Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə185/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   182   183   184   185   186   187   188   189   190

                                                                                                                                                        

16  iyun  2007-ci  il  385-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  qanunvericilik  toplusu,  2007-ci  il,  №  7,  maddə  712)  ilə  408.2-ci  maddə  yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

408.2. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı qaydada verilir: 

408.2.1.  andlı  iclasçıların  iştirakı  ilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  ağır 

cinayətlərə  dair  işlər  üzrə  kollegiyası  tərəfindən  çıxarılmış  hökmlərdən—Azərbaycan  Respublikası 

Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasına;  

408.2.2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə və inzibati xətalara 

dair  işlər  üzrə  kollegiyası  tərəfindən  çıxarılmış  hökm  və  qərarlardan—Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasına;  

408.2.3.  andlı  iclasçıların  iştirakı  ilə  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikası 

Məhkəməsi  tərəfindən  çıxarılmış  hökmlərdən—Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  cinayət 

işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasına; 

408.2.4. andlı iclasçıların iştirakı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının 

Hərbi  Məhkəməsi  tərəfindən  çıxarılmış  hökmlərdən—Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasına; 

408.2.5.  Azərbaycan  Respublikası  Apellyasiya  Məhkəməsinin  cinayət  işləri  və  inzibati  xətalara 

dair  işlər  üzrə  kollegiyası  tərəfindən  çıxarılmış  hökm  və  qərarlardan—Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasına;  

       408.2.6. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə 

kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan—Azərbaycan Respublikası Ali Məhkəməsinin 

hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasına. 

 

 

clxxiii[173]



  16  iyun  2007-ci  il  385-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 408.3-cü maddənin birinci 

cümlədə "408.2.2, 408.2.5, 408.2.6" rəqəmləri "408.2.4 - 408.2.7" rəqəmləri ilə əvəz edilmişdir. 

 

16  iyun  2007-ci  il  385-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  qanunvericilik  toplusu,  2007-ci  il,  №  7,  maddə  712)  ilə  408.3-cü  maddənin  ikinci 

cümlədə  "Azərbaycan  Respublikası  Apellyasiya  Məhkəməsinin  sədri"  sözləri  "apellyasiya 

məhkəmələrinin sədrləri" sözləri ilə əvəz edilmişdir. 

 

clxxiv[174]



    14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  qanunvericilik  toplusu,  2005-ci il, №  8,  maddə  686) ilə  Məcəlləyə  yeni  409.1.4-cü 

maddə əlavə edilmişdir. 

22  dekabr  2006-cı  il  tarixli  209-IIIQD

 

nömrəli  Qanun  (Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu, 2006-cı  il,  №  12,  maddə  1032) ilə  yeni  məzmunda  409.1.5-ci  maddə  əlavə 

edilmişdir. 

 

 



                                                                                                                                                        

clxxv[175]

    14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  qanunvericilik  toplusu,  2005-ci  il,  №  8,  maddə  686)  ilə  Məcələyə  yeni  409.6-cı 

maddə  əlavə  edilmiş,  əvvəlki  409.6-cı  və  409.7-ci  maddələr  isə  müvafiq  olaraq  409.7-ci  və  409.8-ci 

maddələr hesab edilmişdir. 

 

clxxvi[176]



  22  dekabr  2006-cı  il  tarixli  209-IIIQD

 

nömrəli  Qanun  (Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  12,  maddə  1032)  ilə  yeni  məzmunda  409.7-ci  maddə  əlavə 

edilmişdir,  409.7-ci  və  409.8-  ci  maddələr  müvafiq  olaraq  409.8-ci  və  409.9-cu  maddələr  hesab 

edilmişdir. 

 

 



clxxvii[177]

   


2  iyul  2001-ci  il  tarixli  172-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi 

qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 409.7-

ci  maddədə  "xəstəliyə  tutulduqda  və  ya  protest  verməkdən  qəsdən  yayındıqda"  sözləri  "xəstəliyə 

tutulduqda,  protest  verməkdən  yayındıqda  və  ya  imtina  etdikdə,  habelə  onun  mövqeyi  ilə 

razılaşmadıqda" sözləri ilə əvəz edilmiş və maddəyə aşağıdakı cümlə əlavə edilmişdir: 

"Apellyasiya instansiyası məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın 

materiallarına  bu  Məcəllənin  392.2-ci  maddəsinin  tələblərinin  ziddinə  baxıldığı  halda  kassasiya 

protesti  vermək  hüququna  Azərbaycan  Respublikasının  Baş  prokuroru  və  ya  onun  müavini 

malikdir."

  

14 iyun 2005-ci il 939-IIQD nömrəli “



Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər 

və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 

qanunvericilik  toplusu,  2005-ci  il,  №  8,  maddə  686)  ilə  409.8-ci  maddənin  birinci  cümlədə 

"hissəsindən" sözü "hissədən" sözü ilə əvəz edilmiş və ikinci cümlədə "hökmdən kassasiya protesti 

vermək hüququna" sözləri çıxarılmışdır. 

 

10  oktyabr  2006-cı  il  160-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Cinayət  Prosessual 



Məcəlləsinə  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2006-cı  il,  №  10,  maddə  847)  ilə  409.8-ci 

maddənin  ikinci  cümləsində  "Azərbaycan  Respublikasının  Baş  prokuroru"  sözlərindən  sonra  ", 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  cinayət  işləri  və  inzibati  xətalara  dair  işlər  üzrə 

kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının 

prokuroru" sözləri əlavə edilmişdir. 

 

 

 



clxxviii[178]

   


2  iyul  2001-ci  il  tarixli  172-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi 

qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu  (Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə 

410.1.1-ci  maddədə  "391.3-cü  maddəsində"  sözləri  "391.3  və  520.7-ci  maddələrində"  sözləri  ilə  əvəz 

edilmişdir.  

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə