Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə108/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   104   105   106   107   108   109   110   111   ...   310
97 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
regionlardakı təbii gözəlliklərlə yanaşı, demək olar ki hər küçədə olan mədəniyyət və 
sənət mərkəzləriylə Bakı inkişaf etməkdə olan turizm sektorunda əvəz edilməz yerə 
sahib olacaqdır^^\ 
3.3.4.
 
Maliyyə 
Aşağıda maliyyə sektoru bank, sığorta və daşman qiymətlər birjası alt başlıqları 
altında incələnəcəkdir. 
3.3.4.1.
 
Bank 
Yeni bir sistemə keçid fəaliyyətləri davam etdirilən ölkədə eyni zamanda başda 
bank olmaqla, yeni bir maliyyə sistemi quruluşu da davam etdirilir. 
Ölkədə Milli Bank, səhmləri dövlətə aid olan banklar, özəl sərmayəli yerli 
banklar və xarici sərmayəli banklar fəaliyyət göstərir. 
Sərmayəsinin bütün hissəsi dövlətə aid bir hüquqi şəxs olan Milli Bank, maliyyə 
bazarlan üzərində çox sərt bir nəzarəti var. Azərbaycanda bank sisteminin inkişaf 
prosesi üç mərhələyə bölünə bilər. Birinci mərhələ olaraq 1990- 92-ci illər arasında 
Milli Bank sistemi təşəkkül etdirilmişdir. 1992-94-cü illərdə hiper-inflyasiya 
şərtlərində qeyri-stabil bir mühitdə bank sistemi inkişaf etmişdir. 1994-cü il və ondan 
sonra isə, makroiqtisadi stabil mühitdə bank sisteminin yeni den formalaşdınlaraq 
inkişaf edilməyə çahşılmışdır"^. 
Azərbaycanda bank sisteminin hüquqi prinsipləri “Azərbaycan Respublikasının 
İqtisadi Müstəqilliyinin Əsasları” haqqında 25 mayıs 1991-ci il tarixli Konstitusiya 
Qanununun “Bank sistemi və pul tədavülü” adlı 14-cü maddəsi ilə atılmışdır^^^. Bu 
maddə ilə Azərbaycanda müstəqil banka sisteminin və milli valyuta vahidinin hüquqi 
təməlləri. Milli Bankın status və səlahiyyətləri müəyyənləşmişdir. Milli Bank 11 fubat 
1992-ci ildə qurulmuşdur. 
Bank və Milli Bank barədə tənzimləmələrlə əlaqədar olaraq 7 avqust 1992- ci ildə 
“Milli Bank Haqqındakı Qanun”la “Banklar və Bankların Fəaliyyətləri Haqqındakı 
Qanun” ard-arda qüvvəyə minmişdir. 1992-ci ilin dekabrında Azərbaycan 
Respublikası Milli Bankının nizamnaməsi qəbul edildi. Ölkədə Milli Bank və digər 
banklardan ibarət bir bank sisteminin qurulması hədəflənmişdir: Pul və bank 
sektorunda siyasətləri müəyyənləşdirmə, nəzarət və nəzarət səlahiyyəti Milli Banka 
aiddir. Bank qanunu müasir mənadakı bütün bank fəaliyyətlərini əhatə edir, fəqət 
iqtisadiyyatın bütöv mənasıyla sərbəst bazar sisteminə keçməməsi və bank sisteminin 
də müasir mənasıyla yerləşməmiş olması səbə- bləriylə hədəflənənlər həyata keçirilə 
bilmir. 
Nazif Şahin, 
"Tm\zmweYM\lmd.I)eğer\erm]\z\Diyalog Azerbaycan tş Dünyası Dergisi, 
TÜSİAB 
Cemiyeti, Sayı: 15, Bakü, Şubat-2004, s.30.
 
Azərbaycan Respublikası Bank Sistemi Haqqında Məlumat Məcmusu,
Azərbaycan Banklar Asso- 
siyası Nəşriyyatı, Bakı, 2000, s.5-6. 
Azərbaycan Respublikasmın Milli Bankı, 
http://www.nba.az
. (08.04.2003). 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə