Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
ması üçün 1997-ci ildə ABŞ-ın “RV İnvəstment” şirkəti ilə razılaşma əldə
olunmuşdur. 25 illik razılaşmaya görə ABŞ şirkəti layihə əsasında 6 ədəd qızıl yatağı
üçün 500 milyon dolları əməliyyat, 120 milyon dollan isə inkişaf etdirmə məqsədiylə
olmaqla, təxminən 620 milyon dollar sərmayə qoyacaqdır.
Qızıl yataqları Gədəbəy, Ordubad və Erməni işğalı altında olan Kəlbəcərdə
yerləşir. “RV” şirkəti, qızılın dünya bazarındakı qiymətinə bağlı
olaraq yataqlarda
fəaliyyətə başlamağı planlaşdırmışdır™. 100 min ton sülfit turşusu ehtiyatları
olmasına baxmayaraq, bazar imkanı tapılmamış və 1 milyon dollar dəyərində gümüş
istehsalı, alıcı tapılmadığından dayandırıirmşdır.
Mədən sektorunda təcili müasirləşməyə ehtiyac mövcudluğunu və əhəmiyyətini
davam etdirir.
Qısacası, Azərbaycan, mədən sektorunda bir çox problemlə qarşı-qarşıyadır. Çox
məhdud olan mədən mallarının istehsalı müəssisələrində texnologiya geri qalmışdır.
3.1.2.
Elektrik Enerjisi
Azərbaycanda imkanlarının 85%-ni istifadə edən səkkiz istilik və alü su elektrik
stansiyaları mövcuddur. Sovət dövründə tikilən bu elektrik istehsalı mərkəzləri,
müstəqillikdən sonra lazımi səviyyədə təsirli olmamışdır.
Azərbaycanda elektrik
enerjisinin 82%-i istilik, 18%-i isə su elektrik stansiyalannda istehsal olunur.
1995-ci ildən etibarən qiymət liberalllaşması, eneıji sektorunu da əhatə edəcək
şəkildə genişləndirilərkən, ölkə daxilindəki eneqi qiymətləri
də dünya qiymətləri
səviyyəsinə yüksəldilməyə başlanmışdır.
Azərbaycanda istehsal olunan elektrik eneqisi miqdan lazımi ehtiyacları qarşılaya
bilmir. Xüsusilə də, qış aylannda eneqiyə olan ehtiyac artdığından
ciddi çətinlik
yaşanır.
Ölkənin öz elektrik ehtiyacını qarşılaya bilməməsinin səbəbi,
istehsal
müəssisələrinin köhnəlməsi və təmirinin apanimamasıdır. Texnologiya və
avadanlıqlar aşınmış və köhnəlmişdir. Digər tərəfdən də eneqinin lazımi
şəkildə
paylan- maması səbəbiylə istehsal itkisi get-gedə artır. İstehsal itkisi bütün istehsalın
təxminən 15-20%-ni təşkil edir.
Eneqi ehtiyacını qarşılaya bilmək üçün Azərbaycan Rusiya, Türkiyə və İrandan
eneqi idxal edir. Azərbaycan, Gürcüstan və Türkiyə ilə birləşmiş eneqi sistemi qurmaq
üçün, AB proqramına qoşulmuşdur.
Digər tərəfdən də Azərbaycan, eneqi sektorundakı itkiləri aradan qaldırmaq
məqsədiylə özəlləşdirmə proqramını tətbiq etmişdir. 1996-cı ildə Dövlət başçısı
™ “Azərbaycanın qızıl yataqlarmm işlənməsinə başlanacaq”.
Üç Nöqtə Qəzeti,
No:41(521), 4 Mart
2003; ‘US Company to Develop Azerbaijan's Gold Deposits in 2005’,
Azemews,
http://www.azemews.net/view.php?d=5692
(19.03.2005).
Dostları ilə paylaş: