93.4.22. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində
və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri
almaq;
93.4.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
93.5. Mülki cavabdeh bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada
aşağıdakı vəzifələri yerinə yetirməlidir:
93.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
93.5.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat
üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;
93.5.3. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik
edənin göstərişlərinə tabe olmaq;
93.5.4. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək
məhkəmənin iclas zalını tərk etməmək;
93.5.5. məhkəmə iclasında qaydaya riayət etmək;
93.5.6. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya
qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
93.5.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
93.6. Mülki cavabdeh cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid
qismində dindirilə bilər.
93.7.Mülki cavabdeh şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından
istifadə edir və vəzifələrini yerinə yetirir.
X f ə s i l
CİNAYƏT PROSESİNDƏ İŞTİRAK EDƏN DİGƏR ŞƏXSLƏR
M a d d ə 9 4 . H a l ş a h i d i
94.1. Cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan
faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu
Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq
hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər.
Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları,
yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar,
cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və
nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər
cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir
şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik
olmalıdır.
94.2. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
94.2.1. cinayət təqibi orqanının çağırışı ilə gəlmək;
94.2.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prosesində
iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək;
94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq;
94.2.4. iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək,
istintaq hərəkəti aparılan yeri tərk etməmək;
94.2.5. müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri
protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək;
94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə
aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə
məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə,
kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları
yaymamaq;
94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
94.3. Hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət
daşıyır.
94.4. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
hüquqları həyata keçirir:
94.4.1. müvafiq istintaq hərəkətinin icraatında onun başlanmasından
qurtarmasınadək iştirak etmək;
94.4.2. iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi
zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
94.4.3. müvafiq istintaq hərəkətinin icraatı və onun protokolu ilə tanış olarkən
baş verənlərə dair öz etirazını bildirmək;
94.4.4. istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda
imzalamaq;
94.4.5. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini
həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə
kompensasiya almaq;
94.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
M a d d ə 9 5 . Ş a h i d
95.1. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham
tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə
məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
95.2.Aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər:
95.2.1. azyaşlı olduqlarına, fiziki və psixi qüsurlarına görə cinayət təqibi üzrə
araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər;
95.2.2. müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin
cinayət prosesinə aid olan məlumatları bilən vəkillər;
95.2.3. cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki
cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin
cinayət prosesinə aid məlumatları bilən şəxslər;
95.2.4. cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları,
yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları
istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata
keçirmiş hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin
iclas katibi.
95.3. Cinayət prosesində müdafiəçi, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının,
mülki cavabdehin nümayəndəsi qismində iştirakı ilə əlaqədar həmin cinayət işinə
dair məlumatları bilən şəxslər müdafiə etdikləri və ya hüquqlarını təmsil edən
şəxsin razılığı ilə onun xeyrinə ifadə verə bilərlər. Bu fakt həmin şəxslərin bundan
sonra cinayət prosesində iştirakını istisna edir.
95.4. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
95.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər
prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan
bütün hallar üzrə suallara tam və düzgün cavab vermək;
95.4.2. ifadələrinin düzgünlüyünü istintaq və ya digər prosessual hərəkətlərin
protokolunda imzası ilə təsdiq etmək;
95.4.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə onda olan əşyaları,
sənədləri və nümunələri müqayisəli tədqiqat üçün təqdim etmək;
95.4.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;
95.4.5. halların dərk və ifadə edilməsi qabiliyyətindən şübhələnməyə tutarlı
əsaslar olduqda, bu qabiliyyətin yoxlanılması üçün cinayət prosesini həyata keçirən
orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;
95.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmə iclasında sədrlik
edənin göstərişlərinə tabe olmaq;
95.4.7. məhkəmənin sərəncamında olmuş, məhkəmənin icazəsi olmadan və ya
cinayət təqibi orqanını olduğu yer barədə əvvəlcədən xəbərdar etmədən başqa
əraziyə getməmək;
95.4.8. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək
məhkəmənin iclas zalını və məhkəmənin binasını tərk etməmək;
95.4.9. məhkəmə iclasında qaydaya riayət etmək;
95.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
95.5. Şahidin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Dostları ilə paylaş: |