127
Günlərin birində növbə qırmızı öküzə çatır. Canavar onu par-
çalamağa hazırlaşır.
Qırmızı öküz deyir:
– Ə… canavar, biz yoldaş döylüydox? Bəs nooldu?
– Ay ağılsız, ala öküzü gözün görə-görə parçalayıb yeyəndə,
qara öküzün başını dərədə batıranda bilmirdin ki, o gündən saa da
olacaq.
Çaqqalla qəbalə bağladı
Qoca nənə qızlarını köçürüb oğlanlarını da öyləndirmişdi.
Oglanların hər biri özünə ev tikmişdi, qızlar da qayğısız yaşayırdı-
lar. Qardaşlar nə qədər desələr də, ana heç birinin yanına getmirdi.
Onlar soruşanda ki, “böyütmüsən, ərsəyə çatdırmısan, bəs indi ni-
yə bizimlə yaşamaq istəmirsən?” - ana belə cavab verir:
– Ər evinə gedəndə atam maa tövsiyə etmişdi: “Qızım, ər evin-
də lal-kar olarsan. Sən getdiyin evin böyükdən kiçiyə hamısının
hörmətini saxlayarsan. Sənin meyitin həmin evdən çıxmalıdır”. O
kişinin vəsiyyətini pozub bu evdən heç bir yerə gedən döyüləm.
Qarı oğlanların himayəsiylə həmin evdə bir müddət rahat yaşa-
yır, özünə məşguliyyət tapırdı: dirlik
44
edir, mala baxır, kürd basdırır,
cücə böyüdür. Cücələr bir qədər iriləşəndə qarı görür ki, hər gün bir-
ikisini gecələr nəsə aparır. Qarı pusur, bilir ki, caqqalın işidi. Bir gün
baxır ki, çaqqal yenə gəlitdi, cücəni aparmax istəyir.
Qarı deyir:
– Xoş gəlmisən, caqqal qardaş. Sən gəlib xırda-xırda cücələri
aparırsan. Qoy cücələr böyüsün. Səninlə belə şərt kəsirəm: get, 4-
5 aydan sonra gəl, cücələrin yarısını öz əllərimlə tutub sənə verim,
yarısı da maa qalsın.
Beləcə, qarı çaqqalla qəbalə
45
bağlayır. Hər ikisi qol çəkir.
Çaqqal gedən kimi qarı bir it gətirib töylədə saxlayır. İtə yax-
şı qulluq eliyir. 4 ay tamamında çaqqal da özünə bir dost tapır.
Tülküyə deyir:
128
– Gedib qarıdan 4 cücə alacam, gəl sən də mənnən get, ikisini
sənə verrəm.
Çaqqal tülküylə birlikdə qarının evinə gəlir. O məhləyə girəndə
tülkünü də çağırır. Tülkü çaqqala deyir:
– Mən heylə yerlərə gedən döyüləm. Sən get, mən burda gözlə-
yirəm.
Qarı çaqqalı görən kimi:
– Xoş gəlmisən, çaqqal qardaş, - deyir, - cücələr töylədədir.
Savax açılsın, sən də bax, hansılar xoşuna gəlsə tut apar.
Qarı gedib töylədən iti buraxır. Çaqqal iti görən tək məhlədən
çıxmaq istəyir. Bərənin ağzına çatanda it çaqqalı yığışdırır. Çaq-
qal dartınıb bərədən çıxmaq istəyirsə də, itdən yaxa qurtara bilmir.
Birdən çaqqalın yadına tülkü düşür və var gücüylə bağırır:
– Ay tülkü qardaş, köməyə gəl, bu heyvanın əlinnən məni
qurtar.
Tülkü deyir:
– Mən demədim ki, heylə yerlərə mən gedən döyüləm. Niyə qə-
baləni göstərmirsən, qəbaləni göstər.
Çaqqal cavab verir:
– Ə, dərəbəylikdi, bu qəbaləyə-zada baxan yoxdur.
Tülkü deyir:
– Çaqqal qardaş, mən belə qanunsuz yerlərdə qalammaram, get-
dim. Sağ-salamat qalsan, meşədə görüşərox.
Yaxşı oğul niniyir ata malını, pis
oğul niniyir ata malını?...
Varli bir kişinin övladdan gözünün agı-qarası yeganə oğlu
vardı, dünyanın naz-nemətiynən bəslənmişdi. Istədiyini geyindir-
miş, könlünə düşəni yedizdirmişdilər. Kişi sərvətini böyük əzab-
əziyyətlə toplamışdı. Amma oğlu atasına çəkməmişdi. Onun peşə-
si curlarına qoşulub kef məclisləri düzəltmək, o şəhərdə, bu şəhər-
də gəzmək, pul dağıtmaq idi.
Kişi nə qədər tədbir tökürsə, övladını düz yola gətirə bilmir.
129
Anlayır ki, öləndən sonra bu bivec oğlu onun yığdığı var-dövləti
bir ilin içində göyə sovurasıdı. Bir gün gözünü açıb görəcək ki,
qalıb bir qəpiksiz. Bəlkə onda əzab-əziyyətin nə olduğunu görüb
ağıllandı?.. Amma fərsiz övladlar ata malını itirəndən sonra əllə-
rindən bir şey gəlmədiyindən dünyada yerlərini dar görürlər. Hər
şeydən əllləri üzüləndə çətinliklərə dözməyib özlərini asırlar. Kişi
oğlunun yataq otağının lənpəsində
46
qəndil
47
asmaq üçün asqı
qoydurtdurur. Lənpənin yerləşdiyi yerdə bir dobu qızıl gizlədir.
Fikirləşir ki, bəlkə oğlu özünü asanda asqı yerindən çıxar, qızıl
onun təpəsinə tökülər. Bəlkə oğlu onda da olsa ağlını başına yığdı.
Kişi dünyasını dəyişir. Ogul əlinə keçənləri dəyər-dəyməzinə
pula çevirib kef çəkir. Atasından nə qədər döylət qalmışdısa, ha-
mısının dalından dəyir. Bir də ayılıb görür ki, bazara çıxmaq nədi,
heç çayçıya girməyə pulu qalmayıb. Bütün köhnə dostları ondan
aralı gəzirlər, onu bir stəkan çaya qonaq eləmirlər. Bəzilərinin ar-
xasınca gəzir, amma heç kim tərəfindən adam yerinə qoyulmur.
Salam-kəlamı da ondan əsirgəyirlər.
Yaz girəndə cavanlar adətləri üzrə Soyuq bulağa istirahətə
getmək istəyirlər. Yol tədarükündə olurlar. Hərə bir yemək lə-
vazimatı alır. Qışdan güc-bəla çıxan oğlan görür ki, tədbirə
qoşulması barədə ona təklif etmirlər. Həmişə azuqə xərcinin bütün
ağırlığını o öz üzərinə götürürdü, bu dəfə isə bir şey almaq
tapşırmamışdılar.
Curları at-arabayla onsuz dincəlməyə yollanırlar. Oğlan sa-
yılmadığından qırılsa da, məhlədə qalan son iki toyuğu da tutub
kəsir, bişirib özüylə götürür və Soyuq bulağa gəlir. Həmişə kef
məclisləri düzəltdiyi mənzilin qapısını nə qədər döyürsə üzünə
açmırlar. Axırda çəpərin arasından bişmiş toyuqları içəriyə salır.
Özü hasarı adlayıb həyətə girməyə can atır. Oğlan pərişan halda
curlarının yanına gedir. Deyir:
– Mən də iki bişmiş toyuq gətirmişdim. Halal ruzuyla sizin
süfrənizə qoşulmaq istəyirdim. Qəzadan onu da it apardı.
Yerbəyerdən onu ələ salırlar. Sonra qoyun kababını yeməyə
başlayırlar. Curları bir qıraqda kirimişcə durmuş oglana yemək
Dostları ilə paylaş: |