7
yaxşı yerindən bi dənəsini cır”. Konduktor şaqqanaq çəkərək soruş-
du: - “Hacıdayılardansan?”. Moskvaya getmişdim. Bazarda göyərti
satan malakan arvaddan soruşdum: - “Sizin tərəflərdə balva bit-
mir?” Qadın xəbər aldı: - “Hacıdayılardansan?” Ötən yay yolum
Riqaya düşmüşdü. Şəkidə olduğu kimi orada da dükanların vitrinlə-
rinə baxa-baxa yolun ortası ilə gedirdim. Milisoner məni saxladı,
başladı sorğu-suala: “Hacıdayılardansan?”
Maraqlıdır ki, müasir Şəki lətifələrinin əksəriyyəti də Hacı
dayının adı ilə danışılır. Bu müdrik ağsaqqalı xalq indi də yaşadır,
onun dəst-xəttini davam etdirir.
Şəhərdə yayılmış lətifələrin bir hissəsi də Mirzə Abdulcab-
barın (Mirzə Abdulcabbar Əliyev-Alaqanski) və
Maşaq İsfəndiya-
rın adı ilə bağlıdır. Şəkinin kəndlərinin də öz lətifə qəhrəmanları
var. Şirin əminin (Dəhnələr), Yeşil dayının (Baş Göynük kəndi)
Dekan Tofiqin, Baba oğlu Əhmədin (Baş Layisqi kəndi), “Qolya”
Bəhrəmın, Məryəm oğlu Hasanın (Qaraqoyunlu kəndləri) və b.
lətifələri dillər əzbəridir. “Şəki Lətifələri artıq ümumazərbaycan
folklorunun təqdiredilən faktıdır və azərbaycanlı üçün Zəyzid,
Dəhnə yox, Şəki var, bir də onun əsas lətifə qəhrəmanı Hacı dayı.
Beləcə, lətifələrin şifahi həyatında zəyzidli, göynüklü, İsfəndiyar,
Xoruzoğlu və başqaları ya dönüb Hacı dayı olur, ya da folklor
yaddaşında “bir şəkili” kimi yaşayır. (f.e.n. E.Talıblı. “Şəki ləti-
fələrinin qaynaqları və təşəkkülü haqqında” Folklorşünaslıq
məsələləri, IV, s. 39, Bakı, 1999)
Prof. Əziz Əfəndizadə, sənətşünaslıq doktoru Faiq Çələbi,
əməkdar mədəniyyət işçisi Əli Davudoğlu, Nurəddin Həbibil-
lahzadə (Hacı Həbibillahların Nuru), Hümmət Əbdürrəhmanov,
Nazim Bilalov, Nemət Əliyev, Akif Salamov (Salamoğlu), Ələs-
gər Əsgərov (Bank Ələsgər), Nemət Hacıyev, Qüdrət Muradov,
Nizami Nəbiyev, Ələddin Abdullayev, Fərman Abdullayev, Ab-
durahman (Oqtay) və Faiq Əmirov qardaşları, Nurəddin Səmədov,
Hikmət Abdurahmanov, Yetim oğlu Nurəddin Tfu Tahir, Əlihey-
dər Şamilov, Akif Salam, İmaməli Mustafayev, Qeysər Xəlilov,
8
İsmət İsmayılov, Telman Atakişiyev, Elman Əzizov və b. mahir
lətifə biliciləri və lətifə danışanlar kimi tanınırlar.
Şəki folkloruna, xüsusən də Şəki lətifələrinə, yerli dialektin
şivə xüsusiyyətlərinə indiyədək oxşarı olmayan dəyərli qiyməti
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor
Y.Qarayev verdi. “Çiçək, ipək, bülbül cəhcəhəsi kimi lətifə qəh-
qəhəsi də Şəkinin şöhrəti və sərvətidir. Şəki, şəkili və lətifə həmi-
şə eyni stixiyanın tərkibini təşkil eləyir. Hətta o qədər ki, şəkili
lətifəyə sənət kimi yox, həyatın canlı indisi, stixiyası, özü kimi ba-
xır.” (bax. AFA IV, Şəki Folkloru I. s. s. 3-45 “Prototip-şəkili-
dir, yaxud nəfəsdə zümzümə, tələffüzdə rəqs-Şəki şivəsi...”)
İndiki kitabda cəm edilmiş lətifələr də daxil olmaqla AFA Şə-
ki cildlərində 550 Şəki lətifəsi verilmişdir. Onları aşağıdakı kimi
qruplaşdırmaq olar:
– Lətifələrin toplandığı coğrafi məkana (lətifə coğrafiyası)
görə. (Şəki şəhəri, onun Qışlaq, Dodu, Kiş hissələri, Qaraqoyunlu
kəndləri, Kiçik Dəhnə, Böyük Dəhnə, Zəyzit, Baş Göynük, Aşağı
Göynük, Baş Layisqi, Biləcik, Qaraqoyunlu və b. kəndlər.
– Qəhrəmanların adı ilə bağlı lətifələr - Hacı dayı (Hacı Feyzi
oğlu İlyas), Mirzə Abdulcabbar, Lütfəli Abdullayev, Maşaq İsfən-
diyar, Qəbirqazan Gülü, Xoruz oğlu, Fərrux, Qabardin oğlu,
Eşələn Nuru, Yeşil dayı, Dekan Tofiq, Baba oğlu Əhməd, Şirin
əmi, “Qolya” Bəhram, Məryəm oğlu Hasan və b.
– “Bir şəkili”, “şəkili”, “birisi”, qışlaqlı, dəhnəli, göynüklü, la-
yisqili, biləcikli, dodulu, qaraqoyunlu və s. adı ilə verilən lətifələr.
Şübhəsiz ki, bu qruplaşma təxmini və şərtidir, lakin hər halda
Şəki lətifələrinin əsas istiqaməti barədə təsəvvür yaratmağa
kömək edir. (Lətifələrin məzmununa görə qruplaşdırılması başqa
söhbətin mövzusudur)
Atalar sözü və məsəllər Şəki folklorunda özünəməxsus yer
tutur. Hazırki kitaba əvvəlki Şəki Folkloru topluları və antologiya-
larına daxil edilməmiş 240 atalar sözü və məsəllər cəm edilmişdir.
Şəkililər danışıq prosesində insanların dilindən düşməyən, fikrin
məntiqi dərinliyinə dəstək, sübut kimi istifadə olunan müdrik atalar
9
sözü və məsəllərdən gen-bol istifadə edirlər. Buna bir tərəfdən folk-
lorun bu qiymətli incilərinin bolluğu, digər tərəfdən isə bu xəzinə-
dən yerində və vaxtında (“Söz sözü gətirər”) istifadə etmək bacarığı
imkan verir. Türk Folklorunun, o cümlədən atalar sözü və məsəllə-
rin Şəki variantları da diqqəti cəlb edir. “Adam adama lazım olur”,
“Adama adamlıq lazımdır” (Atalar sözü s. 29 Tərtib edəni: Mə-
mmədvəli Qəmərli), “Adamın adamı ola, o da adam ola” (AFA,
VI, Şəki Folkloru, II, s. 51) Mənası kimisə boş vədlərlə aldada-
raq, get-gələ salmaq olan aşağıdakı atalar sözünün də Şəki variantı
maraq doğurur: “Ölmə eşəcigüm, yonca bitə yeyəsən” (“Oğuz-
namə” (28)) “Ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər” (“Atalar
sözü”. Tərtib edəni: Məmmədvəli Qəmərli s. 22) “Eşşəgum öl-
mə, yonca bitüncə” (Abbasqulu Maraği. “Əmsali Türkanə” Bakı,
Yazıçı-1992, s. 12) “Ölmə eşşəyim, yaz açılar yonca bitər, yonca
bitənə eşşək itər” (AFA VI, Şəki Folkloru II, s. 68)
Belə variantlaşma nümunələrindən çox göstərmək olar. Gö-
ründüyü kimi folklorun digər janrlarında olduğu kimi bu janrda da
yerli özünəməxsusluq diqqəti cəlb edir. “Donquzun koonu (meyli)
sazeydi, it də qoodi (qovdu) saldı saza”. Şəki dialektində “saz” qa-
mışlıq, fızıllıq mənasında işlədilir. Yerli dialektdə bu gün də yaşa-
yan “saz” sözü bu atalar sözündə özünə əvəzsiz yer tutmuşdur.
Atalar sözünün məsəllərə və əksinə çevrilmə prosesi və bunun
folklorun digər nümunələrində də baş verdiyinə dair çoxlu nümu-
nələr var. Həmçinin aşağıda bir folklor janrındakı nümunənin di-
gər nümunəni açdığını görürük: “Doğa doqqaza qədər” Bu atalar
sözünün mənası bəllidir. Yəni, doğa yeyən doqqaza çatana qədər
(çox az vaxtda) acar. Yerli folklorda bir deyimə diqqət yetirək:
Doğanı yi,
Doqqanı bağla,
Daqqanı qoy,
Doqqaza çıx,
Saa söz diyicəm.
Şübhəsiz, burada bir xalq deyimi digərini açır, onun məna-
sına aydınlıq gətirir. “Saa söz diyicəm” - yəni, sən doğa yeyib
Dostları ilə paylaş: |