81
daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri
şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr
(Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif
ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187,
Cümə məscidi və
s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları-
1063, Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920,
Əlincə qalası, Lerikdə Oğlanqala, X əsrdə Ağoğlan çayı sahilində
tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə fərqlənirdi.
XII əsrdə Naxçıvan mtmarlıq üslubunda Marağada Göy günbəz,
Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı.
XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara
bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac,
şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf
səviyyəsi xeyli yüksəlmişdir.
Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri
dövrünü Azərbaycan
memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş
tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari
türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi
dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, ikimi-
narəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli
kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir.
82
VI FƏSİL
AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ.
AZƏRBAYCAN XALQININ MONQOLLARA
QARŞI MÜBARİZƏSİ
Plan:
1. Monqolların Azərbaycanı işğal etməsi.
2. Azərbaycan Hülakülər dövlətinin tərkibində.
3. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və
mədəniyyət.
1. Monqolların Azərbaycanı işğal etməsi
XIII əsrin əvvəllərində
Çingiz xanın (1206-1227) yaratdığı
Monqol feodal dövləti qonşu vilayətləri işğal etməyə başladı. Bu
dövrdə Azərbaycanın şərq sərhədlərində mövcud
olan Xarəzmşahlar
dövləti iqtisadi və hərbi qüdrətini itirmişdi və monqollarla mübarizə
aparmaq iqtidarında deyildi. Ölkədə vahid mərkəzi dövlət olmadı-
ğından feodal çəkişmələri hökm sürürdü. Eldənizlərin Atabəylər
dövləti, Şirvanşahlar dövləti, Marağada Rəvvadilər nəslindən olan
Ağsunqurilər sılaləsi (1108-1227) əvvəlki qüdrətlərini itirmişdilər.
Monqollar
1220-ci ildə Azərbaycana ilk dəfə yürüş etdilər (8, s.
322). Monqol sərkərdələri Cəbə və Subutay
Zəncan, Ərdəbil, Sə-
rab və b. şəhərləri və kəndləri dağıda-dağıda
Təbrizə yaxınlaşdılar.
Şəhər möhkəm qala divarları ilə əhatə edildiyindən
monqollar
danışıqlar aparmağı qərara aldılar. Monqollar böyük xərac aldıqdan
sonra qışlamaq üçün
Muğana yollandılar. Lakin gürcü çarı IV
Georgi ilə Atabəy Özbək arasında hərbi ittifaq bağlandığı barədə
məlumat alan monqollar Muğandan
Gürcüstana basqın etdilər və
gürcü çarını məğlubiyyətə uğratdılar.
1221-ci ilin əvvəllərində
Cəbə və Subutayın dəstələri Gürcüstandan yenidən Azərbaycana
qayıtdılar və
Təbrizə tərəf hərəkət etdilər.
Təbriz hakimi Şəmsəddin
Tuğrayi xərac verməklə şəhəri qarətdən xilas etdi. Monqollar
Ma-
83
rağa üzərinə yürüş etdilər. Əhali ciddi müqavimət göstərdi. Düş-
mən divardağıdan maşından istifadə edərək şəhərə daxil oldu. Əha-
liyə qanlı divan tutuldu. Monqollar Marağadan sonra
Ərdəbili
tutdular. Ərdəbildən sonra
3-cü dəfə Təbrizə hücum etdilər. Özbək
Naxçıvana qaçdı. Əhali Şəmsəddin Tuğrayinin başçılığı ilə şəhərin
müdafiəsinə qalxdı. Cəbə və Subutay Təbrizin ciddi mübarizəyə
hazır olduğunu görüb açıq döyüşə girməkdən
çəkindilər və yenə
xərac almaqla kifayətləndilər. Təbriz yenə qarətdən xilas oldu.
Monqollar
Sərab, Beyləqan şəhərlərini işğal edib,
Gəncəyə hücum
etdilər. Gəncəlilərin əvvəlcədən hazırlaşdığını bilən monqollar xə-
rac almaqla kifayətləndilər və
Gürcüstana getdilər. Sonra Şirvana
soxuldular.
Şirvanşah Güştasp (1203-1225) qalaların
birinə
çəkilməli oldu.
Şamaxı əhalisi
3 gün mübarizə apardılar, lakin
monqollar şəhəri tutdular, şəhərdə əhalinin kökü kəsildi.
1222-ci
ildə Şamaxıdan
Dərbəndə üz tutdular
(8, s. 323). Dərbənd keçi-
dindən keçməyin çətinliyini görən Cəbə və Subutay hiylə işlətdilər.
Onlar Şirvanşaha danışıq üçün xəbər göndərdilər. Şirvanşah təklifi
qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərin
birini öldürüb
digərlərini məcbur etdilər ki, onları gizli yollarla Də-
bənddən şimala keçirsinlər. Onlar
1223-cü ildə Kalka çayı sahilin-
də
rus-qıpçaq qoşunlarına qalib gəldilər, lakin
İdilboyunda
bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.
Azərbaycan
1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu
Cəlaləddinin hücumuna məruz qaldı (9, s. 150). O,
İraq, Əcəm,
Kirman və Fars vilayətlərini ələ keçirdi. Sonra
Marağanı tutdu,
Təbrizə yönəldi. Atabəy Özbək, ailəsini qoyub Gəncəyə qaçdı,
oradan Əlincə qalasına getdi və burada öldü.
Bununla da Eldənizlər
sülaləsi süqut etdi. Təbrizlilər şəhər rəisi Şəmsəddin Tuğrayinin
qardaşı oğlu
Nizaməddinin başçılığı ilə
7 gün mərdliklə vuruş-
dular, lakin birlik olmadığından
Cəlaləddin 1225-ci ilin iyulun 25-
də şəhəri tutdu. Nizaməddin Tuğrayi şəhər rəisi təyin edildi.
Atabəylərin Gəncədəki canişini Cəmaləddin də şəhəri Cəlaləddinin
sərkərdəsi Urxana təslim etdi. Urxan Arranın
Beyləqan, Şəmkir
şəhərlərini və b. tutdu.
Ağsunqurilər dövləti (1227) süqut etdi.