Az
ərbaycan İqtisadiyyatı
dır. Bunun 531.3 milyon dolları enerji sektoruna, 92.9 milyon dollan kənd təsərrüfatı,
57.6 milyon dolları
kimya sənayesi, 139.2 milyon dollan nəqliyyat sektoruna, 52.8
milyon dolları işğaldan azad edilən ərazilərin yenidən bərpasına, 120.3 milyon dollan
isə sosyal sahələrə ayırılmışdır.
Alınan kreditlərin alınma məqsədlərinə uyğun olaraq istifadə olunub olunmaması
barəsində isə bəzi şübhələr var.
Azərbaycanın Türkiyəyə olan mübahisəli borcu mövzusunda isə tərəflər razılığa
gəliblər. Azərbaycanın Türkmənistana olan borc məsələsində isə bəzi problemlər var.
Azərbaycana isə, sadəcə Gürcüstan borcludur (16 milyon dollar).
Azərbaycanda xarici borclann qaytarılması üçün büdcənin 3%-i aynimışdır. Bu
nisbət digər MDB ölkələrinə görə olduqca aşağıdır. 2008-cü ilin sonunda ÜDM-nin
6.4 %-ni təşkil edən xarici borclar Neft Fondunun sərvətləri diqqətə alındıqda
Azərbaycanın valyuta ehtiyatlarına
müvafiq gəlir ki, bu da ölkənin maliyyə
baxımından etibarlı olduğu mənasını verir. Beynəlxalq
standartlara görə isə, xarici
borclann ÜDM-nin 40%-ni, illik ixracın 200-250%-ni keçməsi halında təhlükəli qəbul
edilir. Digər tərəfdən Azərbaycanın xarici borclannm böyük bir hissəsi 10 ildən daha
artiq bir müddətə sahib kreditlərdir.
Bundan əlavə xarici ölkələr Azərbaycana bəzi yardımlar göstərirlər. Qaçqın və
məcburi köçkünlərin problemlərini azaltmaq məqsədiylə köməkliklər göstərən ölkələr
başda Yaponiya, Almaniya, İsveçrə, Türkiyə, İtaliya və Finlandiyadır. Yaponiya ilə
Azərbaycan arasında iqtisadi ortaqhqlar yüksək səviyyədədir®^.
Yaponiya
Azərbaycana xüsusilə də Ermənistamn təcavüzündən sonra məcburi köçkün
vəziyyətində olanlara yardımlar göstərmişdir. Yaponiya 1993-
cü ildən başlayaraq
məcburi köçkünlərə beynəlxalq təşkilatlar vasitəsiylə 11 milyon 470 min ABŞ dolları
həcmində yardım göstərmişdir. Yaponiya hökuməti Azərbaycandakı səfirliyi
vasitəsiylə 10
ildən çoxdur ki, “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı
çərçivəsində məcburi köçkünlərə ümumi məbləği 480 min ABŞ dolları olan səkkiz
layihə həyata keçirtmişdir.
Müstəqillikdən sonra Azərbaycan Almaniya ilə də texniki ortaqhğa başlamışdır.
Almaniya göstərilən yardımlara görə ABŞ və Yaponiyadan sonra üçüncü yerdə mövqe
tutur. Almaniya ilə Azərbaycan arasındakı əlaqələr iqtisadi tənzimləmələrə bağlı
olmaqla yanaşı ekologiya və tibb sahəsində də həyata keçirdilir®^.
Dostları ilə paylaş: