Az
ərbaycan İqtisadiyyatı
artan investisiyalarla neft istehsal və ixracındakı artmaların borcların qaytarılmasında
hər hansı bir problrmin ortaya çıxmasına imkan verməyəcəyi düşünülür. Hətta 2011-ci
ildə Azərbaycanda ÜDM-in artım tempi 3.5 faiz proqnozlaşdırılır.
Azərbaycan
xarici
maliyyə
mənbələrindən
borclanma
siyasətinin
tənzimlənməsinə də əlavə olaraq əhəmiyyət verir. Bunun nəticəsi olaraq 2010-ci ibn
əvvəlində Azərbaycanın xarici borc (3 milyard ABŞ dolları) səviyyəsi ÜDM-nin
6.4%-nə müvafiq gəlir. Bu səbəblə də ölkənin adam başına düşən xarici borcu təqribən
350 dollardır.
Borclann sahələr üzrə bölüşdürülməsində qeyri-bərabərlik var. Məsələn, 2008 ci
il ən çox kredit energetika sektoruna(33%) ayrılıb. Nəqliyyat sektoruna 9, sosial
sahələrə 8, kənd təsərrüfatı və meliorasiyaya 6% ayrılıb.
İnkişaf nəticəsində, dövlət büdcəsi ilə yanaşı, valyuta ehtiyatlan da ildən-ilə artır.
Hazırda Azərbaycanın valyuta ehtiyatlan təqribən 18 milyard dollara çatmış, eyni
zamanda, təkcə Dövlət Neft Fondundakı vəsaitlərin həcmi 9 milyard dollar təşkil edir.
Bütün bunlar isə həyata keçirilən layihələrin daxili mənbələr balansına
maliyyələşdirilməsinə imkan verir. Təkcə bir fakü vurğulayaq ki, Azərbaycan
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi üçün Gürcüstan dövlətinə 200 milyon
dollar həcmində kredit ayırmışdır və bu faktın özü respublikamızın regionda lider
olduğuna şübhə yeri qoymur. Bütün bunlan görməyən və ya görmək istəməyən
müxalif qüvvələr diqqəti daha çox Azərbaycanın xarici borclarına yönəltməyə
çalışması belə vəziyyəti onlann xeyrinə dəyişmir. Məlumat üçün bildirək ki,
Azərbaycanın 2010-ci ilin əvvəlinə olan xarici dövlət borcu 3 milyard 372,1 milyon
dollar təşkil etmişdir ki, bu da ümumi daxili məhsulun cəmi 7,6 faizinə, ölkənin
valyuta ehtiyatlannın isə 20 faizinə bərabərdir. Göründüyü kimi, ölkənin ümumi
valyuta ehtiyatlan və gəlirləri bu məbləğin heç də bəzi “ekspertlərin” vurğuladığı kimi
təhlükəli deyildir.
Bir məsələni də unutmaq olmaz ki, dünyada heç bir dövlət təkbaşına, dünyaya
inteqrasiya etmədən inkişaf edə bilməz. Bu baxımdan bu gün dünyada elə bir dövlət
yoxdur ki, onun xarici borcları olmasın. Dünya iqtisadi sisteminə sürətli inteqrasiya
dövlətlərlə beynəlxalq maliyyə qurumları arasında qarşılıqlı öhdəliklərin, borclann
formalaşmasına səbəb olur. Hətta dünyanın ən inkişaf etmiş dövlətləri də müəyyən
qlobal layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarından
uzunmüddətli kreditlər götürürlər. Əvvəldə qeyd olunduğu kimi, xarici borcların
artımı yalnız ÜDM-in 30 faizini ötdükdə inkişaf üçün təhlükəli tendensiya sayılır.
Dünyanın inkişaf etmiş ölkələrinin xarici borcları ÜDM-in 20-60 faizini təşkil etdiyi
halda, Azərbaycan üzrə bu rəqəm cəmi 7,3 faizdir və onun ölkəmiz üçün heç bir
təhlükəsi yoxdur.
Məlumat üçün qeyd edək ki, Rusiyanın xarici borcu 47,1 milyard dollar və ya
ölkə ÜDM-nin 8 faizinə bərabərdir. Qonşu Gürcüstanın xarici borcu 1 milyard 686
milyon dollar təşkil edir ki, ÜDM həcmini nəzərə alsaq, bu çox böyük rəqəmdir.
2007-ci ilin əvvəlinə olan məlumata görə, ükraynanm xarici borcu
Dostları ilə paylaş: