Microsoft Word az law Sanitary Epidemiological Well-being



Yüklə 207,54 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix25.03.2018
ölçüsü207,54 Kb.
#33367
1   2   3   4   5   6   7   8

Şikayət edilməsi şikayət olunan hərəkəti dayandırmır. 

 

Maddə  37. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli 



şəxslərinin və mütəxəssislərinin hüquqi vəziyyəti və sosial müdafiəsi 

 

Dövlət sanitariya nəzarətini həyata keçirən baş dövlət sanitariya həkimləri, digər vəzifəli 



şəxslər  dövlət  idarəetmə  orqanlarının  nümayəndələridir  və  dövlət  tərəfindən  müdafiə 

olunurlar.  Onlar  öz  fəaliyyətlərində  müstəqildirlər.  və  yalnız  Azərbaycan  Respublikasının 

qüvvədə olan sanitariya qanunvericiliyini əsas tuturlar.   

Dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin və mütəxəssislərin öz peşə 

vəzifələrini yerinə yetirmələrinə mane olmaq üçün onlara hər hansı şəkildə təsir göstərmək, 

yaxud onların fəaliyyətinə qarışmaq qadağandır. 

Belə  hərəkətlərə  yol  verən  vəzifəli  şəxslər  və  vətəndaşlar  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. 

 

VI f ə s i l 



 

AZƏRBAYCAN RESPUBLİKASININ SANİTARİYA QANUNVERİCİLİYİNİ 

POZMAĞA GÖRƏ MƏSULİYYƏT 

 

Maddə 38. Sanitariya sahəsində hüquq pozuntuları və onları törətməyə görə 



məsuliyyətin növləri 

 

Azərbaycan  Respublikasının  sanitariya  qanunvericiliyinə,  o  cümlədən  qüvvədə  olan 



sanitariya  normalarına  və  qaydalarına,  gigiyena  normativlərinə  əməl  edilməməsi, 

epidemiya  əleyhinə  tədbirlərin  görülməməsi  ,Azərbaycan  Respublikası  dövlət  sanitariya-

epidemioloji

xidməti  orqanları  və  idarələri  vəzifəli  şəxslərinin  rəylərinin,  qərarlarının  və 



göstərişlərinin  yerinə  yetirilməməsi  ilə  əlaqər  vətəndaşların  hüquqlarına  və  cəmiyyətin 

mənafeyinə  toxunan  qeyri-hüquqi,  təqsirli  hərəkət  sanitariya  sahəsində  hüquq  pozuntusu 

sayılır. 

Sanitariya  sahəsində  hüquq  pozuntularına  yol  vermiş  vəzifəli  şəxslər  və  vətəndaşlar 

inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. 

Azərbaycan  Respublikası  ərazisində  olan  xarici  vətəndaşlar  və  vətəndaşlığı  olmayan 

şəxslər Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə Azərbaycan 

Respublikasının vətəndaşları ilə eyni məsuliyyət daşıyırlar. 

Maddə 39. Sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət 

Aşağıda  göstərilənlərdə  təqsiri  olan  vəzifəli  şəxslər  və  vətəndaşlar  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  inzibati,  cinayət  və  mülki-hüquq 

məsuliyyəti daşıyırlar: 

qida  məhsullarının,  əhalinin  mədəni-məişət  məqsədləri  üçün  istifadə  etdiyi  açıq  və 

yeraltı  su  təchizatı  mənbələrinin,  sututarların  və  dənizin  sahilboyu  zolağının,  torpağın, 

atmosfer  havasının,  iş  zonası  havasının  kimyəvi,  fiziki,  bioloji  və  başqa  şəkildə 

çirkləndirilməsi; 

əhalinin  sağlamlığının  qorunmasını,  sanitariya-epidemioloji  salamatlığını  və  radiasiya 

təhlükəsizliyini  təmin  etməyə  yönəldilmiş  normalara  və  qaydalara,  normativlərə  əməl 

etmədən  normativ-texniki  sənədlərin  hazırlanması,  habelə,  bu  normalara  və  qaydalara, 



normativlərə zidd olan sənədlərdən istifadə edilməsi; 

gigiyena  ekspertizası  və  dövlət  nəzarəti  olmadan  yeni  növ  xammala,  materiallara, 

maddələrə, məmulata, digər xalq təsərrüfatı məhsullarına, onların istehsalı texnologiyasına, 

ərzaq xammalına, qida məhsullarına dair normativ-texniki sənəd layihələrinin hazırlanması; 

sanitariya-epidemioloji  salamatlığı  təmin  etməyə  yönəldilmiş  normalara  və  qaydalara, 

normativlərə əməl etmədən, dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr 

ilə  razılaşdırmadan  müəssisələrin,  onların  buraxılış  komplekslərinin,  binalarının, 

qurğularının  layihələşdirilməsi,  tikilməsi,  yenidən  qurulması,  təkmilləşdirilməsi,  yeni 

texnika  ilə  təchiz  olunması,  yaşayış  məntəqələrinin,  sənaye  və  kənd  təsərrüfatı 

obyektlərinin,  su  təchizatı,  kanalizasiya,  çirkab  suları  təmizləmə  sistemlərinin  və 

hidrotexniki  qurğuların  perspektiv  tikintisi  və  yerləşdirilməsi,  nəqliyyat  vasitələrinin, 

texnoloji proseslərin və avadanlığın yerləşdirilməsi; 

dövlət  sanitariya  nəzarətini  həyata  keçirən  orqanlar  və  idarələr  ilə  razılaşdırılmadan 

torpaq sahəsinin ayrılması və torpaq sahəsindən yeni tikinti, obyektlərin yenidən qurulması 

və ya genişləndirilməsi üçün istifadə edilməsi; 

dövlət  sanitariya  nəzarətini  həyata  keçirən  orqanların  və  idarələrin  icazəsi  olmadan 

obyektlərin qəbul edilməsi və istismara verilməsi; 

sanitariya  normalarına  və  qaydalarına,  gigiyena  normativlərinə  əməl  etmədən, 

toksikolojigigiyena rəyi almadan yeni növ xammalın, materialların, maddələrin, digər xalq 

təsərrüfatı  məhsullarının,  onların  istehsalı  texnologiyalarının,  ərzaq  xammalının,  qida 

məhsullarının, immunobioloji dərman preparatlarının istehsalı və tətbiqi;

xiii[13]


 

ərzaq xammalının və qida məhsullarının keyfiyyətinə verilən tələblərə əməl edilməməsi, 

habelə onların tərkibində müəyyən edilmiş gigiyena normativlərindən artıq radionuklidlər, 

zəhərli, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan bioloji, kimyəvi maddələr, digər 

maddələr və birləşmələr olması; 

ərzaq  xammalının  və  qida  məhsullarının  istehsalı,  saxlanması,  daşınması  və  satışı 

zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması, dövlət 

sanitariya  nəzarətini  həyata  keçirən  orqanların  və  idarələrin  icazəsi  olmadan  və  müvafiq 

icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yeməli kənd təsərrüfatı bitkiləri və heyvanlar 

üçün  boy  maddələrinin,  bitkiqoruyucu  kimyəvi  və  bioloji  vasitələrin,  ərzaq  xammalı,  qida 

məhsulları  və  dərman  vasitələri  ilə  təmasda  olan  qabların,  polimer  və  başqa  materialların, 

heyvan yeminə əlavələrin tətbiqi; 

xiv[14]

 

xarici  texnologiyaların,  materialların,  xammalın  və  məhsulların  göndərilməsi,  satışı  və 



istifadəsi  zamanı  sanitariya  normalarının  və  qaydalarının,  gigiyena  normativlərinin 

pozulması; 

mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin 

gigiyena tələblərinə, beynəlxalq və dövlət standartlarına uyğunluğunun təmin edilməməsi; 

mərkəzləşdirilməmiş  su  təchizatında,  sututarlarda  və  dənizin  sahilboyu  zolağında 

əhalinin  mədəni-məişət  məqsədləri  ilə  sudan  istifadə  etdiyi  yerlərdə  suyun  keyfiyyətinin 

müvafiq sanitariya normalarına və tələblərinə uyğunluğunun təmin edilməməsi; 

yaşayış məntəqələrinin və ərazilərinin saxlanılmasına, sənaye, o cümlədən radioaktiv və 

zəhərli  maddələrin,  kənd  təsərrüfatı  və  təsərrüfat-məişət  tullantılarının  yığılmasına, 

saxlanılma-sına, daşınmasına və istifadə olunmasına dair sanitariya qaydalarının pozulması; 

atmosfer  havasının  qorunması  sahəsində  sanitariya  normalarının  və  qaydalarının, 

gigiyena normativlərinin pozulması; 

uşaq  tərbiyə  və  yeniyetmə  müəssisələrinlə,  texniki  peşə  məktəblərində,  habelə 

müəssisələrdə  təlim-tərbiyə,  istehsalat  təcrübəsi  şəraitini  sanitariya-gigiyena  və  epidemiya 




əleyhinə  rejimləri,  radiasiya  təhlükəsizliyi  və  müvafiq  sanitariya  qaydaları  tələblərini, 

uşaqların  və  yeniyetmələrin  əmək,  iaşə  və  istirahət,  sanitariya-məişət  təminatı  şəraitini 

tənzimləyən normalara və qaydalara, normativlərə əməl edilməməsi: 

səhiyyə  idarələrində  və  başqa  idarələrdə  sanitariya-gigiyena  və  epidemiya  əleyhinə 

rejimlərə əməl edilməməsi; 

radioaktiv  maddələrlə  və  digər  ionlaşdırıcı  şüalanma  mənbələri  ilə  işləyərkən,  habelə 

radioaktiv tullantıları basdırarkən sanitariya normalarının və qaydalarının pozulması; 

yoluxucu,  parazitar  xəstəliklərin  yayılması  qarşısını  almaq  və  onları  ləğv  etmək  üçün 

tədbirlərin görülməməsi: 

dövlət  sanitariya-epidemioloji  xidməti  orqanlarının  və  idarələrinin  göndərişləri  üzrə 

sanitariya-gigiyena,  tibbi,  bioloji,  texniki,  sosioloji,  statistik  və  digər  xüsusi  ekspertizalar 

aparılmasından əsassız imtina edilməsi; 

tibbi  müayinədən  keçməyən,  yaxud  səhhətinə  görə  yararsız  hesab  edilən  şəxslərin  işə 

buraxılması; 

işçilərin  ayrı-ayrı  kateqoriyalarının  məcburi  tibbi  müayinələrdən  keçməməsi,  yaxud 

müayinədən keçmə müddətlərini pozması; 

dövlət  sanitariya  nəzarətini  həyata  keçirən  orqanların  və  idarələrin  məcburi  rəylərinin, 

qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi; 

obyektdə  sanitariya-gigiyena  şəraitinin  və  epidemoloji  vəziyyəti  müəyyənləşdirmək 

üçün lazımi materialları və məlumatı verməkdən imtina olunması; 

dövlət  sanitariya  nəzarətini  həyata  keçirən  orqanların  və  idarələrin  bağladıqları 

obyektlərdə, istehsal xətlərində və sahələrində plombun qırılması, yaxud orada işin yenidən 

başlanması; 

qəzalar,  sanitariya-epidemioloji  şərait  və  əhalinin  sağlamlıq  vəziyyəti  haqqında 

məlumatın qəsdən gizlədilməsi və ya təhrif edilməsi. 

 

Maddə  40. Əhalinin əmək, məişət və istirahət şəraitinə mənli təsirlərin ləğv edilməsi 



ilə əlaqədar xərclərin ödənilməsi 

 

Sanitariya  qanunvericiliyinin  pozulmasında  təqsiri  olan  bütün  müəssisələr,  idarələr, 



təşkilatlar,  ictimai  birliklər  və  vətəndaşlar  zərərçəkənlərin  sağlamlığının  pozulması  ilə 

əlaqədar  maddi  zərəri,  onların  müalicəsinə  və  sağlamlığının  bərpa  edilməsinə,  müalicə-

profilaktika,  sanitariya-gigiyena  tədbirlərinin,  epidemiya  əleyhinə  tədbirlərin  görülməsinə 

çəkilən xərcləri ödəməlidirlər. 

İctimai  birliklərin,  müəssisələrin,  təşkilatların  və  idarələrin  zərəri  ödəməklə  əlaqədar 

xərc  çəkməsində  təqsiri  olan  vəzifəli  şəxslər  və  digər  işçilər  müəyyənləşdirilmiş  qaydada 

maddi məsuliyyət daşıyırlar. 

 

VII f ə s i l 



BEYNƏLXALQ MÜQAVİLƏLƏR 

 

Maddə 41. Beynəlxalq müqavilələr 



Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  bağladığı  beynəlxalq  müqavilədə 

Azərbaycan Respublikasının sanitariya qanunvericiliyində müəyyənləşdirilmiş qaydalardan 

fərqli  qaydalar  nəzərdə  tutulmuşdursa,  həmin  qaydalar  əhalinin  sağlamlığı  və  ətraf  mühit 

üçün təhlükə yaratmayan həddə qədər tətbiq edilir. 




 

Azərbaycan Respublikasının Prezidenti  

Əbülfəz ELÇİBƏY. 

 

Bakı şəhəri, 10 noyabr 1992-ci il.  



                   № 371 

 

 



 

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

  10  iyun  1997-ci  il  tarixli  315-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 419) 

2.

  20  fevral  2001-ci  il  tarixli  88-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143) 

3.

  30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) 

4.

  5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) 

5.

  9 oktyabr 2007-ci il tarixli 427-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052) 

 

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

 



 

 

 



                                                 

i[1]


  5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə 

199)  ilə  3-cü  maddənin  ikinci  hissəsində  "Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin"  sözləri  "müvafiq  icra  hakimiyyəti  orqanının"  sözləri  ilə  əvəz 

edilmişdir.

 

 



ii[2]

  9  oktyabr  2007-ci  il  tarixli  427-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052) ilə 13-cü maddənin üçüncü 

abzasında  “immunoloji-bioloji  və  dərman  preparatlarının  bütün  növləri  haqqında”  sözləri 

“dərman vasitələrinə dair” sözləri ilə əvəz edilmişdir. 

 

iii[3]



 5 mart 2004-cü  il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə 

199)  ilə  13-cü  maddəsinin  ikinci  abzasında  "Azərbaycan  Respublikasının  Səhiyyə 

Nazirliyinə"  sözləri,  13-cü  maddəsinin  üçüncü  və  dördüncü  abzaslarında 




                                                                                                                                                        

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin" sözləri, müvafiq olaraq "müvafiq 

icra  hakimiyyəti  orqanına"  və  "müvafiq  icra  hakimiyyəti  orqanının"  sözləri  ilə 

əvəz edilmişdir. 

 

iv[4]


  5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə 

199)  ilə  17-ci  maddənin  üçüncü  abzasında  "Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin"  sözləri  "müvafiq  icra  hakimiyyəti  orqanının"  sözləri  ilə  əvəz 

edilmişdir. 

 

9  oktyabr  2007-ci  il  tarixli  427-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052) ilə 17-ci maddənin üçüncü 

abzasından “immunoloji-bioloji preparatları və” sözləri çıxarılmışdır. 

 

 

v[5]



 

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə  199) ilə  20-ci  maddənin  üçüncü 

abzasında  "Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin"  sözləri  "müvafiq  icra  hakimiyyəti 

orqanının" sözləri ilə əvəz edilmişdir. 

 

vi[6]



  5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə  199)  ilə  24-cü  maddənin  ikinci 

hissəsində "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi" sözləri "müvafiq icra hakimiyyəti orqanı" 

sözləri ilə əvəz edilmişdir. 

 

vii[7]


  20  fevral  2001-ci  il  tarixli  88-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə  143)  ilə  25-ci  maddənin  ikinci 

hissəsi  yeni  redaksiyada  verilmişdir.  25-ci  maddənin  ikinci  hissəsinin  əvvəlki  redaksiyasında 

deyilirdi: 

“Yoluxucu  və  parazitar  xəstəliklərin  əmələ  gəlməsinin  və  yayılmasının  qarşısını  almağa 

yönəldilən  profilaktik  peyvəndlər  vurulmasının  və  digər  tədbirlər  görülməsinin  qaydasını 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir”. 

 

viii[8]



  5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 25-ci maddənin dördüncü 

hissəsində  "Azərbaycan  Respublikasının  hökuməti,  Azərbaycan  Respublikasının  Səhiyyə 

Nazirliyi" sözləri "müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir. 

 

ix[9]


  9  oktyabr  2007-ci  il  tarixli  427-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052) ilə 26-cı maddənin birinci 

hissəsində “tibbi immunoloji-bioloji preparatları” sözləri “immunobioloji dərman preparatlarını” 

sözləri ilə əvəz edilmişdir. 

 



                                                                                                                                                        

x[10]


 

10  iyun  1997-ci  il  tarixli  315-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 419) ilə Qanunun 27-ci maddəsinə 

yeni abzas əlavə edilmişdir.  

 

xi[11]


  5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə  199)  ilə  29-cu  maddənin  birinci 

hissəsində  "Azərbaycan  Respublikası  müdafiə,  milli  təhlükəsizlik  və  daxili  işlər  nazirliklərinin" 

sözləri  "müvafiq  icra  hakimiyyəti  orqanlarının"  sözləri  ilə,  "bu  nazirliklərin"  sözləri  "həmin 

orqanların" sözləri ilə əvəz edilmişdir. 

 

xii[12]



 

30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  2,  maddə  57)  ilə  34-cü  maddənin  1-ci 

hissəsinin 13-cü  bəndində  "hüquq pozuntuları barəsində" sözləri "inzibati xətalara dair" sözləri ilə 

əvəz edilmişdir. 

 

xiii[13]



 9 oktyabr 2007-ci il tarixli 427-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  11,  maddə  1052)  ilə  39-cu  maddənin 

səkkizinci  abzasında  “immunoloji-bioloji  tibb”  sözləri  “immunobioloji  dərman”  sözləri  ilə  əvəz 

edilmişdir. 

 

xiv[14]


  5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 39-cu maddənin onuncu 

abzasında "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi" sözləri "müvafiq icra hakimiyyəti orqanı" 

sözləri ilə əvəz edilmişdir. 



Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə