Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə52/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   48   49   50   51   52   53   54   55   ...   127

 
105
dövründə» dedi. Peyğəmbər: «Bu ümmət qəbirdə fitnəyə  məruz 
qalacaqdır» deyə buyurdu. Əgər ölülərinizi dəfn etməyinizdən 
qorxmasaydım sizə qəbir əzabını eşitdirmək üçün Allaha dua edərdim»
468

Hani, Osman – radıyallahu anhu – nun mövlası deyir ki: “Osman – 
radıyallahu anhu – bir qəbirin yanında durdu. Saqqalı yaş olana qədər 
ağladı. Ona: «Cənnət və Cəhənnəm xatırlandıqda ağlamırdın, lakin qəbri 
xatırladıqda ağladın» dedilər. Osman – radıyallahu anhu – Peyğəmbər  
sallallahu aleyhi və  səlləm – in belə buyurduğunu eşitdim: Qəbr axirət 
mənzillərinin birincisidir. İnsan ondan qurtula bilərsə sonrakılardan 
qurtulması asantdır. Ondan qurtulmazsa sonrakılar bundan daha çətindir. 
Əgər ondan nicat taparsansa böyük bir müsibətdən qurtuldun. Əksi 
təqdirdə  sənin qurtulacağını heç güman etmirəm. Osman – radıyallahu 
anhu – sözünə davam edərək Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu 
sözlərini söylədi: “(Axirət mənzərələrindən) heç biri qəbir qədər 
qorxuducu və vahiməli deyildir”
469
.  İbn Abbas – radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm –: «İki qəbirin 
yanında dayanıb dedi: «Bu qəbirdəkilər günah etdiklərinə görə  əzab 
çəkirlər. Onlardan birisi sidik ifraz etdikdə ondan təmizlənməzdir. Digəri 
isə söz gəzidirən idi». Sonra yaş bir budaq qıraraq onu iki yerə böldü və 
hər bir qəbrin üzərinə birini sancdı. Səhabələr: «Nə üçün belə etdin» 
dedilər. Peyğəmbər: «Budaqlar quruyana qədər qəbir  əzabları 
yüngülləşsin»
470
.  
Möminlərə  gəlincə Allah buyurur: Şübhəsiz ki: «Rəbbimiz Allahdır! 
deyən, sonra da (sözündə) düz olan kəslərə  (ölüm ayağında)  mələklər 
nazil olub belə deyəcəklər: «Qorxmayın və  kədərlənməyin! Sizə  vəd 
olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30). 
Bütün bu hadisələr «Bərzax» deyə adlanan aləmdə baş verir. 
Keyfiyyəti bizə  bəlli olmayan bir şəkildə. Çünki ağıl bu keyfiyyəti dərk 
etməkdə acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbir əzabında 
məqsəd bildiyimiz qəbir çuxurunda görülən  əzab deyildir. Bərzax adı 
verilən aləmdə görülən  əzabdır.  Əzabı dadanlar qəbirdə  də olsalar, yerin 
dibində də olsalar, dənizin dibində və ya balığın qarnında da olsalar, yanıb 
kül olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da 
bərzax deyilən aləmdə əzab görürlər.  «Onlara iki dəfə (dünyada və qəbr 
evində)  əzab verəcəyik. Sonra (axirətdə) isə  ən böyük əzaba 
uğrayacaqlar».  (ət-Tövbə 101). Səmura b. Cundəb  - radıyallahu anhu – 
                                                           
468
 Buxari, Müslim 2867.  
469
 Tirmizi “Zuhd” 5, 2309. 
470
 Buxari 218, Müslim 675.  


 
106
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını 
qıldıqdan sonra hər dəfə  səhabələrdən soruşardı: «Sizdən yuxu görən 
varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər 
o, bizə buyurdu: «Həqiqətən bu gecə  mənim yanıma iki nəfər gəldi və 
mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir 
müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir 
başqası  əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, 
əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş 
yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə 
qayıdıncaya qədər uzananın başı  əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, 
yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar 
kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam 
edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. 
Onun üstündə  əlində  dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü 
üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək 
boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da 
boynunun ardına kimi cırdıqda digər tərəf  əvvəlki vəziyyətini alır və o, 
birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar 
kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam 
edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə  gəldik. (Ravi deyir: 
«Zənn edirəm ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu:) 
Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi 
və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. 
Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» 
dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) bir gölün 
yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). 
Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə 
dayanıb. Üzən adam üzə bacardığı  qədər üzdükdən sonra yanında daş 
topası olan adamın yanına gəlib ağzını açar. O, da daşları onun ağzına 
atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə  ağzını açar o, da daşları 
onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. 
Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir 
müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən 
gördüyün çirkin adamların  ən çirkini). Atəşi alovlandırır və  ətrafında 
fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» 
dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ 
çiçəyin olduğu, sıx və uzun ağaçlarla dolu bir baxçaya çatdıq. Baxçanın 
ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə