130
təklif eləmirlər. Biri nökərləri haylayıb istehzayla deyir:
– Bu adamı hasardan o yana ötürün, yoxsa onun özünü də də
it aparar…
Oğlan kor-peşman evə qayıdır. Quru döşəmənin üstündə üzü
aşagı yatır, çox fikirləşir, çox götür-qoy eləyir. Keçmişləri yadına
salanda hirs onu boğur. “Belə yaşamaqdansa ölmək yaxşıdı” – de-
yir. Oglan özünü asmaq qərarına gəlir. Durub kəndiri qəndil asqı-
sına keçirir, boğazını hilməyə salıb bədənini aşagı sallayanda qən-
dil qırılır. Yerə xeyli qızıl tökülür.
Oğlan səhər tezdən bazara çıxır, paltarlarını təzələyir, dəlləyə
gedib üzünü taraşlayır, saçlarını qıxdırır. Sonra geyimli-keçimli
halda çayçıya gəlir. Yenə onun çöhrəsi açılır, əvvəllərdə olduğu
kimi tanış-bilişə yemək-içmək təklif edir.
Curları təzədən bir-bir yığışır, Soyuqbulaqda elədiklərini za-
rafata yozurlar. Guya çıxıb gedəndən az sonra qaytarmaq üçün
onun dalınca çıxıblar, amma heç yerdən tapmayıblar.
Beləcə, oğ-
lanın saqqızını oğurlayırlar
48
. Əvvəlki dostluqları bərpa olunur.
Toy edən gəlib ondan borc pul alır, ölüsü olan yas mərasimini
yola salmaqda çətinlik çəkmir, oğlanın əli açıqlığı hamının işini
düzəldir. Amma borc alanlar pulları qaytarmağı=yaddan çıxarır-
lar=. Bir neçə vaxtdan sonra oğlan yenə müflisləşir, əvvəlkindən
də pis vəziyyətə düşür.
Bu bədbəxt başına nə kül töksün, hansı yolu seçsin? Yaşadığı
şəhərdə tanış-bilişinin qabağında əl açıb dilənməyi özünə sığış-
dırmır Əlacı üzülür, xeyli vaxt kəndlərdə dilənçilik edir. Bu halın-
da həmcurlarına rast gəlməyi ölümə bərabər sayır. Ona görə də di-
lənmək üçün başqa yerlərə getməyi qərara alır.
Oğlan yollarda dilənə-dilənə gedib Tiflis şəhərinə çatır.
Gündüzlər dilənir, axşamsa bir körpünün altında daldalanıb yatır.
Günlərin bir günü oğlan meydanda dilənirmiş. Bir zərgər
tükənin qabağından keçəndə içəridəki zərgər ona tanış gəlir.
Onun kimliyini xatırlaya bilmir. Zərgər də oğlanı tanıdığını danır.
Üstəlik üstünə acıqlanıb dükandan qovur, ona dilənçi payı da olsa
vermir.
131
Əslində zərgər oğlanı yaxşı tanıyırmış. Atasıyla neçə illər çö-
rək kəsmişdi. Kişi oglanın bu halına sarsılır. Yaxınlıq verməsə də,
gözündən uzaq qoymur. İstəyir ki, xəbəri olmadan ona yaxşılıq
etsin, dostunun oglunu dilənçilikdən qurtarsın.
Zərgər şəyirdlərindən birinə tapşirir ki, aparib ona dilənçi pa-
yı versin, özü də gizlincə arxasına düşüb izləsin. Şəyird oğlanın
daldalandığı körpünü zərgərə nişan verir.
Bir axşam körpünün altina bir dilənçi də gəlir. O, əvvəl bir
qədər aralıda ondan xəbəri yoxmuş kimi oturur. Guya qəflətən oğ-
lanı görür. Yaxınlaşıb salamlaşır. Sonra hər ikisi gecədən xeyli ke-
çənədək keçmişdə başlarına gələn əhvalatlardan danışırlar. İkinci
dilənçi Allahdan arzu edir ki, yaşayışları yenə də yaxşılaşsın.
Onlar gündüzlər ayrılıb hərəsi şəhərin bir səmtinə dilənməyə
yollansa da, axşamlar körpünün altında yenə görüşüb dərdləşirlər.
Bir həftə birlikdə gecələyirlər. Bir-birinə isnişirlər.
Bir gecə hər ikisi soyunub ayaxlarını çayda yuyurlar. İkinci
dilənçi gələndə əlində bir yekə qarpız gətirmişdi. O həmkarına deyir:
– Oğul, sən cavansan, dur o qarpızı kəs, yeyək.
Oğlan cibindən sapsız paslı bısax çıxarıb qarpızı dilimləyir.
Hər ikisi iştahla yeyir. Yerə tökülən tumları qaranlıqda təmizləmə-
yə başlayırlar. Oglan əllərini torpağa sürtəndə nəsə səs eşidir, əyi-
lib baxır ki, bir torba qızıldı. Sevindiklərindən bilmirlər nə etsin-
lər. Sonra qızılı dədə malı kimi aralarında bölüşdürürlər. Sonradan
gələn dilənçi deyir:
– Biz bu qızılla tükənlər aça bilərox, çoxlu qazancımız olar.
Şəhərdə tanınan, hörmətli adamlarından olarox.
Oğlan bu məsləhətlə razılaşır.
Səhəri hərəsi bazara gedib bir dəst qiymətli paltar alır, dəllə-
yə də baş çəkirlər, hamamlanırlar. Axşam qonaq evində otaq kira-
yələyirlər. Bir neçə gündən sonra alqı-satqı bazarında soraqlaşıb
bir zərgər dükanına gəlirlər. Sahibini razı salıb dükanı alırlar.
Birlikdə işə başlayırlar. Qoca dilənçinin yaxşı əl qabiliyyəti
vardı. Oğlana zərgərlik sənətinin sirlərini öyrətməyə başlayır. Dü-
kanin gəliri gündən-günə artır. Vətənindən dilənçi sifətində gələn
132
oğlan artıq özü zəhmətiylə pul qazanır. Alıb satmağı bacarır. Pul
xərcləməyi öyrənir. Özü qazandığından gəlirinin qədrini bilir.
Zərgər tükəninə tez-tez bir qız gəlir. Özündəki qızıl əşyalarını
başqasıyla dəyişir. Oglanın mallarını baha qiymətə alır, özününkü-
ləri isə ona ucuz qiymətə satır.
Oğlan şəhərdə varlı-karlı adama çevriləndən sonra başqa bir
zərgər dükanının sahibi onu evinə qonaq çağırır. Oğlan görür ki,
bu kişi şəhərə gələndə onu dükanından qovan kişidi. Salamlaşır-
lar. Ev sahibi deyir:
– Büyün sənə bir sirr açacağam.
Yeyib-içəndən sonra ev sahibi ayağa durub otağı tərk edir.
Bir müddətdən sonra dilənçi libasında geri qayıdıb deyir:
– Oğul, körpünün altında səninlə gecələyən dilənçi yoldaşini
tanımadınmı?
Oglan məsələnin nə yerdə olduğunu anlayır.
- Tanıdım, - deyir, - özü də atamın yaxın dostu olduğunuz da
yadıma düşdü.
Zərgər ona anladır ki, hər şeyi dostu ona danışmışdı. Kişi deyir:
– Atan narahatlıq keçirirdi. Sənin ərköyünlüyün, malın, pulun
qədrini bilməməyin başına bəlalar açacaqdı. Son ümidi qəndil
asqısında gizlətdiyi qızıllar idi. Elə zənn edirdi ki, onları tapanda
ağıllanacaqsan. Curlarının hiyləsinə uymayacaqsan. Mənim düka-
nıma o kökdə gələndə ürəyimə dağ qoydun. Amma boynuna
sarılmağım, açıq-aşkar sənə əl tumağım heç nəyi dəyişdirmirdi.
Ona görə də qiyafəmi dəyişib dilənçi yoldaşın oldum. Qarpız
çərdəklərini yataq yerinə tökmək bəhanə idi. İstəyirdim yerə
atdığım qızıl kisəsini tapasan. Yaxşı ki, dükan açmaga razılıq ver-
din. Ancaq alveri dirçəltmək üçün sənin özünün pulun olmalıydı.
Bu səbəbdən də atanla mənim rəhmətə getmiş bir dostumuzun qızı
yardımına gəldi. Bahalı bəzək şeylərini sənə ucuz qiymətə satdı.
Səndəki malları ikiqaq baha qiymətə aldı. Oğul, mən səni dilənçi
kökündə evimdə qəbul etmək istəmədim. İstədim ki, dilənçiliyin
daşını atıb özün pul qazanasan və var-döylətin qədrini biləsən. Bir
döylət də halal süd əmmiş qızla ailə qurmağındı. Allahın əmri,
Dostları ilə paylaş: |