Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

Gürcüstan,indiki Ermənistan isə Səfəvilərdə qaldı.  

 

 



XVI  əsrin  otuzuncu  illərində  Şirvanda  və  Şəkidə  əyanların  özbaşınalığını  görən 

Ş

ah  Təhmasib  1538-ci  ildə  Şirvanşahları  tamamilə  Səfəvilərə  birləşdirdi.  Şirvanşah  II 



Xəlilullahın ölümündən sonra (1524-1535) hakimiyyətə gələn Şeyxşahın oğlu Laxruxun 

zəifliyindən  istifadə  edən  yerli  əyanlar  Mərkəzi  hakimiyyəti  tanımaq  istəmədilər.  ona 

görə  də  1538-ci  ildə  Təhmasib  Şirvanın  yarımmüstəqilliyinə  son  qoydu.  1540-cı  ildə 

Bakı, 1541-ci ildə Tiflis tabe edildi. 1551-ci ildə Şəki birdəfəlik Səfəvi dövlətinə tabe 

olundu.  Bununla  da  onun  dövründə  vahid  Azərbaycanın    yaradılması  prosesi  uğurla 

başa çatdırıldı. Bu I Təhmasibin ən böyük uğurlarından idi.  

 

 

 



 

Ş

ah  I  Təhmasib,  eyni  zamanda,  ölkədə  ictimai  vəziyyətin,  mədəniyyətin  inkişafı 



üçün xeyli uğurlu addımlar atmışdır. Onun sarayında görkəmli alimlər, şairlər, incəsənət 

xadimləri yaşamış və Şah onları himayə etmişdir.     

                                   

 

 



  

32. Səfəvilər dövləti I Şah Abbasın hakimiyyət dövründə 

1587-ci  ildə  Mürşüdqulu  xan,  xüsusilə  ustaclı  və  şamlu  tayfalarından  olan 

qızılbaşların  Xorasan  qrupu  Qəzvində  on  altı  yaşlı  Abbası  şah  elan  etdilər.  Bu  vaxta 

qədər Qaracadağ, Ərdəbil, Xalxal, Talış istisna olmaqla Azərbaycanın bütün vilayətləri 

osmanlı  türklərinin  əlində  idi.  Qızılbaş  dövləti  inkişaf  etmiş  iqtisadi  bölgələrində, 

yüksək  mədəniyyətindən,  güclü  hərbi  potensialından  məhrum  edilmişdi.  Qızılbaşların 

Azərbaycan  Səfəvi  dövləti  tənəzzülə  uğrayırdı.  1587-ci  ildə  özbəklərlə  müharibənin 

qızğın vaxtında I Abbas atasının şəhərdə olmamasından istifadə edərək qızılbaş və fars 

ə

yanlarının köməyilə Qəzvini tutdu. O, qızılbaş bürokratiyasını özünə sadiq dayaq elədi.  



Ş

ah  Abbas  hər  şeydən  əvvəl  orduya  xüsusi  əhəmiyyət  verirdi.  taətsiz  feodallara 

qarşı  mübarizə  aparmaq,  xalq  hərəkatını  boğmaq  və  yürüşlər  üçün  qüdrətli  nizami 

orduya ehtiyac vardı. Ona görə də Şah Abbas hakimiyyətə gələndən sonra (1587-1629) 

Səfəvilərin  itirilmiş  ərazisini  geri  qaytarmaq  və  sarsılmış  qüdrətini  bərpa  etmək  üçün 

hərbi və inzibati islahat keçirdi. Nizami ordu yaradıldı. Eyni zamanda iranlılardan ibarət 

olan  şiə  ruhani  və  məmurlarının  dövlət  işlərində  iştirakını  gücləndirdi.  ri  torpaq 

sahiblərinin  sıxışdırılması,  edam  edilmiş  feodallann  torpaqlarının  ələ  keçirilməsi 

hesabına  şah  öz  şəxsi  torpaqlarını  xeyli  genişləndirdi.  Bu  mübarizədə  xeyli  feodal 



hakim  və  əmirlər  məhv  edildi.  Şah  Abbas  hakimiyyətə  qarşı  çıxan  təkəli  tayfasına 

amansız  divan  tutdu.  Onun  əmrilə  bir  sıra  tayfalar  məhv  edildi.  Yeni  şah  dövlətin 

maliyyə  vəziyyətini  yaxşılaşdırmaq  məqsədilə  yüksək  dövlət  vəzifələrinə  irəli  çəkilən 

bütün  şəxslərdən  peşkəş  adı  ilə  xəzinəyə  müəyyən  məbləğ  verilməsini  tələb  etdi.  Pul 

islahatı keçirdi. Maliyyə işi qaydaya salındı. 7,7 qram ağırlığında olan qızıl və gümüş 

skkələr  (Abbası)  uzun  müddət  təkcə  Səfəvilər  deyil,  şərqdə  sərbəst  dövriyyədə 

olmuşdur. 

On  illərlə  davam  edən  dağıdıcı  müharibələrdən  sonra,  1590-cı  ildə  stanbulda 

Səfəvi-Türkiyə  dövlətləri  arasında  sülh  müqaviləsi  imzalandı.  Sülh  müqaviləsi 

Azərbaycanı  Səfəvi  və  Türkiyə  dövlətləri  arasında  böldü,  ölkənin  böyük  hissəsi 

Osmanlı  feodallarının  sərəncamına  keçdi.  Şirvan,  Qarabağ,  Təbriz,  Sərab,  Marağa  və 

onların qərbində yerləşən digər torpaqlar Türkiyəyə verildi. Xalxal, Ərdəbil, Qaracadağ 

və Talış Səfəvilər tərəfində qaldı. Beləliklə, Səfəvi-Osmanlı arasında bağlanmış 1590-cı 

il müqaviləsi Azərbaycan torpaqlarını parçaladı. Əslində Amasiya müqaviləsinin şərtləri 

tamamilə pozuldu.  

Lakin  I  Şah  Abbasın  apardığı  məqsədyönlü  siyasət  Səfəvilər  dövlətinin  tədricən 

yenidən  dirçəlməsinə  şərait  yaratdı.  XVII  əsrin  əvvəllərindən  Azərbaycanda  Osmanlı 

hakimiyyəti zəiflədi.  

1603-cü  ilin  sentyabrından  I  Abbas  Azərbaycan  torpaqlarını  geri  qaytarmaq 

məqsədilə  hərbi  yürüşə  başladı.  Öz  növbəsində  Təbrizlilər  Osmanlılara  qarşı  üsyan 

qaldırdılar. 1603-cü ilin oktyabrında I Abbas Təbrizi tutdu. Yürüşlərini davam etdirən I 

Abbas  Mərənd,  Xoy,  Salmas,  daha  sonra  Culfa,  Naxçıvanı    və  b.  şəhərləri  azad  etdi. 

1604-cü  ilin  iyun  ayında  rəvan  qalası  tutuldu.  Elə  bu  ərəfədə  Gürcüstanla  məsələlər 

Səfəvilərin xeyrinə həll olundu.  

Bundan  sonra  Azərbaycanın  şimal  torpaqları  uğrunda  mübarizə  davam  etdirildi. 

1606-cı  ilin  iyun  ayında  Gəncə,  1607-ci  ilin  qışında  Bakı,  1607-ci  ilin  martında 

Dərbənd tutuldu. 1612-ci ilin Sərab sülhünə görə 1555-ci ilin sülh müqaviləsinin şərtləri 

bərpa olundu. 1618-ci ilin Mərənd sülhü bunu bir daha təsdiq etdi. 1639-cu il mayın 17-

də imzalanmış Qəsri-Şirin müqaviləsi Osmanlı-Səfəvi münasibətlərini bir daha yoluna 

qoydu və 1612-ci ilin müqaviləsini təsdiq etdi. Bağdad daxil olmaqla ərəb  raqı Osmanlı 




dövlətinə verildi. Eyni zamanda Van, Qars, Axıska əraziləri də Osmanlı dövlətinə çatdı.  

 

33.Səfəvilər dövlətində inzibati-idarəetmə, mülkiyyət  formaları. 



Təsərrüfat həyatı 

 

    Səfəvilər  dovləti  1501-ci  ildə  Şah  smayıl  Xətai  tərəfindən  yaranmışdır.  Bu 

dövlət  bəzən  Qızılbaşlar  dövləti  də  adlanırdı.  Dövlətin  başında  qeyri-məhdud 

hakimiyyətə  malik  şah  dururdu.O,eyni  zamanda  şiələrin  ruhani  başçısı  hesab 

edilirdi.Şahın yanında məşvərətçi orqan olan Ali məclis fəaliyyət göstərirdi. Ali məclis 

Azərbaycan tayfalarının ən nüfuzlu əmirlərindən ibarət idi. Şahın dünyəvi və dini işlərdə 

müavini  vəkil  adlanırdı  və  o  dövlətdə  ikinci  şəxs  sayılırdı.  Səfəvi  dövlətində  baş 

komandan  əmir-ülüməra  adlanırdı.  Bu  dövlətin    əsas  hərbi  qüvvəsi  Azərbaycan 

tayfalarından  ibarət  çərik  adlanan  hərbi  dəstə  idi.  Çərik  atlı  feodal  qoşunu  idi.  Çərik 

dəstəsinə  qorçubaşı  başçılıq  edirdi.  Mülki  işlərə  vəzir  başçılıq  edirdi.O,mədaxil  və 

məxaricə  nəzarət  edirdi.  Dini  işlərə  isə  sədr  rəhbərlik  edirdi.  Məhkəmə  işləri  şəriət 

normaları  əsasında  aparılırdı.  Məhkəmədə  hakimliyi  qazılar,  müftilər,  şeyxülislam 

edirdi. 

Səfəvi  dövlətinin  ərazisi  inzibati  cəhətdən  bəylərbəyiliklərə,  onlar  da 

mahallara  bölünürdü.  Bəylərbəyi  yalnız  şah  tərəfindən  seçilirdi.  Hər  bir  bəylərbəyi 

müəyyən  qədər  qoşun  saxlayırdı.  Səfəvilər  dövləti  dövründə  Azərbaycan  inzibati 

cəhətdən dörd bəylərbəyilikdən ibarət idi. Bunlar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz 

bəylərbəyi  idi.  Mahallara  isə  qolbəyi  başçılıq  edirdi.XVI  əsrdə  isə  bu  naib  adlanırdı. 

Daha  kiçik  inzibati  ərazilərə  isə  sultan  başçılıq  edirdi.  Ali  hərbi  inzibati  mövqe  tutan 

şə

xs xan adlanırdı.Kətxudalar kəndlərə, kələntərlər isə şəhərlərə rəhbərlik edirdi.Hər bir 



şə

hərdə asayişin qorunmasına darğa başçılıq edirdi və o, kələntərdən asılı idi. 

Səfəvi dövlətində idarəetmədə irsilik prinsipi saxlanılırdı və bu müəyyən mənada 

ölkənin  abadlaşdırılması,  təsərrüfatın  inkişaf  etdirilməsinə  öz  təsirini  göstərirdi.  Yerli 

hakimlər də irsilik qaydasının saxlanılmasına can atırdılar. 

Qızılbaşlar  dövründə  Azərbaycanda  mülkiyyət  formaları  demək  olar  ki, 

dəyişməmişdir. Dövlətə məxsus torpaqlar divan adlanırdı.Şah ailəsinə mənsub torpaqlar 

isə xass və yaxud da xalisə toraqları idi. Feodalın şəxsi torpağı mülk,dini idarə torpağı 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə