133
peyğəmbərin razılığıyla səni ayağa qaldıran qıza elçi gedəcəyəm.
Səninlə curluq eliyənlər əsl dost deyildilər. Çünki dost dosta əl
tutar, onun malına göz dikməz.
Oğlan Tiflis şəhərində atasının dostunun qızıyla öyləndi. Elə
böyük toy məclisi qurdular ki, səs-sorağı gedib onu iki dəfə var-
yoxdan çıxardan currarına da çatdı. Paxıllıqlarından yanıb-yaxıl-
salar da əlləri daha oğlanın pul kisəsinə çatmadı.
Ata vəsiyyəti
Biri var idi, biri yox idi. Bir şəhərdə varlı bir adam yaşayırdı.
Kişi ömrünü başa vurana yaxın üç oğlunu mükəmməl oxudur, hər
üçünə öy tikdirir, sonra döylətini aralarında bölüb vəsiyyətini edir:
– Övladlarım, - deyir, - sözlərimi qulaqlarınızda sırğa edin. İstə-
yirsiniz hörmət-izzətli, ad-sanlı ömür sürəsiniz, onda bu işləri yerinə
yetirin: hər kənddə bir ev tikin. Sınamadağınız adamla döstluq etmə-
yin. Onun kişiliyi, mərdliyini, alverdə düzgünlüyünü, sirr saxlamasını
biləndən sonra ürəyinizə yaxın buraxın. İşdi-şikayətdi, birdən qumar
oynasanız, məşhur qumarbazla oyuna girişin. Bir də çalışın vaxtınızın
bir hissəsini səyahətlərdə keçirin. - deyib kişi gözlərini yumur.
Qardaşlar atalarının dediklərinə əməl etməyə başlayırlar. Hər
kənddə etibarlı bir qonaq tapırlar. dostluq edəcəkləri adamı çox sı-
naqlardan çıxarırlar. Sonra məşhur bir qumarbazın soragına düşüb
ardınca yollanırlar. Bu adam filan şəhərdəki filan hamamda ocaqcı
işləyirdi. Qardaşlar ora yetişib görürlər ki, hamamın külxanında
49
kasıb bir adam oturub. Onun qumarbaz olduğunu öyrənib deyirlər:
– Sən yaxşı qumarbaz olduğunu bizə göstərsən, filan qədər
pul verərox.
Qumarbaz cibindən dörd dənə aşıx çıxarıb deyir:
– Mən bu aşıqları elə atacam, ki, dördü də bir cür oturacaq.
Görürlər ki, aşıxlar kişinin dediyi kimi oturdu. O, bir neçə
dəfə təkrar atır. Hər dəfə də aşıxlar eyni şəkildə oturur. Qardaşlar
kişiylə qumarlarını başa çatdırıb geri qayıdırlar. Yolda böyük
qardaş deyir:
134
– Qumarbazın ən məşhurunun aqibəti belədirsə, o işin arxa-
sınca getməyə dəyməz.
O biri qardaşlar onunla razılaşırlar. Nəhayət, sözləşib səyahə-
tə çıxırlar. Yolüstü bir karvansarada dincələrkən başı hovlu bir
ərəb gəlir, qardaşlara yaxınlaşıb soruşur:
– Mənim dəvəm qaçıb. Bilmirəm hansı səmtə gedib. Siz gəl-
diyiniz yolda dəvə görmüsünüzmü?
Böyük qardaş deyir:
– Nər dəvədirmi?
– Bəli.
– Dəvənin sol gözü kordumu?
– Bəli.
Ortancıl qardaş onun sözünə qüvvət verib deyir:
– Dəvənin yükünün bir tərəfi yağ, o biri tərəfi baldımı?
– Bəli.
Kiçik qardaş da söhbətə qoşulur:
– Dəvənin quyruğu dibindən kəsikdirmi?
– Ha, gözünüzə dönüm, bəli.
– Yox, dəvə-zad görməmişox. Amma dəvə biz gələn yolla
getmiş olacaq. Oranı axtarsan, taparsan.
Ərəb xeyli gəzib-dolaşır, dəvənin izini-tozunu tapmayıb hirs-
lə qardaşların üstünə cumur. Deyir:
– Dəvəmin bütün nişanlarını, hətta quyruğunun kəsik ol-
masını bildirdiniz. Yəqin dəvəmi siz gizlətmisiniz. Dəvənin yerini
deyin, yoxsa üçünüzü də öldürrəm.
Qardaşlar nə qədər and-aman edirlər ki, biz dəvə-zad görmə-
mişik, ərəbi inandıra bilmirlər.
Dava-dalaşa camaat yıgılır. Qar-
daşlar deyirlər ki, biz yoldakı izlərə əsasən dəvənin nişanələrini
sadalamışdıq. Dəvə sahibi inadından dönmür ki, dönmür. “Ama-
nın günüdü oğruları buraxmayın” - deyir. Axırda dava-dalaşa top-
laşanlar məsləhət görürlər ki, qazıya şikayət etsinlər. Bunlar bir-
likdə qazının yanına gedirlər.
Ərəb qazıya deyir:
– Ay qazı ağa, karvanımdan bir dəvəm qaçıb. Bunlardan so-
135
ruşdum ki, səllim dəvə görmüsünüzmü? Deyirlər ki, görməmişik,
amma dəvənin bütün nişanlarını sadaladılar. Əyər onlar dəvəni
görməyiblərsə, bəs nişanları necə biliblər?
Qazı qardaşlara söz verir. Böyük qardaş deyir:
– Adətə görə, karvandan həmişə nər dəvə ayrılıb qaçar. Ma-
yalar qaçammaz. Mən yolda gördüm ki, ancaq sağ tərəfin ağacla-
rının yarpaqları yonulub. Anladım ki, bu kişinin itən dəvəsinin sol
gözü kordu. Yoxsa səllim gəzdiyi halda hər iki tərəfin ağaclarını
yolardı.
Ortancıl qardaş deyir:
– Mən də yadıma saldım ki, gəldiyimiz yolun sağ tərəfinə
qara çivin, sol tərəfinə ağ çivin topalaşıb. Qara çivin bala, ağ çi-
vinsə yağa gəlmişdi. Bu səbəbdən anladım ki, dəvənin yükünün
sağı nədi, solu nə.
Kiçik qardaş deyir:
– Adətən dəvələr peyinliyəndə quyruğuyla peyini yolun hər
iki səmtinə səpələyir. Bu kişinin dəvəsininsə peyini səpələnməyib,
düz yolun ortasına tökülüb. Bu səbəbdən başa düşdüm ki, dəvənin
quyruğu kəsikdi.
Qazı qardaşların sözünə inanır. Ərəb yenə inadından dönmə-
yib ədalət məhkəməsi istəyir. Qazı bir qədər fikirləşəndən sonra
hər iki tərəfi razı salmağa çalışır. Ərəblə şərt kəsərək deyir:
– İndi mən sənin yanında onların bilici olmasını yoxlayacam.
Əyər bu dəfə də görmədikləri şeyləri əlamətlərinə görə tapsalar,
sən ittihamdan əl çəkəcəksən. Əks halda dəvəni verməli olacaqlar.
Qazı o biri otağa keçir, az vaxt keçir ki, qayıdır. Qardaşlara
deyir:
– Əyər, siz doğrudan da mahir bilicisinizsə, onda tapın görüm
mənim ovucumun içində nə var.
Böyük qardaş deyir:
– Ovucunu yalandan bükməmisənsə, taparıq.
Qazı deyir
– Xeyir, ovcumda gizlətdiyim şey var.
Böyük qardaş deyir:
Dostları ilə paylaş: |