Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə3/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   2   3   4   5   6   7   8   9   ...   147

 

7

yaxşı yerindən bi dənəsini cır”. Konduktor şaqqanaq çəkərək soruş-



du: - “Hacıdayılardansan?”. Moskvaya getmişdim. Bazarda göyərti 

satan  malakan  arvaddan  soruşdum:  -  “Sizin  tərəflərdə  balva  bit-

mir?”  Qadın  xəbər  aldı:  -  “Hacıdayılardansan?”  Ötən  yay  yolum 

Riqaya düşmüşdü. Şəkidə olduğu kimi orada da dükanların vitrinlə-

rinə  baxa-baxa  yolun  ortası  ilə  gedirdim.  Milisoner  məni  saxladı, 

başladı sorğu-suala: “Hacıdayılardansan?” 

Maraqlıdır  ki,  müasir  Şəki  lətifələrinin  əksəriyyəti  də  Hacı 

dayının adı ilə danışılır. Bu müdrik ağsaqqalı xalq indi də yaşadır, 

onun dəst-xəttini davam etdirir.  

Şəhərdə  yayılmış  lətifələrin  bir  hissəsi  də  Mirzə  Abdulcab-

barın (Mirzə Abdulcabbar Əliyev-Alaqanski) və

 

Maşaq İsfəndiya-



rın  adı  ilə  bağlıdır.  Şəkinin  kəndlərinin  də  öz  lətifə  qəhrəmanları 

var.  Şirin  əminin  (Dəhnələr),  Yeşil  dayının  (Baş  Göynük  kəndi) 

Dekan Tofiqin, Baba oğlu Əhmədin (Baş Layisqi kəndi), “Qolya” 

Bəhrəmın,  Məryəm  oğlu  Hasanın  (Qaraqoyunlu  kəndləri)  və  b. 

lətifələri  dillər  əzbəridir.  “Şəki  Lətifələri  artıq  ümumazərbaycan 

folklorunun  təqdiredilən  faktıdır  və  azərbaycanlı  üçün  Zəyzid, 

Dəhnə yox, Şəki var, bir də onun əsas lətifə qəhrəmanı Hacı dayı. 

Beləcə, lətifələrin şifahi  həyatında zəyzidli, göynüklü, İsfəndiyar, 

Xoruzoğlu  və  başqaları  ya  dönüb  Hacı  dayı  olur,  ya  da  folklor 

yaddaşında  “bir şəkili” kimi  yaşayır.  (f.e.n. E.Talıblı. “Şəki ləti-



fələrinin  qaynaqları  və  təşəkkülü  haqqında”  Folklorşünaslıq 

məsələləri, IV, s. 39, Bakı, 1999) 

Prof.  Əziz  Əfəndizadə,  sənətşünaslıq  doktoru  Faiq  Çələbi, 

əməkdar  mədəniyyət  işçisi  Əli  Davudoğlu,  Nurəddin  Həbibil-

lahzadə  (Hacı  Həbibillahların  Nuru),  Hümmət  Əbdürrəhmanov, 

Nazim  Bilalov,  Nemət  Əliyev,  Akif  Salamov  (Salamoğlu),  Ələs-

gər  Əsgərov  (Bank  Ələsgər),  Nemət  Hacıyev,  Qüdrət  Muradov, 

Nizami  Nəbiyev,  Ələddin  Abdullayev,  Fərman  Abdullayev,  Ab-

durahman (Oqtay) və Faiq Əmirov qardaşları, Nurəddin Səmədov, 

Hikmət Abdurahmanov, Yetim oğlu Nurəddin Tfu Tahir, Əlihey-

dər  Şamilov,  Akif  Salam,  İmaməli  Mustafayev,  Qeysər  Xəlilov, 




 

8

İsmət  İsmayılov,  Telman  Atakişiyev,  Elman  Əzizov  və  b.  mahir 



lətifə biliciləri və lətifə danışanlar kimi tanınırlar. 

Şəki  folkloruna,  xüsusən  də  Şəki  lətifələrinə,  yerli  dialektin 

şivə  xüsusiyyətlərinə  indiyədək  oxşarı  olmayan  dəyərli  qiyməti 

AMEA-nın  müxbir  üzvü,  filologiya  elmləri  doktoru,  professor 

Y.Qarayev  verdi.  “Çiçək,  ipək,  bülbül  cəhcəhəsi  kimi  lətifə  qəh-

qəhəsi də Şəkinin şöhrəti və sərvətidir. Şəki, şəkili və lətifə həmi-

şə  eyni  stixiyanın  tərkibini  təşkil  eləyir.  Hətta  o  qədər  ki,  şəkili 

lətifəyə sənət kimi yox, həyatın canlı indisi, stixiyası, özü kimi ba-

xır.” (bax. AFA IV, Şəki Folkloru I. s. s. 3-45 “Prototip-şəkili-

dir, yaxud nəfəsdə zümzümə, tələffüzdə rəqs-Şəki şivəsi...”) 

İndiki kitabda cəm edilmiş lətifələr də daxil olmaqla AFA Şə-

ki  cildlərində  550  Şəki  lətifəsi  verilmişdir.  Onları  aşağıdakı  kimi 

qruplaşdırmaq olar:  

–  Lətifələrin  toplandığı  coğrafi  məkana  (lətifə  coğrafiyası) 

görə. (Şəki şəhəri, onun Qışlaq, Dodu, Kiş hissələri, Qaraqoyunlu 

kəndləri, Kiçik Dəhnə, Böyük Dəhnə, Zəyzit, Baş Göynük, Aşağı 

Göynük, Baş Layisqi, Biləcik, Qaraqoyunlu və b. kəndlər. 

– Qəhrəmanların adı ilə bağlı lətifələr - Hacı dayı (Hacı Feyzi 

oğlu İlyas), Mirzə Abdulcabbar, Lütfəli Abdullayev, Maşaq İsfən-

diyar,  Qəbirqazan  Gülü,  Xoruz  oğlu,  Fərrux,  Qabardin  oğlu, 

Eşələn  Nuru,  Yeşil  dayı,  Dekan  Tofiq,  Baba  oğlu  Əhməd,  Şirin 

əmi, “Qolya” Bəhram, Məryəm oğlu Hasan və b.    

– “Bir şəkili”, “şəkili”, “birisi”, qışlaqlı, dəhnəli, göynüklü, la-

yisqili, biləcikli, dodulu, qaraqoyunlu və s. adı ilə verilən lətifələr. 

Şübhəsiz ki, bu qruplaşma təxmini və şərtidir, lakin hər halda 

Şəki  lətifələrinin  əsas  istiqaməti  barədə  təsəvvür  yaratmağa 

kömək  edir.  (Lətifələrin  məzmununa  görə  qruplaşdırılması  başqa 

söhbətin mövzusudur) 

Atalar  sözü  və  məsəllər  Şəki  folklorunda  özünəməxsus  yer 

tutur. Hazırki kitaba əvvəlki Şəki Folkloru topluları və antologiya-

larına daxil edilməmiş 240 atalar sözü və məsəllər cəm edilmişdir. 

Şəkililər  danışıq  prosesində  insanların  dilindən  düşməyən,  fikrin 

məntiqi dərinliyinə dəstək, sübut kimi istifadə olunan müdrik atalar 



 

9

sözü və məsəllərdən gen-bol istifadə edirlər. Buna bir tərəfdən folk-



lorun bu qiymətli incilərinin  bolluğu, digər tərəfdən isə bu xəzinə-

dən yerində və vaxtında (“Söz sözü gətirər”) istifadə etmək bacarığı 

imkan verir. Türk Folklorunun, o cümlədən atalar sözü və məsəllə-

rin Şəki variantları da diqqəti cəlb edir. “Adam adama lazım olur”, 

“Adama adamlıq  lazımdır”  (Atalar sözü s. 29 Tərtib edəni: Mə-

mmədvəli  Qəmərli),  “Adamın  adamı  ola,  o  da  adam  ola”  (AFA, 

VI, Şəki Folkloru, II,  s. 51)  Mənası kimisə boş vədlərlə aldada-

raq, get-gələ salmaq olan aşağıdakı atalar sözünün də Şəki variantı 

maraq  doğurur:  “Ölmə  eşəcigüm,  yonca  bitə  yeyəsən”  (“Oğuz-

namə” (28)) “Ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər” (“Atalar 

sözü”. Tərtib edəni: Məmmədvəli Qəmərli s. 22)  “Eşşəgum öl-

mə,  yonca  bitüncə”  (Abbasqulu  Maraği.  “Əmsali  Türkanə”  Bakı, 

Yazıçı-1992,  s.  12)  “Ölmə  eşşəyim,  yaz  açılar  yonca  bitər,  yonca 

bitənə eşşək itər” (AFA VI, Şəki Folkloru II, s. 68) 

Belə  variantlaşma  nümunələrindən  çox  göstərmək  olar.  Gö-

ründüyü kimi folklorun digər janrlarında olduğu kimi bu janrda da 

yerli özünəməxsusluq diqqəti cəlb edir. “Donquzun koonu (meyli) 

sazeydi, it də qoodi (qovdu) saldı saza”. Şəki dialektində “saz” qa-

mışlıq, fızıllıq mənasında işlədilir. Yerli dialektdə bu gün də yaşa-

yan  “saz”  sözü  bu  atalar  sözündə  özünə  əvəzsiz  yer  tutmuşdur. 

Atalar  sözünün  məsəllərə  və  əksinə  çevrilmə  prosesi  və  bunun 

folklorun digər nümunələrində də baş verdiyinə dair çoxlu nümu-

nələr  var. Həmçinin aşağıda  bir  folklor  janrındakı nümunənin di-

gər nümunəni açdığını  görürük: “Doğa doqqaza qədər” Bu atalar 

sözünün  mənası  bəllidir. Yəni, doğa  yeyən doqqaza çatana qədər 

(çox az vaxtda) acar. Yerli folklorda bir deyimə diqqət yetirək: 



Doğanı yi, 

Doqqanı bağla, 

Daqqanı qoy, 

Doqqaza çıx,  

Saa söz diyicəm. 

Şübhəsiz,  burada  bir  xalq  deyimi  digərini  açır,  onun  məna-

sına  aydınlıq  gətirir.  “Saa  söz  diyicəm”  -  yəni,  sən  doğa  yeyib 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə