Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə62/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   58   59   60   61   62   63   64   65   ...   79

 
128
edən ola bilməz».  (Yunus 3). «Axirət də, dünya da ancaq Allahındır. 
Göylərdə neçə-neçə  mələklər vardır ki, onların  şəfaəti heç bir fayda 
verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə izn verdikdən 
sonra  (onun  şəfaəti fayda verər)».  (ən-Nəcm 25-26). «Onun hüzurunda 
izn verdiyi kimsələr istisna olmaqla heç kəsin  şəfaəti fayda verməz». 
(Səba 23).  
Kimlərin şəfaət edəcəyinə gəlincə isə, Uca Allah bizlərə şəfaətin ancaq 
onun izn verməsindən sonra gerçəkləşəcəyini xəbər verdiyi kimi, bu 
xüsusta ancaq onun sevdiyi kimsələrin  şəfaət edəcəyini də  xəbər 
vermişdir.  «Ruhun  (Cəbrailin)  və  mələklərin səf-səf duracağı gün 
Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, 
danışan da doğrunu deyəcəkdir».  (ən-Nəbə 38). «Allahdan  əhd almış 
kəslər müstəsna olmaqla, qalanları  (kafirlər)  şəfaət etməyə qadir 
olmazlar». (Məryəm 87). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Hər bir 
Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir peyğəmbər də bu duasını 
etmişdir. Lakin mən duamı qiyamət günündə ümmətimə  şəfaət etmək 
üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi  şərik qoşmamış 
olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar»
402
.  
Kimlər üçün şəfaət ediləcəyinə isə, Uca Allah bizlərə ancaq Allahın razı 
olduğu kimsələr üçün şəfaət ediləcəyini də  xəbər vermişdir.  «Allah 
onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı 
olduğu kəslərdən ötrü şəfaət edə bilər və onu heybətindən qorxarlar». 
(əl-Ənbiya 28). «O, gün izn verdiyi və söz danışmağa razı olduğu 
kəslərdən başqa heç kimin şəfaəti fayda verməz». (Ta ha 109).  
Bütün bu ayələrdən bəlli oldu ki, şəfaət yalnız Allahın söz və əməlindən 
razı olduğu kimsələrə izn verdikdən sonra və Allahın razı olduğu 
kimsələrə ediləcəkdir. Bundan qeyri olan şəfaət isə müşriklərin (yəni 
Allahdan qeyrisinə ibadət edənlərin) bütləri, tanrıları haqqında inandıqları 
şirk olan şəfaətdir. Çünki onlara görə Allahın izni və rizası olmadan 
onların bütləri onlara şəfaət edəcəklər. Allah bu cür şəfaət istəyənlər 
haqqında buyurur: «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir 
zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən 
ötrü şəfaət edənlərdir» deyirlər. De ki: «Allaha göylərdə və yerdə (özünə 
şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə  şərik qoşulan 
bütlərdən uzaqdır və ucadır».  (Yunus 18). «Çünki biz sizi (siz bütləri) 
aləmlərin Rəbbi ilə bərabər tutduq. Bizi yalnız günahkarlar azdırdı. İndi 
artıq nə şəfaət edən kimsələrmiz, nə də bir mehriban dostumuz var! Kaş 
                                                 
402
 Buxari, Müslim.  


 
129
bir də  (dünyaya)  dönə biləydik, möminlərdən olardıq».  (əş-Şuəra 98-
102).  «(Ya Peyğəmbər!) Onları urəklərin ağıza gələcəyi, udquna belə 
bilməyəcəkləri yaxın günlə  (qiyamət günü ilə) qorxut. (O, gün) 
zalimlərin nə bir dostu, nə də bir şəfaətçisi olar». (əl-Mumin 18). «Şəfaət 
edənlərin şəfaəti onlara fayda verməz». (əl-Muddəssir 48). «Qorxun elə 
bir gündən ki, o gün heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən 
(gördüyü pis işlər müqabilində)  əvəz  (fidyə)  qəbul edilməz, heç kəsin 
şəfaəti fayda verməz və  (Allahın  əzabından xilas olmaqda) onlara 
(günahkarlara) heç bir kömək də göstərilməz».  (əl-Bəqərə 123). 
«Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları Quranla xəbərdar 
et. Onların Allahdan başqa heç bir hamisi və həvadarı yoxdur. Bəlkə də 
onlar pis əməllrdən çəkinsinlər».  (əl-Ənam 51). «(Allaha qoşduqları) 
şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz 
şəriklərini inkar edəcəklər». (ər-Rum 13).  
Allahın izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta 
şəfaət edən Peyğəmbər də olsa belə ondan qəbul olunmaz. Allah Qurani 
Kərimdə üç Peyğəmbəri xatırladaraq buyurur ki, onların  şəfaəti,  şəfaət 
etdikləri insanlara heç bir fayda verməmişdir. Allah onların şəfaətini qəbul 
etməmişdir, çünki buna onun izni və razılığı olmamışdır. «Nuh Rəbbinə 
(dua ilə) müraciət edib dedi: «Ey Rəbbim! Oğlum  (Kənan)  mənim ailə 
üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən hakimlərin 
hakimisən». Allah buyurdu: «O, sənin ailəndən deyildir. Çünki o (küfr 
etməklə) pis bir iş görmüşdür.  (Və ya sənin məndən onu xilas etmək 
xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə 
cahillərdən olmamağı nəsihət edirəm». (Hud 45-46). İbrahim öz atasına: 
«Mən  (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən 
heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim 
bacardığım yalnız budur) deməsi istisnadır».  (əl-Mumtəhinə 4). 
Peyğəmbər - sallallahu aleyhi və səlləm – idi ki, müşrik olaraq ölən əmisi 
üçün Allahdan bağışlanma dilədikdə Allah ona bu əməli qadağan edərək 
buyurdu:  «Müşriklərin Cəhənnəmlik olduqları  (müsəlmanlara)  bəlli 
olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə  və iman 
gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).  
Belə ki, Allah yaratdığı məxluqlardan şəfaəti yalnız üç şərtlə qəbul edir: 
1)  Şəfaət edəndən Allahın razı olması.  2)  Şəfaət olunandan Allahın razı 
olması.  3) Allahın  şəfaət edənə  şəfaət etmək üçün izn verməsi. Bu üç 
şərtsiz  şəfaət edən istər mələk olsa, istər peyğəmbər olsa belə,  şəfaəti 
qəbul olunmayacaqdır.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə