Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə77/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   73   74   75   76   77   78   79   80   ...   310
66 


Az
ərbaycan İqtisadiyyatı 
Bir başqa tərəfdən ələ alındıqda, sənaye istehsalında 1997-ci ildən etibarən 
başlayan azalma trendi tərsinə çevrilərək artmağa başlamaqla birlikdə, Azərbaycanın 
2008-cü il sonu etibarilə sənaye istehsalı hələ də 1990-cı il səviyyəsinə çatmadığı 
görülür. 
Enerji istehsalı sənayesi, elektronika və metal emalı, maşınqayırma və gəmiçilik, 
toxuculuq sənayeləri qabaqcıl sənaye sahələridir. Müstəqillikdən sonra, neftə bağlı 
sənaye sahələrindən, metal emalı və kimya sektorlarında inkişaf başlamışdır. Xüsusilə 
də, son illərdə neft avadanlıqları istehsalı və metallurgiya sahələrində ciddi irəliləyişlər 
olmuşdur. 
1 yanvar 1997-ci il tarixindən etibarən yeni Gömrük Vərgisi və ƏDV tarifləri 
qüvvəyə minmiş; mühafizə tədbirləri artırılmışdır. Bununla birlikdə, istehsal üçün 
istifadə edilən hər növ xammal, yanm məhsul, maşın və avadanlıqların idxalı gömrük 
vərgisinə tabe tutulmuşdur. 
Özəl sektorun sənaye sektoru içərisindəki payının ildən-ilə artmaqda olduğu 
görülür. Məsələn, sənaye mallan istehsalının 1998-ci ildə 26.4%-is, 1999-cu ildə 
37.3%-i, 2000-ci ildə 43.7%-i, 2002-ci ildə 53.7%-i, 2009-cü ildə isə 71 %- i özəl 
sektorun payına düşür. Ancaq, bu artım, özəl sektorun iqtisadiyyatdakı artmağı ilə 
birgə, dövlət sektoruna aid sənaye müəssisələrinin istehsal həcminin aşağı 
düşməsindən və bəzi məhsullann istehsalının tamamilə dayandırılmasından meydana 
gəlmişdir. 
3.1.1.
 
Mədən Sektoru 
Azərbaycan çox zəngin yeraltı qaynaqlara malikdir. Başlıca qaynaqlan; neft, təbii 
qaz, mis, alunit, sink, qurğuşun, sulfat, polimetal filizi, civə, molib- den, dəmir filizi, 
barıt, kobalt, arsenik, mərmər, əhəng daşı, siyanit, mədən duzu və daş duzdur. Bir 
sözlə Azərbaycan həm metal filizi, həm də sənaye xammalı baxımından zəngin təbii 
sərvətlərə sahibdir. 
Sovət dövründə təbii qaynaqların istifadəsi əsasən qısa və uzun müddətli 
ehtiyaclar diqqətə alınaraq planlamışdı. Mədən yataqlanndan, köhnə mərkəzi hökumət 
tərəfindən səmərəli şəkildə istifadə olunmayanlarmm bəzilərində məh- sudarhq aşağı 
düşmüş, bəziləri isə bağlanmış və ya iqtisadiyyata yük olacaq vəziyyətə düşmüşdür. 
Dəmir ehtiyatının təxminən 200-250 milyon ton olduğu ehtimal olunur. SSRİ 
dağıldıqdan sonra dəmir filizinin çıxarılması dayandırılmışdır. Bunun səbəbi isə, ən 
əsas müştəri olan Gürcüstanın aşağı keyfiyyəti irəli ataraq dəmir almaqdan imtina 
etməsi olmuşdur. Ancaq, Alman və İngilis firmalan dəmir yataqlannm bərpası ilə 
maraqlanırlar. 
Filiz çaydakı polimetal filizi yataqlannda geniş potensial olduğu hesab edilir. 
Yüksək tenör və rezervdə qızıl yataqlannm olmasına baxmayaraq, hələ də heç 
birisi istifadə edilmir. Azərbaycanda zəngin qızıl yataqlarının istifadə olun 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə