Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
sahəyə marağının neft sektorunda olduğu kimi güclü olmadığı görünür. 2002-ci ilin
may ayında Yenikənd su elektrik stansiyasının inşaaü tamamlandı. Mingəçevirdə Kür
çayı üzərində olan su elektrik stansiyasının 41 milyon dollar dəyə- rindəki yenidən
qurulması layihəsi tamamlandıqdan sonra enerji potensialında ciddi artım meydana
gəldi.
2000-ci ilin dekabnnda Bakı yaxınlığında dəyəri 201 milyon dollar olan “Şimal”
elektrik stansiyasının inşasına başlanıldı. Buranın fəaliyyət imkanını artıra bilmək
üçün Yapon şirkətləri Mitsui və Mitsubishi, İsvəç şirkəti ABB və Türkyə şirkəti TML
Borova bu layihədə sub-podratçılandırlar.
Alman KFW, 2000-ci ilin noyabrında də yanm stansiyalann qurulması və texniki
vasitələrin əldə edilməsi üçün 15 milyon dollar dəyərində kredit ayırmışdır.
Azərbaycanın eneıji sektorunun yenidən qurulması üçün 2.5 milyardd dollar ehtiyac
olduğu hesab edilir.
Yaponyanm Beynəlxalq Əməkdaşlıq Bankı da eneıji sektorunda mühüm maliyyə
mənbəyi olmuşdur. Təşkilat, sektorun inkişaf etməsi üçün 339 milyon dollar və
Sumqayıtda neft-kimya mərkəzi üçün blokların inşasına 100 milyon dollar həcmində
kredit vərmişdir. Yapon Bankı eyni zamanda Qaradağdan regiondakı elektrik
stansiyasına qaz kəmərinin çəkilməsinə də vəsait ayırmışdır.
Enerji sektorunu yaxşılaşdırmaq üçün prezident Əliyev, elektrik şəbəkəsinin
uzun müddətdə idarə edilməsilə əlaqədar dörd müqavilə imzalamışdır. 2004-cü ilin
sonlarında prezident tərəfindən “Alternativ Eneıji Ehtiyatlannm İstifadəsi” ilə
əlaqədar dövlət proqramı imzalandı. Bu istiqamətdə 2005-2015-ci illəri əhatə edən
“Azərbaycan Respublikasının Yanacaq-Energetika Kompleksinin İnkişafı” haqqında
bir dövlət proqramı da prezident tərəfindən imzalanmışdır.
Əhali ev sənayenin eneıji tələbaüm qarşılamaq üçün hökumət tərəfindən enerji
istehsalını artırmaq məqsədilə köhnəlmiş Əli Bayramh Elektrik Stansiyasının (1050
MVt) bərpası, ozəl sektor tərəfindən orta həcimdə (100 MVt) elektrik stansiyalarının
inşası, kiçik həcmli su və külək enerjisi stansiyalannm inşası, yeni su elektrik
stansiyalannm inşası nəzərdə tutulur^'.
Həmin bu dövlət proqramı çərçivəsində hədəflərə çata bilmək üçün təxminən 1
milyardd dollara ehtiyac vardır. Proqrama görə ölkədə elektrik istehsalı 4.5%
artacaqdır. Nəticədə isə, 2015-ci ildə elektrik enerjisi 2008-cü il ilə müqayisədə 1,7
dəfə artaraq 38 milyardd kWt olacaqdır. Enerji sisteminin gücü isə 6,5 min MVt
olacaqdır^^.
Brief Overwiev of Business Pmctices, New Investment Opportunities and Legal Environment,
Azerbaijan Investment Promotion and Advisory Foundation, Baku, 2005, s.56.
“Enerji Sektorunun Vəziyyətini Yaxşılaşdrrmaq Üçün 1 Milyard Dollar Lazundrr”,
525-ci Qəzet,
No:53 (1910), 23 Mart 2005.
Dostları ilə paylaş: