Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə189/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   182   183   184   185   186   187   188   189   190

                                                                                                                                                        

458.1.2.  mübahisə  edilən  normativ  hüquqi  aktın  həmin  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraat  zamanı 

həqiqətən tətbiq edildiyinin yoxlanılması; 

458.1.3.  bu  Məcəllənin  458.1.1  və  458.1-2-ci  maddələrində  göstərilən  məsələlərə  dair  yazılı  rəyin 

hazırlanması  və  həmin  rəylə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  iclasında 

məruzəçi kimi çıxış etməsi. 

458.2.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  vəsatətə 

baxarkən  Azərbaycan  Respublikası  Ali Məhkəməsinin  Plenumu  öz  iclasında  vəsatətə  dair  məruzəçi 

hakimin  rəyini  dinləyərək  və  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  səlahiyyətlərinə 

müdaxilə  etmədən  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi 

ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq olunmuş normativ hüquqi aktın Konstitusiyaya 

uyğunluğunun  yoxlanılması  barədə  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu 

göndərir. 

458.3.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu  göndərilməsi  haqqında  vəsatətə  baxarkən 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  bu  maddədə  göstərilmiş  qaydalardan  kənara 

çıxmağa  və  mübahisə  edilən  normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğu,  vəsatətin 

konstitusiya-hüquqi məzmunu barədə məsələlər üzrə müzakirələr açmağa və ya vəsatətdə qaldırılan 

məsələyə digər qaydada öz münasibətini bildirməyə haqlı deyildir. 

458.4.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu  göndərilməsi  haqqında  vəsatətə  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin  plenumu  tərəfindən  vəsatətin  Azərbaycan  Respublikasının  Ali 

Məhkəməsinə daxil olduğu gündən bir aydan gec olmayaraq baxılır. 

458.5.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu  «Konstitusiya  Məhkəməsi 

haqqında» Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. 

458.6.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu  göndərilməsi  haqqında  vəsatətə  baxılmasının 

nəticələri  barədə  yazılı  surətdə  vəsatət  vermiş  cinayət  prosesinin  iştirakçısına,  habelə  vəsatətin 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumuna  göndərilməsi  barədə  qərar  çıxarmış 

məhkəməyə məlumat verilir. 

M a d d ə   4 5 9 .   A z ə r b a y c a n   R e s p u b l i k a s ı   A l i   M ə h k ə m ə s i n i n  

P l e n u m u   t ə r ə f i n d ə n   ö z   t ə ş ə b b ü s ü   i l ə   A z ə r b a y c a n  

R e s p u b l i k a s ı n ı n   K o n s t i t u s i y a   M ə h k ə m ə s i n ə   s o r ğ u  

g ö n d ə r i l m ə s i  

459.1.  Cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham 

qaydasında  şikayət  üzrə  icraat  zamanı  tətbiq  edilmiş  normativ  hüquqi  aktların  hər  hansı 

müddəalarına  dair  aşağıdakıları  müəyyən  etdikdə,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Plenumu  öz  təşəbbüsü  ilə  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu  göndərə 

bilər:


 

459.1.1. həmin normativ hüquqi aktların hər hansı şəxsin Konstitusiyada nəzərdə tutulmuş əsas 

hüquq və azadlıqlarını pozduğunu; 

459.1.2. həmin normativ hüquqi aktların müddəaları ilə daha yüksək hüquqi qüvvəyə malik olan 

Azərbaycan  Respublikasının  Konstitusiyası,  qanunları  və  digər  normativ  hüquqi  aktları  arasında 

ziddiyyət olduqda; 

459.1.3. həmin normativ hüquqi aktların hər hansı müddəalarının rəsmi təfsirə ehtiyacı olduqda; 

459.1.4.  həmin  normativ  hüquqi  aktların  hər  hansı  müddəaları  Azərbaycan  Respublikasında 

qanunverici,  icra  və  məhkəmə  hakimiyyətləri  arasında  səlahiyyətlərin  bölüşdürülməsinə  dair 

mübahisələr doğurduqda. 




                                                                                                                                                        

459.2.  Bu  Məcəllənin  459.1-ci  maddəsində  göstərilən  hallarda  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsinə  sorğu  göndərilməsi  barədə  məsələyə  baxılması  bu  Məcəllənin  458-ci 

maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

M a d d ə   4 6 0 .   A z ə r b a y c a n   R e s p u b l i k a s ı n ı n   K o n s t i t u s i y a  

M ə h k ə m ə s i   t ə r ə f i n d ə n   q ə r a r   q ə b u l   e d i l m ə s i n i n   h ü q u q i  

n ə t i c ə l ə r i  

460.0. Normativ hüquqi aktın tam və ya qismən hüquqi qüvvəsini itirmiş hesab edilməsi, habelə 

Azərbaycan  Respublikası  Konstitusiyasının  və  ya  qanunlarının  təfsiri  haqqında  Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsinin qərarları aşağıdakılar üçün mütləq əsas təşkil edir:

 

460.0.1. birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin icraatında olan cinayət işi, 



məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

müvafiq hökm və ya qərarın çıxarılması üçün; 

460.0.2.  qüvvəsini  itirmiş  və  ya  düzgün  təfsir  edilməmiş  müvafiq  normativ  hüquqi  aktın 

müddəası əsasında çıxarılmış birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin hökm 

və ya qərarlarının əlavə kassasiya qaydasında ləğv edilməsi üçün. 

 

cciii[203]



  Bax: 

156-cı istinad

 

 

cciv[204]



  Bax: 

156-cı istinad

 

 

ccv[205]



  Bax: 

156-cı istinad

 

 

ccvi[206]



  Bax: 

156-cı istinad

 

 

ccvii[207]



  Bax: 

156-cı istinad

 

 

ccviii[208]



  Bax: 

156-cı istinad

 

 

ccix[209]



  14  iyun  2005-ci  il  939-IIQD  nömrəli  “

Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında

”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 466.9-cu maddədə "şikayət" 

sözündən sonra "və ya protest" sözləri əlavə edilmişdir. 

 

ccx[ 2 1 0 ]



  1 6   a p r e l   2 0 0 2 - c i   i l   t a r i x l i   3 0 1 - I I Q D   n ö m r ə l i   " C i n a y ə t  

i ş l ə r i n ə  

d a i r  

h ü q u q i  

y a r d ı m  

h a q q ı n d a "  

A z ə r b a y c a n  

R e s p u b l i k a s ı  

Q a n u n u n u n  

t ə t b i q i  

i l ə  

ə l a q ə d a r  



A z ə r b a y c a n  

R e s p u b l i k a s ı n ı n   C i n a y ə t   P r o s e s s u a l   M ə c ə l l ə s i n ə  

ə l a v ə  

v ə  


d ə y i ş i k l i k l ə r   e d i l m ə s i   b a r ə d ə   A z ə r b a y c a n   R e s p u b l i k a s ı n ı n  

Q a n u n u  

( A z ə r b a y c a n  

R e s p u b l i k a s ı n ı n  

q a n u n v e r i c i l i k  

t o p l u s u ,   2 0 0 2 - c i   i l ,   №   5 ,   m a d d ə   2 3 3 )   i l ə   M ə c ə l l ə n i n   4 8 8 - c i  

m a d d ə s i   y e n i   r e d a k s i y a d a   v e r i l m i ş d i r .   Ə v v ə l k i   r e d a k s i y a d a  

d e y i l i r d i :  

M a d d ə  

4 8 8 .  

A z ə r b a y c a n  

R e s p u b l i k a s ı n ı n  

ə r a z i s i n d ə  

h ü q u q i   y a r d ı m   g ö s t ə r i l m ə s i   q a y d a s ı n d a   p r o s e s s u a l   v ə   d i g ə r  

h ə r ə k ə t l ə r i n   h ə y a t a   k e ç i r i l m ə s i  

488.1. Azərbaycan Respublikasının ərazisində hüquqi göstərilməsi prosessual və digər hərəkətlər 

yalnız  Azərbaycan  Respublikası  ilə  xarici  dövlətlər  arasında  cinayət  işləri  üzrə  hüquqi  yardımın 

göstərilməsi barədə müqaviləsi olan xarici dövlətlərin müvafiq orqanlarının rəsmi müraciəti olduqda 

aparıla bilər.

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə