Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
65,382 milyard dollar təşkil etmişdir. Bu da o deməkdir ki, 60 milyonluq ukray-
nalılann hər birinə orta hesabla 1000 dollardan artıq borc düşür. Ümumiyyətlə, xarici
borclar Almaniyada ÜDM-in 68 faizini, Fransada 66 faizini, ABŞ-da 53 faizini. Böyük
Britaniyada 43 faizini, Norveçdə 36 faizini, Qazaxıstanda 10 faizini təşkil edir.
Göründüyü kimi, bu ölkələrlə müqayisədə Azərbaycanın xarici borcu olduqca cüzidir.
Azərbaycana böyük həcmli neft pulları daxil olmaqdadır. Eyni zamanda hökumət
xarici ölkələrdən və beynəlxalq təşkilatlardan yüksək faizlə kredit alır. Anlaşılmayan
cəhət odur ki, həm neft pulları, həm də alınan böyük kreditlər investisiya layihələrinə
yönəldilir. O sahəyə ki, bura Azərbaycanda daha çox korrupsiya üçün münbit şəraiti
olan mühit kimi tanınır. Artıq ölkənin xarici bordan təxminən 3 milyard dollar təşkil
edir
Beynəlxalq Valyuta Fondu (BVF) ilə son 567 milyon dollarlıq
müqaviləni də
nəzərə alsaq, Azərbaycanda artiq adambaşına düşən xarici borcların həcmi 300 dolları
keçib. Halbuki 2008-ci ilin yanvanna bu rəqəm 283,9 dollar təşkil edirdi. Kreditlərin
strukturuna gəlincə, onlann 85 faizi investisiya layihələrinə, 15
faizi isə iqtisadi
islahatlann sürətləndirilməsinə xərclənir. İqtisadi islahatların sürətlənməsi üçün
kreditləri BVF və Dünya Bankı verib, ancaq investisiya
layihələri üçün kreditləri
müxtəlif beynəlxalq təşkilatlardan almışıq. Bura əsasən BVF, Dünya Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Yaponiya-nın Beynəlxalq Əməkdaşlıq Bankının
kreditləri daxildir. İnvestisiya layihələri üçün ayrılan kreditlərin böyük hissəsi enerji
sektoruna yönəldilib. Bu sektora ümumi kreditlərin 35 faizi - təxminən 870 milyon
dollardan çox vəsait cəlb edilib. Həcminə görə ən çox kredit ayrılan ikinci sahə yol
tikintisi və nəqliyyatdır. Bu sahəyə 500 milyon dollar vəsait ayrılıb. Kreditlərin
növbəti hissəsi isə kənd təsərrüfatı və meliorasiyaya yönəldilir.
Burada əsasən su
təsərrüfatı və meliorasiya üçün vəsait xərclənir. Hökumət kənd təsərrüfatına pul
ayırmağa o qədər də həvəsli görünmür. Yalnız son vaxtlar aqrar sektora Dünya Bankı
15 milyon dollar vəsait ayırıb.
Xarici borcların böyük bir qismi beynəlxalq təşkilatlarlardan alman müddətli
borclardır. Azərbaycanın borclu olduğu təşkilatlar arasında
Yaponiya Beynəlxalq
Bankı (425 milyon dollar). Dünya Bankı (422 milyon dollar), BVF (222 milyon
dollar). Alman BLG Bankı (80 milyon dollar), Avropa Yenidənqurma və İnkişaf
Bankı (80 milyon dollar), Türkiyə Eximbank (79.5 milyon dollar),
Amerikan
Eximbank (52.5 milyon dollar), İslam İnkişaf Bankı (48 milyon dollar) ilk sıralarda
gəlirlər®^.
İqtisadi islahatlar üçün alınan kreditlər 455.8 milyon dollar təşkil edir ki, bunun
da 208.9 milyon dollanm BVF, 246.9 milyon dollarını isə Dünya Bankı vermişdir.
İnvestisiya layihələri üçün verilən kreditlər isə 1132.2 milyon
dollar-
“Xarici Borcumuz 2 Milyard 588 Milyon Dollara
ÇaiAi”, Azərbaycan Zaman Qəzeti,
23 Mart 2008, s.5.
Dostları ilə paylaş: