|
Microsoft Word Az ekonomi After Corrections docUÇUNCU
FƏSIL
SEKTORLAR
ÜZRƏ
ANALİZ
Bu fəsildə sənaye, kənd təsərrüfatı və xidmətlər sektoru alt başlıqları altında,
Azərbaycan iqtisadiyyatı sektorlar üzrə analiz ediləcəkdir.
3.1.
SƏNAYE
Müstəqillikdən əwəl Azərbaycan iqtisadiyyatında əsas üstünlüyü sənaye sektoru
təşkil edirdi. 1988-ci ildə milli gəlirin 42.1%-i sənaye sektorunun payına düşürdü.
Həmin ildə sənaye sektorunda fəaliyyət göstərən 1005 sənaye obyektindən 529-u ağır
sənaye, 206-sı yüngül sənaye, 263-ü kənd təsərrüfatı sənaye kompleksinə bağlı ərzaq
məhsulları istehsal edən sənaye obyekti idi^’.
Müstəqilliyin qazanıldığı ilk illər, sənaye müəssisələrinin sərbəst bazar
iqtisadiyyatına uyğunlaşma illəri olaraq qiymətləndirilə bilər. 1995-ci ilin sonlarında
sənaye məhsullarının fiziki həcmində, 1990-cı ilə nisbətən 70% geriləmə müşahidə
olunur. Digər sektorlar da diqqətə alındıqda, 1990-cı ildən fəaliyyət göstərən 3800-dən
çox müəssisənin fəaliyyəti 1995-ci ildə dayandınimışdır. Bir qismi isə, qismən də olsa
fəaliyyətlərini davam etdirmişdilər. Digər tərəfdən 1990-95-ci illərdə sənaye
məhsullannm istehsalının bütün sahələrdə aşağı düşdüyü qeydə alınmışdır. Hətta
sənaye müəssisələrinin sayının yeni qurulan xüsusi mülkiyyətli müəssisələrlə birlikdə
1005-dən 2984-ə çıxması istehsal həcminin ciddi şəkildə azalmasını əngəlləyə
bilməmişdir*’*.
Müstəqilliyin ilk illərində sənaye məhsullan istehsalı sahəsində dövlət
nəzarətinin zəifləməsi, müvafiq stabillik proqramının olmaması və müəssisələrin
yoxlamadan uzaq qalması isə, sənaye mallan istehsalmdakı sürətli azalmanın əsas
səbəbləri olmuşdur. Ancaq onu da qeyd etmək lazımdır ki, ortaya çıxan bu mənfi
iqtisadi gedişat sadəcə Azərbaycandakı vəzij^ətlə əlaqədar deyil, həmçinin köhnə
sosialist bloku ölkələrində ortaya çıxan siyasi və iqtisadi vəziyyətlə də bağlı
olmuşdur®^.
Azərbaycan sənaye potensialının 20%-lik hissəsini neftayırma avadanlıqları
istehsalı sektoru və qapalı maşınqayırma-inşaat sektoru təşkil edir. Neftayırma
avadanlıqları istehsalı Azərbaycanın ən qədim və başlıca sənaye sahəsidir. SSRİ
dövründə bu sektor, SSRİ tələbatının 70%-ini təmin edirdi. Ancaq, köhnəlmiş
texnologiya ilə istehsalın həyata keçirilməsi, xammal və ehtiyat hissə-
E.Əhmədov-M.Hacıyev,^zaröayca«
İqtisadiyyatı,
Səda Nəşrləri, Bakı, 2004, s.31; Eyyubov, s.68.
Eyyubov,s.69-71
69
Eyyubov,s.72
Dostları ilə paylaş: |
|
|