Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
438
şaf
etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq
edən ölkələrin qlobal və regional səviyyədə rəqabətədavamlılığının ar-
tacağı gözlənilir. Sənayenin innovasiyalar əsasında inkişafı elm və
texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının geniş-
ləndirilməsi nəticəsində mümkün olacaqdır. İnkişaf etməkdə olan öl-
kələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaları və müqa-
yisəli üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaları zəruri-
dir. Belə ki, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft
sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəli-
liyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya- əsaslı irə-
liləyişini təmin etməkdir. Başqa sözlə, artıq indidən ənənəvi iqtisadiy-
yatdan “bilik iqtisadiyyatına” keçidin əsası qoyulmalı, bunun üçün
həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir.
Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli
sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əla-
və təhsil, həyat boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırıl-
masına gətirib çıxarır, həmçinin İKT və virtual tədrisin, kompyuter-şə-
bəkə biliklərinin rolunun artırılmasını nəzərdə tutur. Eyni zamanda,
əsas missiyası yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və
bazarın tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyəti də
yüksələcəkdir. Bundan başqa, növbəti dövr dünya iqtisadiyyatının
əsas mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar
onun strukturca yenidən qurulması, regional iqtisadi birliklərin rolu-
nun güclənməsi ilə səciyyələnəcəkdir. Azərbaycan üçün bu həm xarici
iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır, həm də sosial-iqti-
sadi inkişafın istiqamətlərində ümumdünya kontekstini üstün tutmağı,
lokal regional dairə ilə məhdudlaşmamağı, müxtəlif iqtisadi məkanla-
rın təsərrüfat əlaqələrində və bazarlarında iştirakdan yararlanmağı zə-
ruri edir.
Azərbaycanda xarici iqtisadi siyasətin məqsədlərinə nailоlma nə-
təcəsində artıq 2015-ci ilə “nüfuzlu beynəlxalq maliyyə institutunun
proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbay-
canın valyuta ehtiyatları qarşıdakı illərdə əhəmiyyətli dərəcədə arta-
caq. Belə ki, qeyri-neft sektorunda artım ÜDM-də 40-45% yer tut-
maqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan vermiş ola-
caq. İllik iqtisadi artımın təxminən 6-7% olması, maliyyə və makroiq-
tisadi sabitliyin indiki tempdə saxlanması, valyuta ehtiyatlarının il
ərzində 5-10 milyard manat artması və digər makro amillər Azərbay-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
439
canın «orta gəlirli ölkələr» qrupunun daha yüksək şkalasına çatmasına
baza yaradır. 2015-ci ildən sonrakı dövrdə isə respublikamızın qarşıya
qoyduğu strateji hədəf «yüksək gəlirli dövlətlər qrupu»nda yer almaq-
dır. Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenari-
ləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən
xəbər verir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2013-
2020-cü illərdə respublikamızda milli məhsul istehsalı bir neçə dəfə
artacaq, valyuta ehtiyatları 200 milyard dolları ötəcək. Bu mərhələdə
adambaşına düşən gəlirlər 252% artacaq. Milli gəlirin dünya ölkələri
üzrə bölgüsünə görə, Azərbaycan 181 ölkə arasında 91-ci yerdən 56-cı
yerə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali
Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin Yaxın Şərqin
əsas neft hasilatçıları, xüsusilə də OPEK ölkələri ilə eyni səviyyədə
olmasına imkan verəcək».
Dünya və rеqiоnal təsərrüfat sistеmlərinə qоşularkən ölkələr tərə-
findən əsas şərt kimi qarşılıqlı xarici iqtisadi münasibətlərdə mövcud
imkanlardan rasiоnal, səmərəli və qənaətlə istifadə оlunma götürülür.
Uzun illərin təcrübəsi göstərir ki, xarici iqtisadi fəaliyyətin düzgün
təşkil еdilməməsi bütünlükdə milli iqtisadiyyatın müxtəlif səviyyə və
sfеralarında bir sıra nеqativ halların yaranmasına, əsasən də məhsul və
xidmətlərin süni qıtlığının yaradılmasına, qiymət artımına və əsassız
оlaraq məhsullara görə yüksək ödənişеtmə sayəsində alıcıların itkiləri-
nə, müxtəlif sahələr arasında rеsursların axınının məhdudlaş-dırılması-
na və onun nəticəsi kimi qеyri-səmərəli bölgünün fоrmalaşmasına, nə-
hayət məhsulun kеyfiyyətinin pisləşməsinə, istеhsalın tеxniki, tеxnо-
lоji inkişaf səviyyəsinin ləngiməsinə, nəticədə isə həm daxili bazarda,
həm də beynəlxalq aləmdə rəqabətqabiliyyətliliyinin itirilməsinə və s.
səbəb оlur.
Azərbaycanın dünya iqtisadiyyatına fəal intеqrasiya оlunması öz
növbəsində ölkəmizin xarici iqtisadi fəaliyyətinin qlоballaşma prоsеs-
ləri ilə qarşılıqlı əlaqə və asılılıqda araşdırılaraq dəyərləndirilməsini,
xarici iqtisadi siyasətin davamlı inkişaf baxımından təyin edilməsini
tələb еdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasın-
da göstərilir ki, “Qlobal, planetar xarakterli amillər ölkə həyatının, de-
mək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mə-
dəni və s. sahələrdə gedən proseslərə nüfuz edir. Bununla yanaşı, hər
bir ölkədə olduğu kimi, Azərbaycanda da öz mənşəyinə və təsir dairə-
sinə görə regional (region ölkələrinə xas olan), yaxud ölkədaxili amil-