Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə87/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   83   84   85   86   87   88   89   90   ...   310
76 


Az
ərbaycan İqtisadiyyatı 
lərin qurulması nəticəsində ölkənin zeytun yağı tələbini də qarşılamaq mümkün 
olacaq. Əlbəttə ki zeytun bağlarının məhv edilməsi və ağaclann kəsilməsinə də əngəl 
olunmalıdır. 
Ölkənin Qobustan, Şirvan, Muğan, Abşeron rayonlarının bəzi regionlan zeytun 
istehsalı üçün münasibdir. Bu ərazilərdə zeytun bağlannm 
sal
ınmasından 
10-15 il sonra 
ölkə zeytun istehsalında ciddi potensiala sahib olacaqdır. 
20-ci cədvəldə yer alan kənd təsərrüfatı məhsullarının, son iki ili çıxmaq şərtilə, 
ildən-ilə istehsal həcminin olduqca aşağı düşdüyü görülür. 21-ci cədvəldə isə, istehsal 
həcmi artan kənd təsərrüfatı məhsulları haqqında məlumat öz əksini tapır. 
2000-2004-cü illəri də əhatə edəcək şəkildə, beş il ərzində kartof istehsalı 3 dəfə, 
tərəvəz istehsalı 2 dəfə, meyvə istehsalı isə 30% artmışdır. 
Ölkədə əkinçilər və istehsalçılar baxımından ən böyük problem, nəğd pul 
dövriyyəsinin olmaması və bunun yaradıla bilməməsidir. Kənd Təsərrüfatı Nazirliyi 
hər regionda kredit mərkəzləri yaratmaq fikrindədir. Yalnız bu yolla əkinçilk üçün 
lazımi istehsal vasitələrinin ahnmasmdakı əngəllər və çatışma- mazhqlar aradan 
qaldırıla bilər. Regionların İnkişaf Proqramı (2004-2008) çərçivəsində fermerlərə 
yönəlik kredit vərilməsinin başlanması atılan addımlardan ən mühümüdür. 
Azərbaycan kənd təsərrüfatı sektorunda mövcud olan problemləri aradan 
qaldırdıqdan sonra kənd təsərrüfatı baxımından gələcəyi parlaq görünür. Çünki, 
Azərbaycanın iqlim və torpaq şərtləri yüksək keyfiyyətdə məhsul istehsalına imkan 
yaradır. Keçid dövründən sonra, istehsal sahəsində məhsuldarlığı artırmaq da mümkün 
olacaqdır. Damazlıq toxum, süni gübrə, dərman, avadanlıq kimi istehsal vasitələrinin 
əldə olunmasında və bazara çıxmaqla bağlı yaşanan problemlərin aradan 
qaldırılmasından sonra, kənd təsərrüfaü sektorunda böyük bir inkişafın yaşanması 
mümkündür. 
Əhalinin 40%-ə yaxınının işlə təmin olunduğu kənd təsərrüfatı sektorunun 
ÜDM-dəki yeri hər il azalır. Digər tərəfdən ölkədə işləyənlərin ortalama aylıq gəliri 
441 min manat və ya 90 dollar, istehsal sənayesində işləyənlərin gəliri 667 min manat, 
inşaat sektorunda 453 manat olduğu halda, kənd təsərrüfaü sektorunda işləyənlərin 
ortalama aylıq gəliri 67 min manatdır. Bu miqdar ölkədəki ortalama aylıq gəlir 
səviyyəsinin sadəcə 30%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı ilə 
məşğul olan bir şəxs əldə etdiyi gəir ilə 50-60 adamın ehtiyacını təmin edə bildiyi 
halda, Azərbaycanda öz ailəsinin ehtiyacım güclə təmin edə bilir. 
Kənd təsərrüfatı sektorunun iqtisadiyyatdakı üstünlüyü azalarkən, işçi qüvvəsinin 
önəmli bir hissəsini işlə təmin etməyə davam edən kənd təsərrüfatı sektorunda bəzi 
islahatlann apanimasma hələ də davam edilir. Bu məqsədlə lazımi infrastruktur 
yaxşılaşdmhr, təhsil, araşdırma fəaliyyətləri, özəl sektor sahibkarlığı dəstəklənir
fermerlərə texnika və avadanlıq köməkliyi göstərilir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə