prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmədikdə, cinayət prosesini həyata
keçirən orqan isə bu hərəkətlərin aparılmasını artıq təxirə sala bilmədikdə.
92.16. Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına aşağıdakı
hallarda xitam verilmiş hesab edilir:
92.16.1. müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda;
92.16.2. şübhəli və ya təqsirləndirilən şəxs ondan imtina etdikdə (onunla
müqaviləni pozduqda);
92.16.3. cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində
iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda.
92.17. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən
şəxsin müdafiəçidən imtina etməsini qəbul etmədikdə, müdafiəçinin cinayət
prosesində iştirakına xitam verilmir.
M a d d ə 9 3 . M ü l k i c a v a b d e h
93.1. Cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar
təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi
nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula
biləcək şəxs mülki cavabdeh qismində tanınır.
93.2. Mülki cavabdeh qismində tanımaq haqqında qərar təhqiqatçı, müstəntiq,
prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia verilən anda şəxsin mülki
cavabdeh qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər
əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.
93.3. Mülki cavabdeh qismində tanındıqdan sonra həmin şəxsin üzərinə
təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət qoyula bilməməsi və ya
şəxsin mülki cavabdeh vəziyyətində qalmasına digər əsaslar olmadığı müəyyən
edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə
şəxsin cinayət prosesində mülki cavabdeh qismində iştirakına xitam verir.
93.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada mülki cavabdeh
aşağıdakı hüquqları həyata keçirir:
93.4.1. ittihamın mahiyyətini bilmək;
93.4.2. ona qarşı verilmiş iddia üzrə izahat və ifadə vermək;
93.4.3. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar
və digər materiallar təqdim etmək;
93.4.4. etirazlar etmək və vəsatətlər vermək;
93.4.5. ona qarşı verilmiş iddianın təmin olunması məqsədi ilə könüllü olaraq
pul, qiymətli kağız və qızıl-zinət əşyalarını müvəqqəti saxlanılması üçün dövlət
bankına təhvil vermək;
93.4.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını
bildirmək, həmin etirazın istintaq və ya digər prosessual hərəkətlərin
protokollarında qeyd olunmasını tələb etmək;
93.4.7. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə
tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini
vermək; istintaq və ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında
iştirak edərkən qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını
tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;
93.4.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi
andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini
çıxarmaq;
93.4.9. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin
materiallarının tədqiqində iştirak etmək;
93.4.10. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında
nümayəndəsi olmadıqda nitq və replika söyləmək;
93.4.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun
hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən
məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq;
93.4.12. ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini
almaq;
93.4.13.
təhqiqatçının,
müstəntiqin,
prokurorun
qərarlarından,
yaxud
hərəkətlərindən, habelə hökmün ona qarşı irəli sürülmüş iddiaya dair hissəsindən
və ya məhkəmənin digər yekun qərarından şikayət vermək;
93.4.14. özünün və ya nümayəndəsinin verdiyi hər bir şikayətdən imtina etmək;
93.4.15. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə
çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının
şikayətlərindən ona məlum olmuş iddia hissəsinə öz etirazını bildirmək;
93.4.16. qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə
kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və
yeni açılmış hallar üzrə baxılmasına, yaxud cinayət prosesinin digər iştirakçısının
şikayətinə öz etirazını bildirmək və cinayət işi materiallarının tədqiqində iştirak
etmək;
xlix[49]
93.4.17. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən
verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə
öz fikrini bildirmək;
93.4.18. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını
bildirmək;
93.4.19. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;
93.4.20. cinayət prosesinin istənilən anında mülki iddianı qəbul etmək;
93.4.21. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini
həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə
kompensasiya almaq;