121
diyim əziyyəti qəvul eliyifsansa, habı qaya qalxsın, habırdan çıxım
gedim. Didəndə, diyir qaya beyax qalxdı. Bular üçü də diyir
çıxdılar çölə, hindi bular acdılar. Sözləşdilər ki, kimdə pul varsa
qidax çörəyh alax, Dəpyanus bilsə bizi qırcaxdı. Birisi didi məndə
var. Getdi tükançıya verdi pulu, bu tükançı diyir, bir pula baxdı, bir
maa baxdı. Didi, a kişi, habı Dəpyanusun puludu, sən nə axtarırsan,
Dəpyanus dünyadan köçən 309 ildi. Bu pul işdəmir, dünya təzələ-
nitdi. Gül-gülünən oyniyir, bülbül-bülbülnən, insanlar gözəlləşitdi.
Dimax, bular 309 il qayanın altında qalıtdılar.
Haqq var, divan yoxdu
Şah oğlu Şah Abbasının ölkəsinnən adamnar itir. İtənnəri nə
qədər axtarıllarsa da tapa bilmirlər. İtən adamnarı öldürən də bi
dənə adamdı. O, pullu adamnarı öldürüf pulunu alır. Bi günü bu
qonşudan bi axmağı da götürür, bu da diyirmiş ki, gedim mən də
pul qazanaram. İtən adamnarın öldürüldüyü yerə çatanda diyir ha-
bırda düşax, dincalax. Bi vaxtı bular orda düşüllər, orda su-zad
içillər, bu görür ki, yoldaşının qılığı düz döyül, bu nəsə ayrı
fikirdədir. Diyir, a kişi, habı pulunu verim, səən adam öldürmağo
heş kimə dimiycəm. Diyir, yox. Diyir, unda saa bi xahiş eliyim,
bunu yerinə yetir, daa öldürürsən öldür də. Dimax, bunun yoldaşı
hamilə iymiş, diyir öyrən gör, oğlum olutdusa adını qoy “Haqq
var, divan yoxdu”, qızım olsa daa heş nə.
Qatil də başa düşmür bu nə diyən sösdü. Nəysə, bi vaxtı bu
gəlir arvadın yanına, arvad qayıdır ki, ay qardaş, mənim yoldaşım
sənnən getmişdi, bəs o niyə qayıtmadı. Qatil qayıdır ki, bala, səən
yoldaşın hələ gəlmiycaxdı, cec gəlcaxdı. Diyir bə saa o heş şey
dimədi. Diyifdi ki, oğlum olsa adını “haqq var, divan yoxdur”
qoysunlar, qızım olsa da heş nə. Sən dimə bunun da oğlu olutdu-
muş, uşax da qəzirmiş, bular öydən gedənnən xeyli vaxt keçitdi.
Uşağın adını anası qoyur “Haqq var, divan yoxdu”.
Şah oğlu Şah Abbas da atını minib şəhərdə gəzirmiş, bu vaxt
uşax şahın atına tərəf qaçır. Uşağın atın əyaxları altına düşmə-
122
sinnən qorxan anası onun dalınca qışqırır: ay haqq var, divan yox-
du, dəyan, at səən basar. Şah, diyir, atın başını çeyhdi ki, ay bacı,
ay qızım, habıra gəl görüm.
Şah soruşdu ki, habı uşağın adı nədi? Ana didi: uşağın adı
“Haqq var, divan yoxdu”. Şah qayıtdı ki, axı haqq da var, divan
da. Nətəri yanı, divan mənəm, haqq o kişi. Soruşdu ki, habı adı
kim qoyutdu bu uşağa. Sən özünnən qoyufsan, yoxsa saa diyiflər.
Arvad əhvalatı olduğu kimi danışır. Şah diyir ha...a, dimax itən və
öldürülən adamnarı qıran kim imiş. Arvaddan soruşur ki, sən o
kişini tanıyırsan. Arvad qayıdır ki, o məəm qonşumdu. Şah Abbas
kişini yanına çağırtdıraraq soruşur ki, di görax bu uşağa adı kim
qoyutdu, özü də hindi hardadı. Bu dimax istəmir, şah əmr eliyir ki,
bunun dırnaxlarını şıxardın. Dırnaxlarının ikisini çəkillər, üçüncü-
sündə davam eləmir, diyir, vallah öldürmüşəm. O, maa həbilə xa-
hiş elədi, mən də yoldaşına çatdırdım.
Şah diyir, hindi camaatı öldürəni tapmışam. Qatili dar ağacın-
dan asıllar.
Göz görmiyən, qulaq eşitmiyən söz
Biri var idi, biri yox idi. Keçmiş zamanlarda bir kişinin üç
oğlu, bi arvadı var idi. Bi günü kişi bərk azarlanır. Kişi arvad-
uşaqlarını yanına çağırıb diyir ki, böyük qardaş və ortancıl qardaş,
bu öy-eşik, bu mal-qara sizə, bu bağ ananıza və kiçik qardaşınıza
qalsın. Kişi ölüb həyatdan yox olur. Ailə bir yerdə yaşayır. Bi gün
böyük və ortancıl qardaşlar ananı və kiçik qardaşı zorla öydən qo-
vurlar. Ana kiçik oğlu ilə gəlir kişinin bağışladığı bağa. Gəlib ba-
ğa çatıb bağı gəzmağa başliyirlər. Bir az gəzənnən sora ana və
oğul yorulub bağın ortasında otururlar. Bir qədər oturduqdan son-
ra oğlan görür ki, yanlarında bir papaq var. Oğlan papağı başına
qoyur. Sora papağı çıxardıb anasına diyir ki, bu papaqda sirr var.
Ana papağı başına qoyub diyir: oğul, atan bizi istiyib bu bağı bizə
verib, oğlan papağı anasınnan alıb tullamaq istiyir. Amma ana
papağı tullamağa qoymadı ki, bu, atanın yediyarıdı, qoy qalsın.
123
Oğlan papağı başına qoyur. Dünyada nə ki, cin, şeytan var, yığılır
onun başına və diyirlər: ağa, qulluğun nədi? Oğlan qayıdır ki,
anamla mən ac olmuşuq, bir samovar çay, iki boşqabda yimək ol-
saydi, yiyib-içərdox. Oğlan sözünü qurtarmamış hər şey hazır ol-
du. Onlar yiyif-işdilər, bir az dincaldılar. Yuxudan durannan sora
durub yol getmağa başladılar. Az getdilər, çox getdilər, bir vaxt-
dan sora gəlib bir bağ qırağına çatdılar. Oğlan öy yiyəsini çağırdı.
Onların qavağına bi qoca kişi çıxdı. Oğlan qayıdır ki, əmican, biz
yad adamlarox, bizi bir günnüyə qonax elə. Qoca razılaşır. Ana və
oğlanı öyə gətirir, onlara çay, yimağ-işmax verir. Sora onlar söh-
bətə başladılar. Az danışdılar, çox danışdılar, sora oğlan diyir ki,
əmican, gəl mənim anamı özaa arvad elə, məni də oğullağa götür.
Qoca kişi razılıq verdi. Onlar bir neçə gün yaşadıqdan sonra oğla-
nın padşahın qızına gözü düşdü. Oğlan bu fikrini axşam atasına
söylədi. Atası söylədi ki, oğul, biz hara, padşahın qızı hara? Oğlan
sözünnən dala durmadı, atasınnan xahiş elədi ki, padşahın yanına
elçiliyə getsin. Qoca kişi padşahın hüzuruna gedib elçi daşının üs-
tündə oturub gözdəmağa başladı. Padşah onu yanına çağırıb nə is-
tədiyini soruşdu. Kişi məqsədini bildirdi. Padşah gülərək dilləndi:
Sənin oğlun hara, mənim qızım hara? Sənə üç sual verərəm, cavab
versən qızımı sənin oğluna verrəm. Padşah qızını yanına çağırıb
barmağındakı üzüyü çıxartdırdı. Padşah söylədi: bu üzükdən bir
üzük, mənim öy-eşiyim kimi öy-eşik, bir də qulaq eşitməyən, göz
görməyən bir söz mənə gətirin.
Qoca kişi durub kor-peşman yavaş-yavaş öylərinə yollandı.
Padşahın dediklərini oğlana çatdırdı. Oğlan gözdədi ki, axşam
düşsün. Axşam düşdü, oğlan papağı başına qoydu. Dünyanın cin,
şeytanı yığıldı onun başına. Didilər: ağa, qulluğun nədir? oğlan
padşahın qızının üzüyünü göstərib didi:
– bu üzükdən 40 üzük!
O, sözünü qurtarmamış 40 üzük hazır oldu. Oğlan üzükləri
bir torbaya yığıb atası ilə göndərdi padşaha və didi ki, padşah
bunların içindən öz üzüyünü seçib götürsün, seçə bilməsə torbanı
mənə qaytararsan. Padşah üzüklərin içərisində öz üzüyünü seçə
Dostları ilə paylaş: |