Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

30. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. 

Şah  smayılın daxili və xarici siyasəti. 

 

1499-cu  ildə  smayıl  Ərçivanda,   daha sonra isə  Çuxursəddə məskən  salaraq  öz 



tərəfdarlarını  topladı.    1500-cü  ildə  Ərzincanda  gələcək  planlar  haqqında  müşavirə 

keçirildi  və  yekun  qərar  kimi  ilk  əvvəl  7  min  nəfərlik  qoşunla  Şirvana  hücum  edildi.  

Həmin  ilin  payızında  Cabanı  adlı  yerdə  Qızılbaşlar  Şirvanşahları  məğlub  etdilər,  

Ş

irvanşah  Fərrux  Yassar  öldürüldü.  1501-ci  ilin  yazında  smayılın  qızılbaş  qoşunları 



Bakını  tutdu.  Şirvanşahların  xəzinəsi  onların  əlinə  keçdi.  1501-ci  ilin  payızında  Şərur 

yaxınlığında  Ağqoyunluların  bir  qolunun  rəhbəri  Əlvənd  Mirzənin  30  minlik  qoşunu 

darmadağın  edildi  və  Sultan  Diyarbəkirə  qaçdı.    Şeyx  smayıl  və  tərəfdarları  Təbrizə 

daxil oldular,  bununla da Azərbaycanda hakimiyyət Səfəvilər sülaləsinin əlinə keçdi.   

        Səfəvilər  dövləti  sosial-iqtisadi  cəhətdən  daha  çox  inkişaf  etmiş  Azərbaycan 

ə

razisində  yarandı.    Bu  dövlətdə  əhalinin  etnik  və  mədəni  birliyə  malik  çoxluğunu 



Azərbaycan  türkləri  təşkil  edirdilər.    Eyni  zamanda  türk  soylu  tayfalar  siyasi,    hərbi 

komandanlıq,    saray  vəzifələri,    maliyyə  işlərində  əsas  yer  tuturdular.    Diplomatik 

yazışmalar demək olar ki,  əsasən Azərbaycanca aparılırdı,  ilk dəfə olaraq Azərbaycan 

dili rəsmən dövlət dili elan edilmişdi.   

 

 

         1503-cü  ildə  Şah  smayılın  çox  təkidinə  baxmayaraq  Ağqoyunlu  Murad  Mirzə 



onunla Almaqulağı(Həmədan) yaxınlığında döyüşə girdi  və 70 minlik qoşunu  smayılın 

12 minlik qoşununa məğlub oldu,  Murad Mirzə Şiraza qaçdı.  Bununla da Ağqoyunlu 

dövləti tamamilə süqut etdi.  Bunun ardınca Şah  smayıl elə həmin ili Qum,  Kaşan və 

sfahanı  da  özündən  asılı  vəziyyətə  saldı.    1504-cü  ildə  isə  Yəzd  və  Kirman  da  işğal 

olunmuş  torpaqlar siyahısına  salındı.    Öz  qələbələri  ilə  tərəfdarlarını  ruhlandıran  gənc 

hökmdar  dayanmaq  bilmirdi.    O,    öz  qoşunu  ilə  birgə  Qərbə  doğru  hərəkət  etməyə 

başladı və 1507-ci ildə Van ilə Ərzincanı,  1508-ci ildə isə Ərəb  raqını tutdu.   smayılın 

qərbdə  hərbi  əməliyyatlar  keçirməsindən  istifadə  edən  Özbək  xanı  Şeybani  xan 

Xorasanı işğal etdi və şaha təhqiredici məktub yazdı,  cavabında şah  smayıl Xorasana 

gələcəyini  bildirdi.  Həqiqətən  də  1510-cu  ildə  Şah  smayıl  Xorasana  doğru  yürüşə 




başladı  və  1510-cu  il  dekabrın  1-də  Mərv  yaxınlığında  Şeybani  xanı  taktiki  fəndlə 

məğlub  etdi  və  Xorasanı  tutdu.    Artıq  Səfəvilər  dövləti  uğurlu  döyüşlər  sayəsində  Ön 

Asiyada nəhəng bir imperiyaya çevrildi.   

 

Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və sosial həyatında da mühüm 



dəyişikliklər  olmuşdu.  Təsərrüfat  həyatı  dirçəlmiş,  şəhərlər  inkişaf  edərək 

genişlənmişdi.  Xüsusilə də bu dövrdə sənətkarlıq və ticarət xeyli inkişaf edirdi.  Təbriz,  

Ş

amaxı,  Ərdəbil,  Bakı və başqa şəhərlər böyüyür və möhkəmlənirdi.  Ən böyük şəhər 



isə paytaxt Təbriz idi. Bu şəhər Qərb ilə Şərq arasında ticarətdə mühüm rol oynayırdı. 

Azərbaycan Səfəvi dövlətinin dövlət quruluşu feodal despotik şahlıq idi.  Hakimiyyətin 

başında  qeyri-məhdud  hakimiyyətə  malik  olan  şah  dururdu.  Ölkə  ərazisi  əvvəlcə  3,  

daha  sonra  isə  4  Bəylərbəyliyinə  bölünmüşdü.  Bu  bəylərbəyliklərinin  başında  da  şah 

tərəfindən təyin olunan bəylərbəyi dayanırdı.  O,  tabeliyində olan qoşunla təyin edildiyi 

ə

razidə sabitliyin qorunmasına cavabdeh idi. Üsyanlar zamanı qonşu bəylərbəyilər bir-



birinə qoşunla kömək də edirdilər.      

 

 



 

 

31.  Səfəvilər dövləti I Şah Təhmasibin  hakimiyyəti dövründə

1524-cü ildə Şah I  smayıl qəflətən vəfat etdi. Ondan sonra hakimiyyət başına gənc  

Ş

ah I Təhmasib çıxdı. Bu zaman ölkədə feodallar arasında çəkişmələr yenidən başlandı. 



Qızılbaş əmirləri hakimiyyətin zəifləməsindən istifadə edərək itaətdən boyun qaçırdılar. 

Ə

slində  dövlət  işlərinə  on  yaşlı  Təhmasibin  qəyyumu,  rumlu  tayfasının  başçısı  Div 



Sultan  nəzarət  etməyə  başladı.  Lakin  ustaclı  tayfasının  əmirləri  Köpək  sultan  və 

Abdulla xan onun hakimiyyətinin möhkəmləndirilməsinə mane olurdular. Şahın gənc və 

təcrübəsizliyindən  istifadə  edən  iri  tayfa  başçıları  hakimiyyətə  gəlmək  uğrunda  bir-

birləri ilə qızğın mübarizəyə başladılar, qızılbaş tayfaları arasında gedən bu ziddiyyətlər 

nəticəsində mərkəzi hakimiyyətin fəaliyyəti əslində dayandı. Ölkədə hərc-mərclik hökm 

sürməyə başladı.   

 

 

Div sultan Səfəvi dövlətini parçalamaqdan qurtarmaq üçün başqa tərəfdarlarına da 



müraciət  etdi.  Kifayət  qədər  güc  toplamış  Div  Sultan  1526-cı  ildə  Köpək  Sultan 

qüvvələrinə qalib gəldi. 1527-ci ilin iyunda Naxçıvanda Arpaçayı sahilində Div Sultan 

Köpək  Sultana  yenidən  qalib  gəldi.  O  öldürüldü.  Lakin  az  sonra  Div  Sultanın  özü  də 



öldürüldü.  Beləliklə  Səfəvi  səltənətində  hərcmərclik  qüvvətləndi.  Təkəli  tayfasından 

Ş

ıxı  Sultan  ön  plana  çıxsa  da  Zülqədər  tayfasından  bir  nəfər  onu  qətlə  yetirdi.  1527-



1531-ci  illər  Səfəvilər  səltənətində  təkəli  tayfasının  hakimiyyətdə  möhkəmləndirmək 

cəhdi  artıq  həddi-buluğa  çatmış  olan  I  Təhmasib  tərəfindən  qətiyyətlə  alınmağa 

başlandı.    

1531-ci  ildə  təkəli  əmirlərindən  biri  Ülamə  bəy  Cənubi  Azərbaycana    yürüş 

etdi.Təbrizi  talan  edib  tayfanın  bir  hissəsilə  Osmanlıya  keçdi  və  sonralar  Sultan  I 

Süleymanın Azərbaycana yürüşlərində iştirak etməyə başladı. Lakin Təhmasib tezliklə 

itaətkarlıq göstərməyən feodalların müqavimətini qırdı.   

I Təhməsibin ona qarşı xəyanətdə ittiham olunan Hüseyn xanı edam etdirməsi gənc 

ş

ahın  hakimiyyətə  nəzarəti  ələ  almasına  sübut  idi.  Lakin  Təhmasibin  yerli  əyanların 



müqavimətini  qırmaq,  dövləti  möhkəmləndirmək  cəhdləri  uğurlu  olsa  da  Osmanlı 

dövləti ilə münasibətlərin pisləşməsi ümumi inkişafa müəyyən qədər mane olurdu.   

Bitlisi ələ keçirən Ülamə bəy Sultan Süleymanı Azərbaycan və  raqa yürüş etməyə 

təhrik  etdi.  1534-cü  ilin  yayında  Sultan  100  minlik  qoşunla  Azərbaycan  sərhədlərini 

keçdi və qısa vaxt ərzində Cənubi Azərbaycanın xeyli hissəsini tutdu. Lakin qışın sərt 

keçməsi,  ərzağın  çatışmaması,  ən  əsası  isə  Azərbaycanda  ciddi  müqavimətə  rast 

gəlmələri  Osmanlıların  buranı  tərk  etməsinə  səbəb  oldu.II  yürüş  1535-ci  ilin  yazında 

Təbrizə  yürüşlə  başladı,  lakin  buna  qədər  Şah  I  Təhmasib  əhalini  raqa  və  rana 

köçürmüş,düşmən  əlinə  keçməməsi  üçün  onların  yararlana  biləcəyi    hər  şeyi  məhv 

eləmişdi.Bu  isə  düşmənin  geri  çəkilməsinə  səbəb  oldu.1548-ci  ildə  isə  növbəti  dəfə 

Sultan    yürüşə  başladı,  lakin  eyni  mənzərə  ilə  qarşılaşdı,  üstəlik  Şah  paytaxtı 

Osmanlılara  yaxın  olan  Təbrizdən  Qəzvin  şəhərinə  köçürtmüşdü.1552-ci  ildə  Şah  I 

Təhmasib  müdafiədən  fəal  mübarizəyə  keçdi  və  xeyli  qənimət  ələ  keçirdi,  düşmən 

məğlub  edildi.Buna  cavab  kimi  1554-cü  ildə  Sultan  I  Süleyman  dördüncü  dəfə 

Azərbaycana  yürüş  etdi,  Naxçıvana  od  vuruldu.  Lakin  buna  baxmayaraq  Səfəvi 

qüvvələri  düşmənə  bir  neçə  dəfə  ağır  zərbələr  vurdular.Şirvana  hücum  etmiş  Qasım 

Mirzənin  qoşunu  məğlub  edildi.  Cəhdlərinin  boşa  çıxdığını  görən  Sultan  danışıqlara 

getdi  və  1555-ci  ilin  may  ayında  tərəflər  arasında  Amasiya  sülh  müqaviləsi 

imzalandı.Sülhə əsasən Qərbi Gürcüstan və Qərbi Ermənistan Osmanlılara verildi, Şərqi 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə