Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

vəqf  və  camaata  mənsub  icma  torpaqları  hələ  də  mövcud  olmuşdur.  Soyurqal  isə 

məhdudlaşdırılmışdır və soyurqalı tiyul əvəz etmişdir.Məhdudlaşdırılmasına baxmayaraq 

bu  mülkiyyət  forması  da  qalmaqda  idi  və  vergi,  məhkəmədən  azad  idi.  Tiyul  sahibi 

tiyuldar adlanırdı və o,dövlətə xidmət etməyə borclu idi.Tiyul torpaqları şərti torpaqlar 

idi  və  yalnız  şahın  icazəsi  ilə  irsən  keçə  bilərdi.Bu  torpaqlar  mülki  və  hərbi  xidmət 

müqabilində  verilirdi.Vəqf  torpaqları  isə  vergilərdən  azad  torpaqlar  idi.Dövrün  aparıcı 

torpaq mülkiyyət formaları isə divan və xalisə olmuşdur.Divan torpaqlarından gələn gəlir 

dövlət  xərclərini    ödəməyə  sərf  edilirdi.  Xalisədən  gələn  gəlir  isə  şahın  icazəsi  ilə  şah 

soyadı üzvlərinə xərclənirdi.Mülk torpaqları isə azad alış və satış obyekti idi.Mülk sahibi 

mülkədar  adlanırdı  və  o  istədiyi  vaxt    bu  torpaqları  bağışlaya,sata  bilərdi.    Camaat 

torpaqları  kəndlilərə  məxsus  torpaq  idi.  Bu  torpaqlar  bəzən  feodallar  tərəfindən 

mənimsənilirdi,çünki bu torpaqları ələ keçirmək nisbətən asan olurdu. 

 Səfəvilər  dövründə  təsərrüfat  həyatı  canlanmış,təsərrüfatda  bir  sıra  irəliləyişlər 

olmuşdur.  Lakin  XVII  əsrdə  təsərrüfat  həyatında  geriləmə  oldu.Bunun  əsas  səbəbi 

Səfəvi-Osmanlı  müharibələri  olmuşdur.Sikkələr  xarab  olmuş  və  bunun  nəticəsində 

ə

mtəə-pul münasibətləri zəifləmişdir.Bu da təsərrüfata ziyan vurmuşdur.Bu vəziyyətdən 



çıxış üçün isə əhalinin vergiləri üçqat artırılmışdır.Təsərrüfatda geriləmənin digər səbəbi 

isə  Hindistana  dəniz  yolunun  kəşf  edilməsi  nəticəsində  pək  yolunun  tədricən  öz 

ə

həmiyyətini itirməsi olmuşdur. 



  Kənd  təsərrüfatında  isə  bir  çox  irəliləyişlər  olmuşdur.  XVI-XVII  əsrlərdə 

Azərbaycanda Şərq ölkələrinə məxsus bütün məhsullar demək olar ki, yetişdirilirdi.Kənd 

təsərrüfatında bağçılıq,tərəvəzçilik inkişaf etdirilmişdir.Bu sahələrə görə Bakı, Naxçıvan, 

Təbriz, Şamaxı fərqlənirdi. 

 

34. XVIII ƏSR N ƏVVƏLLƏR NDƏ XƏZƏRSAH L  V LAYƏTLƏR N 

RUSLAR TƏRƏF NDƏN  ŞĞALI.  PETERBURQ RAZILAŞMASI. 

   


 

 

 



 

 

 



 

Hər zaman Azərbaycan öz strateji mövqeyi, təbii sərvətləri, xammal ehtiyatları 

ilə  qonşu  ölkələrin,  xüsusilə,  Rusiyanın  diqqətini  cəlb  edib.  Rusiya  hər  zaman 

Azərbaycanı isğal etməyə can atıb. Öz gücünü bərpa edən1721-ci ilin Nistad sülhü ilə 

özünü  imperiya  elan  edən,  Avropaya,  dənizlərə  yol  açan    Rusiya  Azərbaycanın 



Xəzəryanı sahələrini isğal etməyi qərara alır. Bu yürüşün əsas məqsədi Xəzər dənizinin 

qərb sahilini ələ keçirmək və imkan daxilində burada möhkəmlənmək idi. XVIII əsrin 

ə

vvəllərində  Rusiyanın  Xəzəryanı  bölgələrini  isğal  etmək    siyasəti  ilə  Osmanlı 



dövlətinin siyasəti toqquşurdu.Osmanlı dövləti Rusiyanın bu əraziləri isğal etməsinə öz 

etirazını bildirir. Buna görə də I Pyotr məsələnin həllini gələcəyə saxlamağı qərara alır. 

Sonradan  Rusların  Xəzəryanı  vilayətlərə  soxulmağı  üçün  bəhanə  tapılır.  Guya 

Rusiya Şirvan üsyanı zamanı öldürülən tacirlərinin intiqamını almaq üçün bu ərazilərə 

qoşun göndərir. Ancaq bu sadəcə I Pyotrun əsas məqsədini pərdələmək üçün bir vasitə 

idi.  I  Pyotrun  gəlməyini  eşidən  Hacı  Davud  kömək  üçün  Osmanlı  sultanı  II  Əhmədə 

müraciət  edir.  Əhməd  bu  təklifi  qəbul  edir.  Bununla  da  Osmanlı  Türkiyəsi 

Azərbaycanın daxili işlərinə  qarışmaq  üçün  yaxşı  fürsət  əldə edir.  Rusiya  həm  inkişaf 

etməkdə olan manufaktura sənayesini xammalla təmin etmək üçün, həm də Osmanlının 

burada möhkəmlənməsinin qarşını almaq üçün isğalını sürətləndirir.1722-ci ildə I Pyotr 

Həştərxan  əzazisindən  işğala  baslayır.  Digər  ərazilərdə  isə  ona  qarşı  ciddi  müqavimət 

göstərilmirdi. Çünki səfəvi sərkərdələri qüvvələrin fərqini başa düşərək döyüşmürdülər. 

I  Pyotr  din  amilindən  istifadə  edərək  xalqı  da  öz  tərəfinə  çəkirdi.  O,  xristian  əhaliyə 

onları müsəlmanların zülmündən xilas etməyə gəldiyini bildirirdi. Müsəlman əhaliyə isə 

bu  ərazilərə  işğal  üçün  yox,  əmin-amanlıq  yaratmaq  üçün  gəldiyini  inandırmağa 

çalışırdı.  Hətta bunun üçün Azərbaycan dilində  Bəyannamə də qəbul edir. Əlbəttə, bu 

onun  öz  riyakar  planının  üstünü  örtmək  üçün  vasitə  idi.  1722-ci  ilin  avqustunda  rus 

qoşunu  Dərbəndə  çatır.  mamqulu  bəy  şəhərin  açarını  I  Pyotra  verir.  I  Pyotr  sveçin 

müharibə təhlükəsi yaratmağına görə geri qayıtmağa məcbur olur, yerinə isə Matyuşkini 

komandir  təyin  edir.  I  Pyotrun  əmri  ilə  1722-ci    ilin  dekabrında  Rəst  şəhəri  tutulur, 

1723-cü  il  iyulun  6-da  rus  eskadrası  Bakı  körfəzinə  daxil  olur.  Məhəmməd  Hüseyn 

bəyin  müqavimət  göstərməsinə  baxmayaraq,  rus  qoşununun  top  atəşləri  nəticəsində 

şə

hər 1723-cü il iyulun 23-də zəbt edilir. Bakının tutulmasına I Pyotr o qədər sevinir ki, 



onun  əmri  ilə  Sank-Peterburqda  yaylım  atəşi  açılır.  Bakı  xanı  isə  həbs  olunaraq 

Roqaçevskə sürgün olunur. Bakıdan sonra rus qoşunu Salyanı da asanlıqla ələ keçirir. 




1723-cü  il  sentyabrın  12-də  II  Təhmasibin  Sank-Peterburqa  göndərdiyi  elçisi 

smayıl bəy şahdan xəbərsiz Rusiya ilə razılaşma imzalayır. Səfəvi şahı bu razılaşmanı 

tanımasa da, 1724-ci ildə demək olar ki, eyni şərtlərlə yeni müqavilə imzalandı. Rusiya 

ilə  Səfəvi  arasında  bağlanan  Peterburq  müqaviləsinə  görə  Xəzəryanı  bölgələr-

Səfəvilərin Dərbənddən Gilana qədər olan torpaqları (Dərbənd, Bakı, Salyan, Lənkəran, 

Rəşt  və  Ənzəli)  Rusiyaya  ilhaq  edilir.  Bunun  əvəzində  isə  Rusiya  Səfəvi  şahına 

ə

fqanlarla mübarizədə hərbi yardım edəcəyini öz üzərinə götürür. Lakin Səfəvi şahı bu 



müqaviləni təstiq etmir. Beləliklə də, rusların Xəzəryanı bölgələrə olan 1722-1723-cü il 

isğalları başa çatır.   

 

Öz  növbəsində  Osmanlı  Türkiyəsi  Azərbaycanın  Cənublu-Şimallı  qalan 



torpaqlarını  qısa  vaxtda  işğal  edir.  Türk  qoşunlarının  Qafqaz  ərazilərinə  irəliləməsi 

Rusiyanı  narahat  etməsə  də  yenidən  bir  neçə  istiqamətdə  müharibə  aparmağın 

çətinliyini başa düşən Rusiya Türkiyə ilə sülh danışıqları aparmağa məcbur oldu. 1724-

cü  il  iyulun  12-də  stanbulda  Rusiya  ilə  Türkiyə  arasında  sülh  müqaviləsi  imzalandı. 

Ə

slində 1723-cü ilin Peterburq razılaşması təsdiq olundu. 



 

 

 



 

 

 



35. AZƏRBAYCAN NAD R ŞAH ƏFŞARIN HAK M YYƏT  DÖVRÜNDƏ 

 

Səfəvi şahı II Təhmasibin uğursuz daxili və xarici siyasəti, Azərbaycanın əslində 

Rusiya  və  Türkiyə  arasında  işğal  zonasına  bölünməsi  ölkədə  vəziyyəti  son  dərəcə 

ağırlaşdırdı. Belə bir şəraitdə vaxtilə Xorasana köçürülmüş Əfşar tayfasından olan Nadir 

xanın yüksəlməsi başlayır. Onun başçılığı ilə ruslar əvvəlcə Kürün sol sahil zonasından 

(1732-ci ilin Rəşt müqaviləsinə görə) sonra isə bütövlükdə Cənubi Qafqazdan (1735-ci 

ilin  Gəncə  müqaviləsi  ilə)  uzaqlaşdırıldı.  Bunun  ardınca  1735-ci  ilin  sonunda  Türk 

qoşunları Ön Qafqazdan çıxarıldı. Hələ 1732-ci ildə II Təhmasibi taxtdan salaraq yerinə 

kiçik  yaşlı  III  Abbas  kimi  əyləşdirən  Nadir  xan  1736-cı  ildə  III  Abbasın  müəmmalı 

ölümündən sonra özünü şah elan etmək qərarına gəldi. 

1736-ci  ilin  martında  Əfşarlar  sülaləsindən  olan  Nadir  (Muğanda,  Cavad  kəndi 

yaxınlığında) Suqovuşanda özünü şah elan etdi. Nadirin şah olmasına tərəfdar olmayan 

bir  sira  Azərbaycan  feodalları,  o  cümlədən,  Ziyadoğlu  adı  ilə  məşhur  olan  Gəncə 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə