Microsoft Word az law Sanitary Epidemiological Well-being



Yüklə 207,54 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix25.03.2018
ölçüsü207,54 Kb.
#33367
1   2   3   4   5   6   7   8

təmin  olunması  sahəsində  vahid  dövlət  siyasətinin  müəyyənləşdirilməsi  və  həyata 

keçirilməsi; 

dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin və hüquqi 

statusunun müəyyən edilməsi; 

Azərbaycan  Respublikasının  ərazisində  əhali  arasında  yoluxucu  və  qeyri-yoluxucu 

kütləvi  xəstəliklərin,  zəhərlənmələrin  yayılmasının  qarşısını  almağa  və  ləğv  edilməsinə 

yönəldilmiş  xüsusi  təhsil,  hərəkət,  daşıma  və  əmək  rejimi  şərtlərinin  qoyulması  və  ləğv 

edilməsi; 

insanların həyatı  və  sağlamlığı  üçün  təhlükəli  olan  ərazidə  əhalinin  yaşamasının,  kənd 

təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi; 

sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması 

və ödənilməsi qaydasının müəyyənləşdirilməsi; 

əhalinin  sanitariya-epidemioloji  salamatlığının  təmin  edilməsi  sahəsində  elmi 

tədqiqatların istiqamətləndirilməsi, əlaqələndirilməsi və maliyyələşdirilməsi. 

2.  Öz  ali  və  yerli  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının  simasında  Naxçıvan 

Muxtar  Respublikasının,  Azərbaycan  Respublikası  şəhərlərinin  və  rayonlarının 

səlahiyyətinə aşağıdakılar daxildir: 

öz  inzibati  ərazisində  əhalinin  sanitariya-epidemioloji  salamatlığının  təmin  olunması 

sahəsində  normativ  hüquq  aktlarının  qəbul  olunması  və  dövlət  idarəetməsinin  həyata 

keçirilməsi; 

müəssisələrin,  təşkilatların,  idarələrin  və  vətəndaşların  kompleks  gigiyena  tədbirlərini 

və epidemiya əleyhinə tədbirləri həyata keçirməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi; 

əhalinin  sanitariya-epidemioloji  salamatlığının  təmin  olunmasına  dair  regional  və  yerli 

proqramların  hazırlanması  və  təsdiqi,  onların  yerinə  yetirilməsinə  nəzarət,  habelə  bu 

məsələlərə dair dövlət proqramlarının həyata keçirilməsinin təşkili; 

əhali  arasında  yoluxucu  xəstəlik  epidemiyalarının,  qeyri-yoluxucu  kütləvi  xəstəliklərin 

və  zəhərlənmələrin  qarşısının  alınmasında  və  ləğvində  operativ  tədbirlərin  təşkili,  habelə 

müvafiq  ərazidə  karantinin  və  ya  məhdudlaşdırıcı  tədbirlərin  tətbiqinə  və  ləğvinə  dair 

qərarların qəbul edilməsi. 

 

II f ə s i l 



 

AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİNİN SANİTARİYA-EPİDEMİOLOJİ 

SALAMATLIĞININ TƏMİN EDİLMƏSİNDƏ VƏTƏNDAŞLARIN, DÖVLƏT 

ORQANLARININ, İCTİMAİ BİRLİKLƏRİN, MÜƏSSİSƏLƏRİN, TƏŞKİLATLARIN 

VƏ İDARƏLƏRİN  HÜQUQLARI 

 

Maddə 5. Azərbaycan Respublikası vətəndaşlarının əlverişli ətraf mühitdə yaşamaq 



hüququ 

 

Azərbaycan  Respublikasının  vətəndaşları  indiki  və  gələcək  nəsillərin  səhhətinə  mənfi 



təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf 

mühitdə yaşamaq hüququna malikdirlər. 

Azərbaycan  Respublikası  vətəndaşlarının  bu  hüququ,  habelə  onunla  bağlı  olan  və  bu 

Qanunun 6-cı və 8-ci maddələrində nəzərdə tutulan hüquqları Azərbaycan Respublikasının 

ərazisinə  gəlmiş  xarici  vətəndaşlara  və  vətəndaşlığı  olmayan  şəxslərə,  bu  Qanunun  6-cı 

maddəsində  nəzərdə  tutulan  hüquqları  isə  Azərbaycan  Respublikasının  ərazisində  daimi 




yaşayan xarici vətəndaşlara və vətənşlığı olmayan şəxslərə də şamil edilir. 

Vətəndaşların  5—8-ci  maddələrdə  göstərilən  hüquqlarının  həyata  keçirilməsi  qaydası 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. 

Maddə 6. Azərbaycan Respublikası vətəndaşlarının məlumat almaq hüququ  

Azərbaycan  Respublikası  vətəndaşları  xəstələnmə  dərəcəsi,  epidemioloji  vəziyyət  və 

radiasiya  şəraiti,  ətraf  mühitin  vəziyyəti  və  bunların  insan  sağlamlığına  təsiri,  aparılmış 

gigiyena  ekspertizalarının,  digər  xüsusi  ekspertizaların  nəticələri,  dövlət  orqanlarının  və 

vəzifəli  şəxslərin  qəbul  etdiyi,  həyata  keçirilməsi  əhalinin  sağlamlığına  və  ətraf  mühitə 

təsirlə  bağlı  olan  qərarlar  haqqında  tam,  düzgün  və  pulsuz  məlumat  almaq  hüququna 

malikdirlər. 

 

Maddə  7. Həyata keçirilməsi sağlamlığa və ətraf mühitə təsirlə bağlı olan qərarların 



hazırlanmasında Azərbaycan Respublikası vətəndaşlarının iştirak etmək 

hüququ 


 

Azərbaycan  Respublikasının  vətəndaşları  təşkilatlar  və  vəzifəli  şəxslər  tərəfindən  istər 

təkbaşına, istərsə də kollegial qəbul olunan, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf 

mühitə  təsirlə  bağlı  olan  qərarların  hazırlanmasında  və  icrasına  nəzarətdə  iştirak  etmək 

hüququna malikdirlər. 

 

Maddə  8.  Azərbaycan  Respublikası  vətəndaşlarının  sağlamlığına  dəyən  zərəri 



əvəzinin ödənilməsi hüququ 

 

Azərbaycan  Respublikasının  vətəndaşları  ətraf  mühitin  kimyəvi,  fiziki,  bioloji  və  digər 



amillərinin, habelə qida məhsullarının təsiri nəticəsində sağlamlığa dəyən zərərin əvəzinin 

qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tamamilə ödənilməsi hüququna malikdirlər. 

Zərərin  əvəzinin  ödənilməsi  barədə  mübahisələrə  qanunla  müəyyən  edilmiş  qaydada 

baxılır. 

 

Maddə  9.  Azərbaycan  Respublikası  vətəndaşlarının  hüquqlarının  məhkəmə 



vasitəsilə müdafiəsi 

 

Dövlət  idarəetmə  orqanlarının  və  vəzifəli  şəxslərin,  vətəndaşların  bu  Qanunun  5—8-ci 



maddələrində  nəzərdə  tutulmuş  hüquqlarına  toxunan  qərarlarından  və  hərəkətlərindən 

vətəndaşlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq bilavasitə 

ali dövlət idarəetmə orqanlarına və ya məhkəməyə şikayət edə bilərlər. 

 

Maddə  10.  Dövlət  orqanlarının,  ictimai  birliklərin,  müəssisələrin,  təşkilatların  və 



idarələrin hüquqları 

 

Dövlət  orqanlarının,  ictimai  birliklərin,  müəssisələrin,  təşkilatların  və  idarələrin 



aşağıdakı hüquqları vardır: 

sanitariya-epidemioloji  vəziyyət  və  ətraf  mühitin  vəziyyəti,  əhalinin  xəstələnmə 

dərəcəsi,  qüvvədə  olan  sanitariya  normaları  və  qaydaları,  gigiyena  normativləri  haqqında 

məlumat almaq; 

Azərbaycan  Respublikası  əhalisinin  sanitariya-epidemioloji  salamatlığının  təmin 



Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə