Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə184/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   180   181   182   183   184   185   186   187   ...   190

                                                                                                                                                        

clxiii[163]

    14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 392.4-cü maddənin birinci 

cümləsində  "20  (iyirmi)  gün"  sözləri  "30  (otuz)  gün"  sözləri  ilə  əvəz  edilmiş  və  ikinci  cümlə  yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

392.4.  Apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  məhkəməyə  daxil  olduğu  vaxtdan  20 

(iyirmi) gün müddətində apellyasiya instansiyası məhkəməsi onların baxışını təyin edir. Apellyasiya 

şikayəti  və  ya  apellyasiya  protesti  üzrə  baxışın  təşkili  xüsusilə  mürəkkəb  olduğu  halda  bu  müddət 

apellyasiya instansiyası məhkəməsi sədrinin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər. 

 

clxiv[164]



 

28  oktyabr  2008-ci  il  tarixli  705-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    14  dekabr  2008-ci  il,  №  279,  Azərbaycan  Respublikasının  qanunvericilik 

toplusu, 2008-ci il, № 12, maddə 1045) ilə 394.1-ci maddədə "hüquqlarını" sözü "hüquqları" sözü ilə 

əvəz edilmişdir. 

 

clxv[165]



  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  394.3.2-ci 

maddədə "343-cü" rəqəmi "341-ci" rəqəmi ilə əvəz edilmişdir.  

 

clxvi[166]



  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  394.4.1-ci 

maddədə "343-cü" rəqəmi "341-ci" rəqəmi ilə əvəz edilmişdir. 

 

clxvii[167]



  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  394.6-cı 

maddədə  "yekun"  sözündən  əvvəl  "apellyasiya  şikayəti  və  ya  apellyasiya  protestinin  baxışını 

məhkəmə istintaqını aparmaqla keçirdikdə" sözləri əlavə edilmişdir.  

 

KM6


 

12  may  2009-cu  il  tarixli  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenimunun  

Qərarı  (“Respublika”  qəzeti    4  iyul  2009-cu  il,  №  143)  ilə  1.  Qanunverici  tərəfindən  Azərbaycan 

Respublikası  Cinayət-Prosessual  Məcəlləsində  müvafiq  dəyişikliklər  edilənə  qədər  bu  Məcəllənin 

397.1 və 397.2-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 

a) apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-

prosessual  qanunvericiliyinin  normalarına  riayət  edilməsini  hər  bir  halda,  o  cümlədən  müvafiq 

olaraq  apelyasiya  şikayətinin  və  ya  protestinin  dəlillərində  bu  barədə  tələb  irəli  sürülməsə  də 

yoxlamalıdır; 

b)  cinayət  və  cinayət-prosessual  qanunvericiliyinin  normalarına  riayət  edilməsinin 

yoxlanılmasından  sonra  Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  403-405-ci 

maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: 

apelyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi 

apelyasiya  şikayəti  və  yaxud  mahiyyətcə  həmin  şəxslərdən  hər  hansı  birinin  xeyrinə  dövlət 




                                                                                                                                                        

ittihamçısının  verdiyi  apelyasiya  protesti  üzrə  keçirilərsə,  apelyasiya  instansiyası  məhkəməsi 

göstərilən  şəxsin  vəziyyətini  yaxşılaşdırmaqla  birinci  instansiya  məhkəməsinin  yekun  qərarını 

dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;  

apelyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət 

ittihamçısının verdiyi apelyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apelyasiya şikayəti üzrə 

keçirilərsə, apelyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq 

birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin 

vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə 

qərarın qəbul edilməsi üçün əsas apelyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə 

baxan apelyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul 

oluna bilər. 

clxviii[168]

    14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 397.3.1-ci maddədə "təqdim 

edilməsini" sözləri "təqdim edilməməsini" sözləri ilə əvəz edilmişdir. 

 

clxix[169]



  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  398.1.2-ci 

maddədə "yeni hökm çıxarmaq" sözlərindən sonra "birinci instansiya məhkəməsinin qərarını ləğv 

edərək yeni qərar qəbul etmək" sözləri əlavə edilmişdir.  

14 iyun 2005-ci il 939-IIQD nömrəli “

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər 

və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 

qanunvericilik  toplusu,  2005-ci  il,  №  8,  maddə  686)  ilə  398.1.2-ci  maddədə  "hökmünü"  sözündən 

sonra "və ya qərarını" sözləri, "yeni hökm" sözlərindən sonra isə "və ya qərar" sözləri əlavə edilmiş, ", 

birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul etmək" sözləri çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi: 

398.1.2.  birinci  instansiya  məhkəməsinin  hökmünü  ləğv  edərək  yeni  hökm  çıxarmaq,  birinci 

instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul etmək; 

 

clxx[170]



    14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  qanunvericilik  toplusu,  2005-ci  il,  №  8,  maddə  686)  ilə  406.3.4-cü  maddədə 

"Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  sədrinə"  sözləri  "apellyasiya  instansiyası 

məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına" sözləri ilə əvəz edilmişdir. 

 

clxxi[171]



      14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 407.1.1-ci maddədə "qanuni 

nümayəndəsinə," sözlərindən sonra "dövlət ittihamçısına," sözləri əlavə edilmişdir. 

 

clxxii[172]



    7  sentyabr  2004-cü  il  tarixli  731-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının      bəzi   

qanunvericilik    aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş 

hesab  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 

qanunvericilik toplusu, 2004-ci il, № 10, maddə 761) ilə 408.2.1-408.2.3-cü və 408.2.5-ci maddələrində 

"hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilmişdir. 

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə