Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə82/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   78   79   80   81   82   83   84   85   ...   310
71 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
məhsulun miqdan da 1913-1970-ci illər arasında üç dəfədən artıq artmışdır. Sovət 
idarəsi Azərbaycandakı taxıl istehsalını daha da artırmaq əvəzinə, şərab istehsalı 
sənayesinə üstünlük vərmişdi. 
Azərbaycanda istehsalı azalan kənd təsərrüfatı məhsullarından biri də çəltikdir. 
Çəltik, Azərbaycanda uzun illər bəzi cənub regionlarında və şimaldakı Qafqaz 
dağlarının ətəklərində yetişdirilirdi. Sovət dövründə İttifaqın digər dövlətlərində çox 
miqdarda çəltik istehsal olunması səbəbi ortaya atılaraq, Azərbaycanda çəltik istehsalı 
dayandırıldı. 
1970-ci illərdə Azərbaycan əkinçiliyinin xüsusilə şərabhq üzüm istehsalı 
istiqamətində inkişaf etdirilməsi üçün fəaliyyətlərə başlanıldı. Təxminən 70.000 - 
80.000 hektar ərazi şərabhq üzüm üçün istifadə olunmuşdu. Bu məqsədlə hədəf, 
1990-cı ildən etibarən illik 3 milyon ton üzüm istehsalını təmin etmək idi. 
Sovət rejimi zamanında yuxarıda bəhs edilən siyasət işığında Azərbaycanda 
rejimin lazım bildiyi əkinçiliyin 3 qolu inkişaf etdirilmişdi: Pambıq, şərabhq üzüm və 
tərəvəz. 
Bu məhsulların çox az bir qismi Azərbaycanda qalırdı. Məsələn, istehsal olunan 
pambıq Rusiyaya göndərilirdi. 
Moskva Azərbaycanı hər zaman imperiyadan asılı halda saxlayaraq, öz 
hakimiyyəti altında saxlamağa meyilli sənayə mühiti formalaşdırmışdı. Azərbaycan 
hər il İttifaq Fondundan təxminən 1.200.000 ton süd və süd məhsulları, 35.000-40.000 
ton ət və ət məhsulları alırdı. Belə ki, Azərbaycanda heyvandarlığın inkişafı üçün 
lazım olan heyvan yemi istehsalına Sovət idarəsi tərəfindən icazə vərilmirdi. Bunun 
nəticəsi olaraq Azərbaycanda digər Sovət Ölkələrinə nisbətən daha az ət və süd 
məhsulları istehlak olunurdu. Məsələn, Sovət İttifaqının adam başına düşən ortalama 
ət istehlakı 65 kq olarkən, Azərbaycanda bu rəqəm 37 kq-a yaxın olmuşdur’^. 
SSRİ-nin dağılması ilə birlikdə, sovxozlar və kolxozlar dağılmağa başlamışdır. 
Makroiqtisadi və siyasi stabilliyin əldə edilməsi ilə, dövlət kənd təsərrüfatı sahəsində 
islahatları sürətləndirmişdir. 1995-ci ildə həyata keçirilən Kənd Təsərrüfaü İslahaü 
Qanunu və torpaq islahatına dair hüquqi tənzimləmələr (Torpaq Qanunu, Mülkiyyət 
Haqqında Qanun, Fermer Təsərrüfatlarının Qurulması Haqqında Qanun, Sahibkarlıq 
Haqqında Qanun v.s.) həyata keçirilməsi ilə birlikdə, sovxoz və kolxozların sayı 
azalarkən, fermerlərin sayı artmağa başlamışdı. Azərbaycanın müstəqillik 
qazanmasından sonra, özəlləşdirmənin başlanması ilə birlikdə kənd təsərrüfaü 
ərazilərinin də özəl mülkiyyətə vərilməsini, Müstəqil Dövlətlər Birliyi içərisində 
həyata keçirən yeganə ölkə olmuşdur. Qazaxıstan, Özbəkistan və digər ölkələrdə isə 
ərazilər, müvəqqəti istifadə etmək üçün kirayəyə və ya lizinq yoluyla vərilir. 
“Azərbaycan-Türkiyə Toxum İstehsalı və Tədqiqatı İşlətməsi Layihə ilə Əlaqədar Görüntülər” 
http;//
www.tika.gov.tr/tur/projeler/tarim/main.htm
. 12.03.2003 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə