Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə84/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   80   81   82   83   84   85   86   87   ...   310
73 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
əldə edilirdi. Qorbaçov dövründə alkoqolizmlə mübarizə aparılması, Azərbaycanda 
150 min hektar üzüm bağının məhv edilməsinə səbəb olmuşdur^'*. 
Sovət rejiminin dağılmasından sonra Azərbaycan daha çox taxıl istehsalına 
yönəlmişdir. Sözügedən dövrdə üzüm bağlan da qırılmağa başladı. Taxıl istehsalını 
artırmaq üçün şərabhq üzüm bağlan buğda tarlalanna çevrildi. 
SSRİ dövründə, mərkəzi planlama strategiyaları çərçivəsində, bir kənd təsərrüfatı 
ölkəsi olaraq varlığını davam etdirən Azərbaycan 1993-cü ildə Dağlıq Qarabağla 
birlikdə torpaqlarının 20%-ni itirən ölkənin tərəvəz, meyvə və üzüm yetişdirmək üçün 
əlvərişli olan kənd təsərrüfatı sahələri də əldən çıxmış və bu məhsulların istehsalında 
böyük nisbətdə azalma meydana gəlmişdir. Satılan üzüm və şərab üçün lazımi gəlir 
əldə edilə bilmədiyinə görə üzümçülüyə maraq azaldı. Nəticədə, ölkədə sadəcə 7700 
hektar üzüm bağı qaldı. 
Kənd təsərrüfatı sahələrinin bir hissəsinin Ermənistanın işğalına məruz qalmasın 
səbəbiylə tərəvəz istehsalı yarıya enmiş, üzüm istehsalı və şərab ixracı ciddi şəkildə 
azalmışdır. 117 üzüm emalı fabrikindən böyük əksəriyyəti istehsalını dayandırmışdır. 
Ermənilər tərəfindən işğal edilən ərazilərin böyük hissəsi məhsuldar torpaqlardır. 
Məsələn, Fizuli regionundan ildə 100.000 ton üzüm istehsal olunurdu. Zəngilan şəhəri 
üç üzüm emalı fabrikinə və 3000 hektar üzüm bağına sahib idi. Ağdam pambığı. 
Qubadlı isə heyvandarlığı ilə məşhur regionlar idi. Erməni işğalı səbəbiylə bu 
regiondan köçmək məcburiyyətində qalındı qda 145.000-ə yaxın iri buynuzlu heyvan 
da ərazidə qaldı. 
Üzümçülük və şərabçılıq bu gün də kənd təsərrüfaü sahəsində sərmayə qoyulan 
səhələrdən biri olmaq potensialına sahibdir. Son illərdə Cəlilabad, Tovuz, Şəmkir, 
Ağstafa, Qazax, Şamaxı, Samux və digər regionlarda yenidən üzüm bağlarının 
salınmasına başlanmışdır. Üzümçülüyün inkişaf etdirilməsinə regionların inkişafına 
dair dövlət proqramında da yer verilmişdir. 
Fındıq:
İnvəstisya imkanı olan kənd təsərrüfaü məhsullarından biri də fındıqdır. 
Başda Zaqatala olmaqla Bakı, Quba, və Xaçmazda istehsal edilir. Qa- bıqlı fındığın 
65%-i AB-yə ixrac olunur. 
Şəkər çuğunduru:
İstehsalı yenidən gündəliyə qoyulan bir başqa məhsul da şəkər 
çuğundurudur. Azərbaycan, Sovət rejimi dövründən əvvəl ciddi miqdarda şəkər 
çuğunduru istehsal edirdi. Ancaq, Ukrayna da bu məhsulu istehsal etməyə və bütün 
SSRİ-nin ehtiyacını qarşılamağa başladıqda, Azərbaycanda çuğundur istehsalına 
ehtityac qalmadı. 
Müstəqillikdən sonra Naxçıvan, Beyləqan, Sabirabad, İmişli və Səlyan 
regionlarında yenidən istehsal edilməyə başlanmışdır. Ancaq ölkədə çuğunduru emal 
edəcək fabriklər yoxdur. Şəkər çuğunduru əkilməsinə baxmayaraq, şəkər fabrikinin 
olmaması səbəbiylə, şəkər çuğunduru emal edilmək üçün sərhəddə 
E. Əhmədov - M. Hacıyev, a.k.ə. s.84-85. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə