118
I
I
X
X
.
.
N
N
A
A
Ğ
Ğ
I
I
L
L
L
L
A
A
R
R
Xeyirxahlıq
Biri var imiş, biri yox imiş, Dəpyanus adında zalım, qəddar
bir padşah variymiş. O diyirmiş ki, dünyada bi dənə padşah mə-
nəm, mənnən savayı padşah yoxdu. Camaat bu padşahdan qorxur,
ona qorxudan sitayiş eliyirdilər. Üş nəfər, diyər ədə, habını da Al-
lah-taala yaradıtdı, bizi də, nətəri habına tabı olax, gəlin olmiyax
habına tabı. Xəvərçilər bu üş nəfərin fikrini padşaha çatdırallar.
Padşah qoşun-leşkər göndərif bu üç nəfərin dalınca onları tut-
mağa. Bu üş nəfər də qaça-qaça gidif bir böyük dağa rast gə-
litdilər. Dağı görüf diyitdilər:
– Ya Rəbbim, İlahi, kafirlər bizi qırcaxdılar, sana pənah
gətirmişox - diyəndə dağ açıldı, bu üç nəfər ora girdilər. Girən
kimi dağ bağlandı, əvvəlki vəziyyətinə düşdü. Qıraxlara baxdılar
ki, hər yan dağdı, meşəliyhdi. Gecə düşdü, yatdılar. Bi vaxtı biri
yuxudan ayılar, görər qarandıxdı də, çıxmağa yer yoxdu, bu yol-
daşdarını yuxudan durğuzar, diyər ə, yaramadı bu, diyəsən bunun
axırı ölümdü. Heç olmasa dünyada nə eləmişox bir-birimizə da-
nışax, heylə ölax, dərdimizi bir-birimizə diyax. Nəysə, sifdə biri
başdıyır danışmağa. Dirir, Vallax, mən varlı adamiydim, varım-
ixtiyarım çoxiydi. Bi günü bi nəfər gəldi yanıma, didim xeyir ola,
didi iş yeri axtarıram, vəziyyətim canadı
41
, didim, iş yeri məndə.
Bizə bunu apardım, didi işin nədi, didim qandax
42
qazmax, beyağı
qandax olutdu. Kürəyh də verdim, bel də verdim, yer görsətdim
ki, habırdan qaz. Bu işdəmaxda olsun, günorta üstü biri də gəldi,
bunu da apardım diyi, gənə yer görsətdim, axşam bunnarın işdə-
rini təhvil götürəndə gidif gördüm səhərdən dələnnən dünorta
gələn (ikinci) çox qazıtdı. Götürüf bi onnux qızıl birinci gələnə
verdim, bi onnux qızıl da gönorta gələnə. İşi belə görəndə səhər-
dən gələn acıx eliyif pulu götürmədi, didi bes, sən günorta gələnə
də məəmki qədər pul verirsən? Nəsə, bu pulu üstümə atdı, didi
istəmirəm. Mən peşiman oldum, didim, axı bu işdiyitdi, nətəri
119
oldu almadı. Mən onun pulunun dəyəri qədər mal-qara alıb tapşır-
dım ki, ayrıca saxlasınlar, nə vaxt gələr, mal-qara onundur. Altı il
keçdi, altı ilin başında bu mal-qara artdı, sürü oldu. Altı ilin başın-
da bu adam gəldi, didi qardaş, mən saa acıx elədim pulumu alma-
dım, mümkünsə məəm pulumu ver, gedim, yetim-yesirimi dolan-
dırım. Diyəndə, diyir bunu mən apardım mal-qara sürüsünə, di-
dim, bala, bu mallar sənədi, götür apar. Didi, axı çoxdu bu qədər
mal-qara, məəm puluma bu boyda sürü düşməz. Didim, vaxtilə
səən pula alınmış mal-qaradır, götür apar. Nəsə, diyir bu söyünə-
söyünə apardı, didim, Ya Rəbbim, İlahi, mənim bu kişinin puluna
xəyənət elamadığıma görə qayanı qaldır mən çıxıf gedim – diyən-
də, diyir, qayanın ucu qalxdı, uzaqdan bir səs: - çıx gəl – didi.
Dimax, Allah-taala bunun çağırışını, xeyirxah işini qəbul elədi.
O birisinə didilər ki, ə, sən danış görax, sən nağarmısan.
Hindi bu danışmağa başladı. Didi, vallah, mən də səən kimi varrı-
ixtiyarrı adamiydim. Amma gözü şor, arvadbaz iydim. Nəysə,
Əyyub peyğəmbər olutdu da o vaxt, bu da bunu diyir şeytan düşüf
dalınca hərriyə-hərriyə, hərriyə-həyriyyə nə qədər, diyir ki, bunun
umurunu maa ver, Əyyub peyğəmbərin, bunu bi təhər eliyim də.
Nəysə, Allah-taala bi gün diyir ki, Əyyub peyğəmbərin umur-
ixtiyarını verdim saa, nə istiyirsən elə. Əyyub peyğəmbər namaz
qılan yerdə yerin altıynən gidif bunun burnuna zəhər tökür. Əyyub
peyğəmbərin bədəninə yara düşdü. Əyyub peyğəmbərin gözəl
xanımı varmış, qonşuları buna diyəllər ki, səən ərin sağalmaz
xəstədir, əti tökülür, iylənir, bunu öydən çıxart, apar səhraya qoy.
Bu da qonşuların sözünə qulaq asıf ərini ağlaya-ağlaya səhraya
qoydu, qoyanda diyir, həmişə bunun hörüyünnən tutub su
verirlərmiş. Bi günü toy olarmış, qonşular da gəlinin cehizini,
qızılını-mızılını axtarallar, tapmazdar. Diyəllər, ha, Əyyub
peyğəmbərin arvadı dilənirdi, bu yəqin qəlif aparıtdı. Bunu
qazının yanına aparıllar, diyir bunun hörüyhlərini divinnən kəsin.
Nəysə, bu gidər görər Əyyub peyğəmbərin vəziyyəti canadı,
ağlıyər, diyər maa şərvət verin, su verin. Peyğəmbər ağlıyır də,
vəziyyəti canadı. Xanım diyir ki, məəm hər yerdən əlim üzülütdü,
120
mən hardan tapım saa şərvəti, suyu, yoxdu heç bir şey. Diyir
bilmirəm, nağarırsan-qayır, maa axirət süyü tap. Bu qadın diyir
gəldi məəm yanıma, didi ki, bes peyğəmbər şərvət, su istiyir, mən
də tapa bilmirəm. Mən də gözü şor, arvadbaz kişiyəm. Bu qadın
diyir, gəldi məəm yanıma, didi bes peyğəmbər həblə diyir, maa
Allah yoluna şirin şey verin. Məndə, diyir buna natərəs söz didim,
didi diyir gedim peyğəmbərdən soruşum, icazə versə mən nə
diyirəm ki, gidif soruşuf gəlif didi ki, peyğəmbər diyir ki, daa mən
ölürəm, get o kişi nə diyirsə elə, maa bi axirət süyü gətir. Allah-
taala diyir, bərkə düşən vaxt nə eləsən onnan keçir. Nəsə, arvad
gəldi diyir, girdi otağa, biz ikimiz tək qaldıx. Bi vaxt bu arvad
ağladı. Didim, ya Rəbbim, İlahi, məəm unu bacı gözüynən
görduğuma, una əl vurmadığıma görə rəhmin gəlsin, habı qayanı
qaldır, çıxıf gedim. Diyəndə, qaya qalxdı, amma mən çıxam-
mədim. Hindi bu peyğəmbərin bədəni yaradı, peyğəmbər didi,
şükür ya Rəbbim, nə eləyirsən elə, ölürəm. Allah-taala didi ki, sağ
əyağo da yerə vur, sol əyago da. Hərəsinnən bi zəm-zəm süyü
çıxır. Allah-taala buyurdu ki, süyün birini için, birində də çimin.
Oldular, diyir, hərəsi 15 yaşında oğlannan qız.
Üçüncü adamdan soruşdular ki, söylə görək sən nağarmısan.
Didi vallah məəm 60 yaşım var, çoban olmuşam, qoyun dalınca
getmişəm, mən nə danışım. Didilər, ə, nə bilirsən danış da.... Diyir
məəm bi işim var, yəni Allah-taala qavul eliyitdisə eliyitdi, eləmi-
yitdisə, daa nə diyim. Məəm nəslim qırılıf, qoca anamnan atam
qalmışdı. Mən də bi dənə öyladam. Yaman ajdıx idi, bulara mən
qoyun sütüynən baxırdım. Bi gün də diyir bu sütü sağıb qayıdanda
bərk yağış yağdı, yağış yağanda diyir qoymadım süd qabına yağış
düşmağa. Gedif öyə gördüm ki, atam-anam məni gözdiyif yatıt-
dılar. Süt işmax vaxtından keçitdi da. Olar özdəri oyanacən baş-
darının üstündə əlimdə çanax dəyanmışam. Bi vaxt atam oyandı,
didi, oğul gəlifsanmı, didim bəli, ata, gəlmişəm. Götürün sütü için.
Nəsə, diyir, sütü verdim, işdilər, atam didi, yə Rəbbim, ay oğul, sən
bizə çeyhdığın zəhməti Allah-Taala qəvul eləsin, səni Allah heş
yerdə dara salmasın. Ya Rəbbim, İlahi, məəm atamnan anama çəh-
Dostları ilə paylaş: |