99.4.8. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolunda
tərcümənin tam və düzgün qeyd olunmasını və cinayət prosesində iştirak edən
şəxslərə təqdim olunan sənədlərdə tərcümənin düzgünlüyünü imzası ilə təsdiq
etmək;
99.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə
keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və bu zaman aşkar edilmiş
hallara dair məlumatları, habelə şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə,
kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları
yaymamaq;
99.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
99.5. Tərcüməçinin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
99.6. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
hüquqları həyata keçirir:
99.6.1. tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə
suallar vermək;
99.6.2. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə,
həmçinin məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, tərcümənin
tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlər vermək;
99.6.3. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət
prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş
ziyana görə kompensasiya almaq;
99.6.4. yerinə yetirdiyi işə görə haqq almaq;
99.6.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
X I f ə s i l
NÜMAYƏNDƏLƏR VƏ HÜQUQ VARİSLƏRİ
M a d d ə 1 0 0 . C i n a y ə t - p r o s e s s u a l f ə a l i y y ə t q a b i l i y y ə t i
100.1. Fəaliyyət qabiliyyəti olmayanlardan başqa cinayət prosesinin bütün
yetkinlik yaşına çatmış iştirakçıları bu Məcəllədə nəzərdə tutulmuş hüquqlarını
müstəqil həyata keçirə bilərlər.
100.2. Cinayət prosesində aşağıdakılar fəaliyyət qabiliyyəti olmayanlar hesab
olunurlar:
100.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət
qabiliyyəti olmayan hesab edilmiş şəxs;
100.2.2. 14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya
təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh.
100.3. Ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz
hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan
zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki
cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs
hesab edə bilər. Məhkəmə öz hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata
keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət
qabiliyyətini bərpa edir.
100.4. 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya
təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir.
Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil
həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni
nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır.
100.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin,
habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi
üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir.
100.6. Yetkinlik yaşına çatmamış və ya 14 yaşına çatmış cinayət prosesi
iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata
keçirən orqan müvafiq hüdudlarda tanıyır.
100.7. Cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə
uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu
Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir.
100.8. Nümayəndəsi olmayan zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan
hesab edildikdə cinayət prosesində onun xüsusi ittihamçı qismində iştirakına xitam
verilir, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə isə cinayət təqibi
üzrə icraat dayandırılır.
100.9. Fəaliyyət qabiliyyəti olmayan mülki iddiaçının qanuni nümayəndəsi
yoxdursa, cinayət prosesində onun iştirakına xitam verilir.
100.10. Mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun
cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət
prosesi daxilində baxılmamış saxlanılır.
100.11. Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni
nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz:
100.11.1. barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə
dair şikayətdən imtina etmək;
100.11.2. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;
100.11.3. ona qarşı verilmiş mülki iddianı qəbul etmək;
100.11.4. ona qarşı verilmiş mülki iddiadan imtina etmək;
100.11.5. öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina
etmək.
M a d d ə 1 0 1 . Z ə r ə r ç ə k m i ş ş ə x s i n , m ü l k i i d d i a ç ı n ı n ,
ş ü b h ə l i
v ə
y a
t ə q s i r l ə n d i r i l ə n
ş ə x s i n ,
y a x u d
m ü l k i
c a v a b d e h i n q a n u n i n ü m a y ə n d ə l ə r i
101.1. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər
çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki
cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri
olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və
himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.
101.2. Cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq
fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş
şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki
cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud
himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində
iştirak etməyə buraxır.
101.3. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin,
yaxud mülki cavabdehin qanuni nümayəndəsi qismində cinayət qanunu ilə nəzərdə
tutulmuş əməllə müvafiq şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad
edilən şəxs cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.
101.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin,
habelə mülki cavabdehin qanuni nümayəndəsi qismində tanındıqdan sonra şəxsin
həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini
həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına
xitam verilir. Zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs
yetkinlik yaşına çatdıqda və ya fəaliyyət qabiliyyətini əldə etdikdə cinayət
prosesində onun qanuni nümayəndəsinin iştirakına da xitam verilir.
101.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin,
yaxud mülki cavabdehin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş
hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
101.5.1. ittihamın (şübhəli şəxsin qanuni nümayəndəsi şübhənin) mahiyyətini
bilmək;
101.5.2. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını
bilmək və onu müşayiət etmək;
101.5.3. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təmsil etdiyi şəxslə
təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
101.5.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən
orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə,
habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər
prosessual hərəkətlərdə iştirak etmək;
101.5.5. izahatlar vermək;
101.5.6. cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün
sübutlar və digər materiallar təqdim etmək;
Dostları ilə paylaş: |