Aydın Çobanoğlu
414
Aşıq Nəcəfin məhəbbət lirikası öz səmimiliyi, təbiiliyi və
axıcılığı ilə seçilir. Aşıq Nəcəf hər şeydən əvvəl təbiət vurğunu-
dur. Ana yurdun vüqarlı dağları, geniş düzləri, coşqun çayları
öz əsrarəngiz gözəllikləri ilə aşığı valeh etmiş, onun yaradıcılı-
ğında özünə yer tapmışdır.
Gözümün önündən çəkilmir bir an
Səfalı yayalağı bizim dağların.
Açıb qollarını, “gəl-gəl” çağıran
Cüyürlər oylağı bizim dağların.
Ağacların barı budağı əyər,
Əylənib üzməsən xətrinə dəyər.
Dəlisov çaylara mahnılar deyər
Nəğməli bulağı bizim dağların.
Səsləyər qoynuna oğlanı, qızı,
Yandırar köksünü gözəllər nazı.
Nəcəf dindirəndə sədəfli sazı,
Çox olar yığnağı bizim dağların.
Aşıq Nəcəf təkcə Vətəni, onun təbiətini deyil, eyni zaman-
da Vətən gözəllərini də vəsf etməkdən doymamışdır. Onun şeir-
lərində qızlarımızın gözəlliyindən, ağlından, kamalından, ən nə-
cib insani xüsusiyyətlərindən bəhs olunur. Gənclərə tövsiyyə
xarakteri daşıyan “Ola” rədifli qoşma məhz bu məzmunda ya-
zılıb:
Arayıb, axtarıb bir yar sevəsən,
Ağıl mərifətdən ustakar ola.
Qohumla, qonşuyla bəd dolanmaya,
Mülayim kəlməli, dil şəkər ola.
Ömrün etməyəcək vəfa dedilər
415
Nəcəf elə gözəlləri sevir və vəsf edir ki, təkcə bir nəfərin
deyil, hamının, elin, obanın, qohum-qonşunun da gözündə gö-
zəl olsun. Nəcəfin gözəli təkcə zahirən deyil, həm də daxilən
gözəl olmalıdır. Belə gözəli isə ancaq əsil ata-ana tərbiyə edə
bilər:
Əzəl əsil ola ata-anası,
Ola gözəlliyin hər nişanası.
Ellər tamaşası, göllər sonası,
Gözəllər içində bir ülkər ola.
∗
Aşığın vəsf etdiyi gözəllər də təbiət vurğunudur. Yazın er-
kən çağında dəstə-dəstə seyrə çıxıb təzə-tər çiçəklər dərir, on-
lardan çələng bağlayırlar. Bu gözəllərin özləri də, sözləri də gül
kimi zərif, incə, lətafətli, ətirlidir:
Əziz gündə seyrə çıxıb gəzərlər,
Bənövşə dərərlər, nərgiz üzərlər.
Buxaqlar altına güllər düzərlər,
Qənd əzərlər dil-dəhana gözəllər.
**
Nəcəf azad, təmiz, saf məhəbbəti təbliğ edir. İstəyir ki, hə-
mişə sevən sevənə qovuşsun, heç kəsin məhəbbəti nakam qal-
masın. Aşiqlər kamına çatsın:
Nəcəf, hər nadana yandırma canı,
Həqiqət dərk elə, həddini tanı!
Sevgi sevgisindən alar nişanı,
Əbruşun tellərin çalhaçalı var!
***
∗
Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979-cu il, səh.28.
**
Yenə orada. Səh.16.
***
Yenə orada. Səh.18.
Aydın Çobanoğlu
416
Aşıq Azərbaycan qadınının qara çadra zülmündən azad
olunmasını alqışlayır. Çadranı, gözəlliyi əsarətdə saxlayan
zülmkar adlandırır. Bundan belə Azərbaycan qızlarını çadralı,
yaşmaqlı görmək istəmir. Çünki, bu onların gözəlliyinə xələl
gətirir:
Alma
o yaşmağı qaymaq dodağa,
Mirvari dişlərin tez ləkələnər.
Daha yoxdu gözəlliyə qadağa,
Dəhan hava çəksə az ləkələnər.
Sənə bir ərzim var, ay xalı həbəş,
Görəndə ovçunu az dağları aş.
O məh camalına, qoy, düşsün günəş,
Solar gül yanağın, üz ləkələnər.
∗
Aşığın tərənnüm etdiyi gözəllər məclislər bəzəyidir. Onlar
olan məclis daha gözəl, daha çıraqban olur. Xüsusən həmsöhbət
olanda:
Saqi ol məclisdə, gəl, payla şərbət,
Nazü-qəmzə etmə, sözüm var xəlvət.
Bircə saat mənlə eləyib söhbət,
Xumar gözlə gül, qadasın aldığım!
**
Yaxud
Mən oxuyum, sən qulaq as sözümə,
Eşqli vaxtımda xoş avazıma.
Şox sal məclisimə, oyna sazıma
Sübhəcən məclisi laləzar elə.
***
∗
Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979, səh. 28.
**
Yenə orada, səh. 28.
Ömrün etməyəcək vəfa dedilər
417
– deyən aşıq heç bir məclisini gözəlsiz görmək istəmir.
Həm də gözəl vəfalı, ismətli, həyalı olmalıdır. Sözü bütöv ol-
malı, verdiyi sözün, əhdin, ilqarın üstündə möhkəm durmalıdır.
Azərbaycan gözəli başqa cür ola bilməz! Olsa belə, aşığın “dər-
di dəftərə sığışmaz”.
Bir dərdim var, Loğman gəlsə sağalmaz.
Naşı təbib yaralarımı açmasın.
Yarım üz döndərsə cismim sağ olmaz,
İlqar verən ilqarından qaçmasın.
*
və ya
Dost olan dönərmi öz dostluğundan?!
Mən ki, bixəbərəm yar küsdüyündən.
Başımı qaldırmam qəm yasdığından,
Olar köhnə yaram təzə, gəlməsə.
**
Aşıq Nəcəf bivəfaları sevmir, yuxarıda qeyd etdiyimiz ki-
mi gözəlin üz bürüməyini düzgün hesab etmir. “Haqq verən pa-
yı” daldalamağı onlara rəva görmür:
Həyat olsa içmərəm mən
Bimürvətin şərbətini,
Göz görməsə könül sevməz,
Aç üzündən rübəndini.
Qoy, tökülsün gərdəninə,
Aç zülfünün kəməndini.
Hər yuvadan tərlan çıxmaz,
Bir de, görüm haralısan?
***
***
Yenə orada, səh. 28.
*
Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979-cu il, səh.25.
**
Yenə orada, səh.26.
Dostları ilə paylaş: |