Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə119/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   115   116   117   118   119   120   121   122   ...   310
108 


Az
ərbaycan İqtisadiyyatı 
yaraq, sığorta şirkətləri hər il öz sərmayəlerini 500 milyon manat artırmalıdırlar. 
Təkrar sığorta şirkətləri isə hər il öz sərmayələrinə 1 milyon manatəlavə etməlidirlər. 
Nazirlar Kabinetinin “Sığorta və şirkətlərinin nizamnamə sərmayəsinin minimum 
həcminin müəyyənləşməsi” haqqındakı qərarına müvafiq olaraq sığorta bazarında 
fəaliyyət göstərən şirkətlər nizamnamə sərmayələrini 2006-cı ildə 3, 2007-ci ildə 3.5, 
2008-ci ildə 4, 2009-cu ildə 4.5, 2010-cu ildə isə 5 milyard manata yüksəltməlidirlər. 
Nəticədə 2010-cu ilin əvvəlində sığorta şirkətlərinin nizamnamə sərmayəsinin 
minimum həcmi 5 milyard manat, təkrar sığorta şirkətlərininki isə 10 milyon manat 
olmalıdır. 
Yeni qurulan sığorta şirkətlərinin nizamnamə sərmayəsinin minimum həcmi isə 5 
milyard manat, təkrar sığorta şirkətlərininki isə 10 milyon manat olmalıdır. 
Sərmayələri diqqətə alındıqda sığorta şirkətlərinin çoxunun kiçik və orta həcmli 
şirkətlər olduğu görülür. Ölkədə sığorta fəaliyyətlerinin 90%-lik həcmini 10 sığorta 
Şirkəti yerinə gətirirkən, geriyə qalan 10%-lik hissə isə digər sığorta şirkətlərinin 
payına düşmüşdür. 
Sığorta sektorunda xarici sığorta şirkətləri daha çox təsirə sahibdirlər. 
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər əsasən öz ölkələrindəki sığorta 
şirkətlərində sığorta olurlar. Bundan əlavə yerli sığorta şirkətləri də ödəmə 
qabiliyyətləri zəif olduğu üçün böyük həcmli sığorta müqavilələrini ölkə xaricində 
təkrar sığorta (reasurans) etdirirlər. 
Sığorta Xidmətləri 
Sığorta şirkətləri yerli və xarici şirkətlərə və iş adamlanna müxtəlif sığorta 
xidmətləri təklif edərək bir çox riski təminat altına alırlar. Sığorta sektorunda 35 fərqli 
sığorta növü vardır. Bu sığorta növlərindən 9-u icbari, 26-sı isə könüllü sığortadır. Ən 
geniş yayılan sığorta növləri, qəza, yanğın, səhiyyə, fərdi qəza, yük, avtomobil, 
maliyyə riski, həyat, mühəndislik, kənd təsərrüfatı və heyvandarlıq sığortasıdır. 
Sığorta şirkətlərinin daha çox kiçik həcmli müəssisələrdə cəmləşdikləri görülür. 
Ancaq, sərbəst bazar sisteminə keçildikdən sonra sığorta sektorunun da inkişaf ilə 
sığorta xidmətlərinin sayı da hər keçən il artacaqdır. Könüllü sığorta növlərinin, icbari 
sığorta növlərindən daha çox olması da Azərbaycanda sığorta bazarının inkişafının bir 
göstəricisidir. 
Torpaq sürüşməsi, sel və su daşması kimi fəlakətlər son dövrlərdə Azərbaycanda 
da baş verir. Azərbaycanda fəaliyyət göstərən müəssisələr və xalq əmlaklarını 
sığortalamaqla, hər hansı bir təbii fəlakət ya da fərdi müdaxilələr nəticəsində ortaya 
çıxacaq böyük həcmdəki zərəri qarşılaya bilmək imkanına sahib- 
dirlər^^^.
Əlövsət Qocayev, “Azərbaycan İqtisadiyyatında Sığortanın Rolu”, 
Dialoq Azərbaycan İş Dünyası 
Dergisi,
Sayı:15, TÜSİAB Cemiyeti, Bakü, Şubat-2004, ss.40-41. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə