Az
ərbaycan İqtisadiyyatı
Torpaqda dövlət mülkiyyətindən, özəl mülkiyyət və kollektiv mülkiyyətə keçid
böyük həcimdə həyata keçirilmişdir. Azərbaycan Kənd Təsərrüfatı
Nazirliyinin
vərdiyi məlumata görə, 1 milyondan çox insan əkin sahəsinə sahib olmuş və fermer
təsərrüfatlarının sayı 40.000-ə çatmışdır.
SSRİ-nin dağılmasından sonra MDB bazarının böyük hissəsini itirən və
ümumilikdə istehsal çətinliyi içərisinə düşən Azərbaycanın kənd təsərrüfatı üzrə
istehsalı 1990-1995-ci illər arasında 48% azalmışdır. Ancaq,
daha sonra bu azalma
dayandırılmışdır. Azərbaycanda kənd təsərrüfatında öz daxili quruluşuna müvafiq
olaraq yeni dövlət siyasəti ilə sektora canlanma gətirilməsi nəticəsində, Sovət rejimi
və ondan sonrakı keçid dövründə istehsalı azalan kənd təsərrüfatı mallarının
istehsalında yenidən artım müşahidə olunmağa başladı. 1996- cı ildə həyata keçirilən
torpaq islahatı ilə həmin bu istehsalın artımına keçilmişdir.
Aparılan
özəlləşdirmələr nəticəsində, ölkədə kənd təsərrüfatı məhsullarının
99.8%-i özəl sektor tərəfindən istehsal olunur.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, öz daxili fəliyyətinə əkinçiliyə dair yeni
bir dövlət siyasəti çərçivəsində bu sahənin canlandırılmasmı planlaşdırır.
Nazirlik
daxilindəki bu yeni islahatlar. Dünya Bankı, İslam İnkişaf Bankı və EBRD kimi
təşkilatlar və digər beynəlxalq maliyyə təşkilatlarından alınan töv- siyyələr əsasında
həyata keçirilməyə başlanmışdır.
Ölkədə Sovet rejimi dövründə istehsalı azaldılan
məhsullar yenidən istehsal
imkanı qazanma ərəfəsindədir.
Üzüm:
Bir zamanlar Azərbaycanda əkinçiliyin ən çox inkişaf edən sahələrdən
biri üzümçülük olmuşdur. Üzümçülük və şərabçılıq
isə Sovət dövründə kənd
təsərrüfatı sektorunda xüsusi yerə sahib olmuşdur. 1990-cı ilə qədər ölkədə 275 min
hektar üzüm bağı mövcud idi. İldə təxminən 2 milyon ton üzüm
Dostları ilə paylaş: