97.6.3. ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və
ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək;
97.6.4. qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi
zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy
vermək;
97.6.5. məhkəmənin və ya cinayət prosesi iştirakçılarının diqqətini ekspertizanın
predmeti və müvafiq ekspertə verilən sualların tərtibi ilə əlaqədar hallara cəlb
etmək;
97.6.6. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə,
habelə məhkəmə iclasının protokolunun müvafiq hissəsi ilə tanış olmaq, bu
hərəkətlərin və öz şifahi rəyinin tamlığına və düzgünlüyünə dair protokola daxil
edilməli qeydlər vermək;
97.6.7. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət
prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş
ziyana görə kompensasiya almaq;
97.6.8. yerinə yetirdiyi işə görə haqq almaq;
97.6.9. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
M a d d ə 9 8 . M ə h k ə m ə i c l a s ı n ı n k a t i b i
98.1. Cinayət prosesində şəxsi marağı olmayan, məhkəmə iclası protokolunun
aparılması üçün təyin edilmiş məhkəmə işçisi məhkəmə iclasının katibidir.
98.2. Məhkəmə iclasının katibi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və
qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir;
98.2.1. məhkəmə iclası protokolunun aparılmasının təmin edilməsi üçün zəruri
olan bütün müddətdə məhkəmənin iclas zalında olmaq və məhkəmə iclasında
sədrlik edənin icazəsi olmadan zalı tərk etməmək;
98.2.2. məhkəmə iclası protokolunda məhkəmə icraatının gedişini, məhkəmə
qərarlarını, məhkəmə iclasında iştirak edən şəxslərin vəsatətlərini, etirazlarını,
ifadələrini, izahatlarını, habelə məhkəmə iclasının protokolunda göstərilməli olan
digər halları tam və düzgün qeyd etmək;
98.2.3. bu Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə
iclasının protokolunu hazırlamaq və imzalamaq;
98.2.4. məhkəmənin və ya cinayət prosesi tərəflərinin tələbi ilə cinayət prosesində
iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək;
98.2.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
98.2.6. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla
qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
98.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
98.3. Məhkəmə iclasının katibi məhkəmə iclası protokolunun tamlığına və
düzgünlüyünə şəxsən məsuliyyət daşıyır və protokoldakı yazıların məzmununa
dair heç kimin göstərişlərindən asılı deyildir.
98.4. Məhkəmə iclası katibinin öz vəzifələrini icra etməməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
M a d d ə 9 9 . T ə r c ü m ə ç i
99.1. Tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında
icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər
prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək
üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir.
Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin
edilə bilər.
99.2. Tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə
yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, andlı iclasçılar, prokuror,
müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal
şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də,
üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər.
99.3. Lalların və karların ünsiyyət işarələrini başa düşən və işarələr vasitəsi ilə
onlarla ünsiyyət yarada bilən şəxs də tərcüməçi hesab olunur.
99.4. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
99.4.1. tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına
gəlmək;
99.4.2. cinayət prosesini həyata keçirən orqana tərcümə edilən dilləri bilməsini
təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin
məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə tərcüməni tam və düzgün
yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək;
99.4.3. cinayət prosesini həyata keçirən orqanın, habelə məhkəmə iclasında
cinayət prosesi tərəflərinin tələbi ilə öz peşə təcrübəsi haqqında və müvafiq cinayət
prosesində iştirak edən şəxslərlə münasibəti haqqında məlumat vermək;
99.4.4. tərcüməni təmin etmək üçün zəruri olan bütün müddətdə istintaq və ya
digər prosessual hərəkətlər aparılan yerdə və məhkəmə iclası zalında olmaq, bu
hərəkətlərin aparıldığı yeri onları həyata keçirən şəxsin, məhkəmənin iclas zalını isə
məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;
99.4.5. tərcüməni tam, düzgün və vaxtında həyata keçirmək;
99.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik
edənin göstərişlərinə tabe olmaq;
99.4.7. məhkəmə iclasında qaydaya riayət etmək;