Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
salına başlamışdır. Bu fabriklərdə emal olunan Azərbaycan çayı Türk və Hindistan
çayı ilə qanşdırılaraq satışa buraxılır^®.
Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramı çərçivəsində
Lənkəran və Astaranın da daxil olduğu ölkənin cənub regionunda çayçılığm inkişafı
üçün bəzi tədbir və təşviqlər həyata keçirilir. Müstəqillikdən sonra yararsız vəziyyətə
düşən çay istehsalı sahələrinin yenidən yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər
həyata keçirilir. Təkcə Lənkəran rayonunda 1000 hektara yaxın çay plantasiyası
istifadə üçün əlvərişli hala gətiriləcəkdir. Dövlət Proqramına müvafiq olaraq, 2007-ci
ildə Lənkəran rayonunda çayçılığm inkişaf etdirilməsindən 19 milyardd manat gəlir
əldə edilməsi hədəflənmişdir.
Lənkəran və Astara çay fabriklərinin istehsala başlaması üçün kifayət qədər
sərmayə qoyulmuşdur. Cənub regionunda çayçılığm inkişafında “Azərsun Hol-
dinq”in fəaliyyətləri xüsusi yerə malikdir.
Pambıq:
Pambıq istehsalında qədimdən bəri mühüm bir yerə sahib olan ölkədə
istehsal, böyük bir qismi Rusiya və Özbəkistandan gələn nitrat gübrəsi və kombayn
kimi istehsal vasitələrinin çatışmamazhğı və bunların ehtiyat hissələrinin
qiymətlərindəki artım səbəbiylə xeyli aşağı düşmüşdür.
Ölkənin pambıq istehsalı potensialı ildə 830 min tondur. İstehsal olunan
pambığın 70%-i xammal olaraq ixrac edilir. Ciddi miqdarda pambıq istehsalına
baxmayaraq, pambıq təmizləmə fabrikləri az sayıdadır. Pambıq istehsalı ilə əlaqədar əl
ilə yığım (35% əl ilə yığılır), həşəratlarla lazımınca mübarizə aparıla bilməməsi kimi
problemlər yaşanır. Eyni problemlər tütün və çay istehsalında da özünü göstərir.
Tütün:
Tütünçülük ölkənin daha çox Şəki-Zaqatala regionlarında inkişaf
etdirilmişdir. Sovət dövrünün son illərində 62 min tona çatan tütün istehsalı
müstəqillikdən sonra ciddi şəkildə azalmışdır’’. Azərbaycanın xarici ölkələrə tütün
ixrac etmək imkanı yoxdur. Xaricə tütün ixrac edə bilmək üçün ölkə ərazisində 20-25
ton tütün istehsal olunmalıdır. Azərbaycanda isə ildə 4 min ton tütün yarpağı istehsal
etmək mümkündür. Ölkənin siqaret istehsalçıları əsas xammalı xarici ölkələrdən
gətirirlər. Ölkədə istehsal olunan tütün yarpağının keyfiyyətinin aşağı olması isə bəzi
regionlann daha yeni-yeni bu sahə ilə məşğul olmasından irəli gəlir.
Kartof:
Ölkədə 2005-cü ildə, əkin sahələrinin artamasına paralel olaraq, əvvəlki
ilə görə istehsal həcmi 21%-dən çox artan kartof isə başda Rusiya olmaqla qonşu
ölkələrə ixrac edilməyə başlamışdır.
Zeytun:
Ölkədə zeytun yığımı və ondan istifadə hələ lazımi səviyədə istifadə
edilmir. Zeytunlann yığılması və istifadəsi ilə məşğul olacaq muəssisə-
“Azərbaycan-Türkiyə Toxum İstehsalı və Tədqiqatı İşlətməsi Layihə ilə Əlaqədar GörüntüləT’,
http;//
www.tika.gov.tr/tur/projeler/tarim/mam.htm
. 12.06.2003 E. Əhmədov-M. Hacıyev, s.87.
Dostları ilə paylaş: