Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə187/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   182   183   184   185   186   187   188   189   190

                                                                                                                                                        

427.7.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  yalnız  cinayət  işinin  apellyasiya 

instansiyası  məhkəməsində  məhkəmə  baxışının  predmeti  olmadığı  halda  Konstitusiyaya  uyğun 

olmayan  normativ  hüquqi  akt  əsasında  birinci,  apellyasiya  və  kassasiya  instansiyaları  məhkəmələri 

tərəfindən  çıxarılmış  hökm  və  ya  qərarları  tam  və  ya  qismən  ləğv  etmək  və  cinayət  işi, 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarını  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

icraatın materiallarını birinci instansiya məhkəməsinə yenidan baxılması üçün göndərmək hüququna 

malikdir. 

 

cxcii[192]



    14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  qanunvericilik  toplusu,  2005-ci  il,  №  8,  maddə  686)  ilə  Məcəlləyə  yeni  427.11-ci 

maddə əlavə edilmişdir. 

 

cxciii[193]



  22  dekabr  2006-cı  il  tarixli  209-IIIQD

 

nömrəli  Qanun  (Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  12,  maddə  1032)  ilə  435.5-ci  maddə  çıxarılmışdır,  yeni 

məzmunda 435-1-ci və 435-2-ci maddələr əlavə edilmişdir; 

əvvəlki redaksiyada deyilirdi: 

435.5.  Yekun  məhkəmə  qərarını  çıxararkən  yetkinlik  yaşına  çatmayan  şəxsin  cəza  tədbiri  tətbiq 

edilmədən  islah  edilə  biləcəyi  barədə  nəticəyə  gəldikdə,  məhkəmə  tərbiyəvi  xarakterli  məcburi 

tədbirlər tətbiq etməklə yetkinlik yaşına çatmayan şəxsi cəzadan azad edə bilər. 

 

 

 



cxciv[194]

 

30  iyun  2009-cu  il  tarixli    856-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Azərbaycan”  qəzeti    24  iyul  2009-cu  il,  №  160)  ilə  442.2.1-ci  maddədə  “şəxsi  toxunulmazlıq” 

sözlərindən sonra “, mülkiyyət” sözü əlavə edilmişdir. 

 

cxcv[195]



 

30  iyun  2009-cu  il  tarixli    856-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160) ilə 177.5-ci və 443.2-ci maddələrdə “177.3.1-177.3.5-

ci” sözləri “177.3.1-177.3.5 və 177.3.8-ci” sözləri ilə əvəz edilmişdir. 

cxcvi[196]

  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 



aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  445.2-ci 

maddədə  "məhkəmə  nəzarətini  həyata  keçirən  məhkəməyə"  sözlərindən  sonra  "və  ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora" sözləri əlavə edilmişdir.  

 

cxcvii[197]



  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  446.1.3-cü 

maddədə  "vəsatəti"  sözündən  sonra  "və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurorun təqdimatı" sözləri əlavə edilmişdir.  

 

cxcviii[198]



  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  447.3.3-cü 




                                                                                                                                                        

maddədə  "tədbirlərinə"  sözündən  sonra  "və  Azərbaycan  Respublikasının  ərazisindən  kənarda 

istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxslərə" sözləri əlavə edilmişdir.  

30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti  24 iyul 2009-cu il, № 160) ilə 447.3.3-cü maddədə “177.3.4-177.3.6-cı” sözləri “177.3.4-177.3.6 

və 177.3.8-ci” sözləri ilə əvəz edilmişdir. 

 

KM6


 

5 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun  

Qərarı (“Xalq” qəzeti  10 oktyabr  2009-cu il, № 225) ilə Azərbaycan Respublikası Cinayət-Prosessual 

Məcəlləsinin  449.2.3-cü  maddəsinin  «qərarın  qəbul  edilməsi  və  ya  hərəkətin  aparılması  nəticəsində 

hüquq  və  azadlıqları  pozulan  digər  şəxslər»  müddəası  cinayət  prosesinin  digər  iştirakçılarına  aid 

olduğuna  görə  cinayət  prosesini  həyata  keçirən  orqanın  prosessual  hərəkətlərindən  və  ya 

qərarlarından  şahidin  də  şikayət  vermək  hüququnu  istisna  etmir.  Lakin  cinayət  prosesinin  digər 

iştirakçıları,  o  cümlədən  şahidlər  cinayət  təqibini  həyata  keçirən  orqanın  vəzifəli  şəxslərinin 

qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər 

ki,  həyata  keçirilmiş  hərəkətlər  və  qəbul  olunmuş  qərarlar  onların  hüquq  və  qanuni  maraqlarına 

toxunmuş  olsun,  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  təsbit  olunmuş  hüquqlarına  və 

azadlıqlarına  zərər  yetirə  və  yaxud  ədalət  mühakiməsinə  müraciətini  (əlçatanlığını)  çətinləşdirə 

bilsin. 

cxcix[199]

  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 



aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  449.3.5-ci 

maddədə "başlanması" sözü "başlanmasının rədd edilməsi" sözləri ilə əvəz edilmişdir.  

 

cc[200]



   2 iyul  2001-ci il  tarixli  172-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  449.3.8-ci 

maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:  

449.3.8. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. 

 

cci[201]



  

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001-ci  il,  №  7,  maddə  455)  ilə  454-cü 

maddədə "şikayət" sözündən sonra "və ya protest" sözləri əlavə edilmişdir.  

 

ccii[202]



    11  iyun  2004-cü  il  tarixli  688-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi 

qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 8, maddə 598) ilə LIII fəsil yeni 

redaksiyada verilmişdir. Fəslin əvvəlki redaksiyasında deyilirdi: 

L I I I   f ə s i l    

Normatİv hüquqİ aktın konstİtusİyaya uyğunluğunun yoxlanılması barədə vəsatət üzrə İcraat 

M a d d ə   4 5 5 .   N o r m a t i v   h ü q u q i   a k t ı n   K o n s t i t u s i y a y a  

u y ğ u n l u ğ u n u n   y o x l a n ı l m a s ı   b a r ə d ə   v ə s a t ə t   v e r m ə k   h ü q u q u  

455.1.  Cinayət  prosesinin  iştirakçıları  Azərbaycan  Respublikasının  Konstitusiyasının  130-cu 

maddəsinin III hissəsinin 1—6 və 8-ci bəndləri ilə nəzərdə tutulmuş qaydada normativ hüquqi aktın 

Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsinə sorğu göndərilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna 

vəsatət vermək hüququna malikdirlər.

 

455.2.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  vəsatət 



aşağıdakı hallarda verilə bilər: 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə