşıq məktəbini bölgənin aşıq mühitindən təcrid olun-
muş halda təsəvvür etmək düzgün olmaz. Molla Cuma Şəki-Zaqa-
tala bölgəsində, həmçinin Dağıstanda toylara, xalq şənliklərinə də-
vət olunar, bölgədə aşıq sənətinin inkişafına güclü təsir göstərirdi.
Saxurlu aşıq Hüseyn Molla Cuma ilə bir gecə-gündüz deyişmişdir.
Molla Cuma onu “haqq aşığı” adlandırmışdır. Zaqatalalı Aşıq İs-
mayıl Molla Cumanın şagirdi idi. Bu rayonun Kəpənəkçi kəndin-
dən aşıq Murtuzəli, aşıq Dibrov (Kamal), Muxaxlı aşıq Əli, aşıq
Ramazan, Zəyəmli aşıq Camal, Varxiyanlı aşıq Məhəmməd, aşıq
Murtuzəli, Əliabadlı aşıq Hüseyn, aşıq Abdulla Padarlı, Qax rayo-
nundan aşıq Məhəmməd, həmin rayonun Lələpaşa kəndindən aşıq
Şirin, Qaxbaşlı kəndindən aşıq Həzrət, aşıq Rəfi (aşıq Həzrətin
oğlu), Zəyəm kəndindən aşıq Camal, Səbətli kəndindən məşhur
aşıq Dülgəroğlu, Balakənin İtitala kəndindən aşıq Məhəmməd
(Molla Cumanın şagirdi), həmçinin aşıq Cahangir Dalğın, Aşıq
21
Valeh, Aşıq Ramazan, Qadın aşıqlar Qızyetər, Pəri, Sənəm, həm-
çinin bu sırada Şəkini təmsil edən 25 aşığın yaradıcılığı bölgədə, o
cümlədən Şəkidə mövcud olmuş aşıq mühitinin arealından xəbər
verir. Bölgənin el şairləri və aşıqlarının yaradıcılıq nümunələri
S.Mümtazın “El şairləri” və H.Əlizadənin “Aşıqlar” (1936) kitab-
larında verilmişdir.
F.Çələbinin bu sahəyə həsr etdiyi tutarlı faktlara söykənən
qeydləri də (AFA VI, Şəki Folkloru II. S.s. 23-33) 19 tanınmış
aşıq haqqında qiymətli məlumat verir. Biz AMEA Memarlıq və
İncəsənət İnstitutunun arxivində araşdırmalar apararkən keçən
əsrin 30-cu illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbay-
can Konservatoriyasında yaradılmış xalq musiqisinin elmi-tədqi-
qat kabinetinin (NİKmuz) 1937-ci il Nuxa folklor ekspedisiya-
sının materialları içərisindən Layisqili aşıq Əhməd Qaffarovun
söylədiyi Molla Cuma ilə Aşıq Könlünün (bəzi materiallarda
“Çönül” adı ilə verilir. H.Ə.) deyişməsini, “Həsən əminin ökü-
zü” dastanını, Aşıq Sənəmin ifasında “Kəndçi sevgisi”, “Oğlanla
qızın deyişməsi”, “Şişə”ni kitaba daxil etdik. Ekspedisiyanın ma-
teriallarında o vaxtkı musiqi folklorumuzun qiymətli nümunələri,
tarzən Əhməd Tahirovun, tütək çalan çoban Cəbrayıl Kərimovun,
qoşa nağara çalan Əhmədağa Qaffarovun, zurnaçılar Həbibillah
Cəfərovun və Həbibillah Bayramovun ifasında 36 oyun havası
qeydə alınmışdır. Ekspedisiyanın topladığı sənədlərdə Şəki aşıqla-
rının repertuarı haqqında da dəyərli məlumat verilir və biz həmin
materialları da indiki kitaba daxil etmişik. Bu repertuarlar o
dövrdə aşıq yaradıcılığına siyasi təsirlərin izini də saxlamışdır.
Həmin ekspedisiyanın materialları əsasında daha iki aşığın-aşıq
Sənəm və aşıq Hüseynzadənin (sənədlərdə aşığın adı gösrə-
rilməyib – H.Ə.) adları üzə çıxdı. Elə burdaca qeyd edək ki, aşıq
Sənəm Şəkidə ilk qeydə alınan qadın aşıqdır.
Bu yaxınlarda Şəki rayonunun Baş Layisqi kəndinin sakini,
1921-ci il təvəllüdlü aşıq Məmməd Babayevin dilindən Molla Cu-
manın nəvəsi Mövlud Əzizovun qələmə aldığı “Burşlu qızı” şeiri
onun müəllifi-Molla Cumanın ata babası aşıq Molla Orucun yara-
22
dıcılığına işıq saldı. XVIII-XIX əsrlərdə yaşayıb yaratmış aşıq
Molla Orucun bizə gəlib çatan ilk sənət müjdəsi onun yaradıcılığı-
na dair araşdırmalar aparılması lüzumunu ortaya qoymaqla həm
də “ot kökü üstə bitər” atalar sözünün yüzdə-yüz faiz təsdiqi kimi
Molla Cumanın doğma və münbit zəmində meydana çıxdığını
göstərməkdədir.
Şəki rayonunun Aşağı Göynük kənd sakini Umarov Şərif Os-
man oğlunun (Molla Şərifin) dilindən 1978-ci ildə E.Əzizovun lentə
yazdığı “Qız”, “Cümə gün” şeirlərinin, “Gəlirəm” qıfılbəndinin aç-
masını, folklorşünas Azad Ozanın (Azad Kərimli) lentə yazdırdığı
Aşıq Siracın yaradıcılığına aid “Payızda”, “Dinə bilmir”, “Gəlməsə”,
“Hökmü” və b. şeirlərini, ustadnaməni, aşığın öz şəyirdi ilə deyişmə-
sinə dair rəvayəti, həmçinin aşıq Şəmşirin şagirdi Şəkili aşıq Sakit
Köçərinin təqdim etdiyi aşıq Siracın “Yoxdur” (qıfılbənd), “Zoğal”
(müxəmməs), “Olsa”, “Dolandırır”, “Əlfinaz”, “Gələrsən” şeirlərini
kitaba daxil etdik. F.Çələbinin haqlı olaraq “çağdaş Şəki aşıq
məktəbinin bayraqdarı” adlandırdığı aşıq Sakitin (Sakit Qurbanovun)
zəngin yaradıcılıq nümunələrinə də kitabda xeyli yer verdik.
Yuxarıda adı qeyd olunan “Gəlirəm” rədifli qıfılbəndlə əla-
qədar bir haşiyə çıxmaq da yerinə düşərdi. Həmin qıfılbənd vaxtilə
eyni adla “Molla Cuma. Əsərləri” kitabında (bax: “Molla Cuma.
Əsərləri”. Toplayıb yazıya alanı və tərtib edəni prof. Paşa Əfən-
diyev “Maarif” Bakı-1995. s. 179) nəşr edilmişdir. K.Vəliyevin
“Elin yaddaşı, dilin yaddaşı” (bax: K.Vəliyev “Elin yaddaşı, dilin
yaddaşı”. Bakı “Gənclik” 1987 ss. 185-186) kitabında da həmin
qıfılbəndin ixtisarlı variantı verilmişdir. Lakin qeyd olunan kitablar-
da qəfəlbəndin açması verilməmişdir. İndiki nəşrdə həmin qıfıl-
bəndin açması verilir. Bu açmanı E.Əzizov Ş.Umarovun dilindən
lentə yazmışdır.
Yerli dialektə aid üç yüzə qədər sözdən ibarət lüğətin də
kitaba daxil edilməsinin faydalı olacağına ümüd edirik. İndiyə-
dək işıq üzü görmüş Şəki folkloru antologiya və toplularında beş
yüz sözdən ibarət, ümumiyyətlə isə “Azərbaycan dilinin Nuxa
dialekti”ndə verilmiş 768 sözdən ibarət lüğət (bax: M.İslamov.
Dostları ilə paylaş: |