Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə34/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   30   31   32   33   34   35   36   37   ...   104

 
106
gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin  əsas mənbəyi idi. 
Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq fe-
odallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol 
oynayırdılar. Yenə  də, Ağqoyunlu dövlətində daxili vəziyyət ağır 
idi. Ağır vergi və mükəlləfiyyətlərdən bezmiş  əhali arasındakı  hə-
rəkatlar dövlətin siyasi əsasını sarsıdırdı.  Uzun Həsən xalqın 
rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama 
salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşı-
laşdırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal 
etməyə  təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəşt-
lərə getməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmiş 
dövlət yarada bilmədi. 
Ağqoyunlu dövlətinin xarici siyasəti.  Ağqoyunlu dövləti 
Azərbaycanın bu vaxta qədərki tarixində Avropa ölkələri ilə  ən 
geniş  əlaqə yaratmış ilk dövləti idi. Uzun Həsən Qərb ölkələri ilə 
ticarət əlaqələri, xüsusilə ipək ticarəti yaratmışdı. Digər tərəfdən, o, 
öz ordusuna müasir silahlar almaq, Azərbaycanda  topçuluq sə-
nətini inkişaf etdirmək üçün Avropa ölkələrindən artilleriya mütə-
xəssisləri də  dəvət etmək istəyirdi. Onun xarici siyasətində  əsas 
istiqaməti  Osmanlı imperatorluğu ilə münasibətlər  təşkil edirdi. 
XV  əsrin 60-70-ci illərində xarici ticarətlə  əlaqədar olaraq, Ağ-
qoyunlu dövlətinin Osmanlı imperatorluğu ilə münasibəti kəskin-
ləşdi. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan 
ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik 
edən dövlətə çevirmək istəyirdi. Osmanlı sultanı Qafqazı, xüsusilə 
Azərbaycanı tutmaq üçün səy göstərirdi. Ağqoyunlu-Osmanlı mü-
nasibətlərinin kəskinləşməsində Trabzon məsələsi də az rol oyna-
mamışdı. Ağqoyunlular hakimiyyətə  gəlməmişdən  əvvəl Trabzon 
yünan imperiyası (1204-1461) ilə dostluq əlaqəsi yaratmışdılar. 
Uzun Həsən Tabzon imperatorunun qızı Feodora-Dəspinə xatınla 
evlənmişdi.  Trabzonun  Ağqoyunlular üçün böyük ticarət 
əhəmiyyəti vardı. Ağqoyunlu tacirləri bu şəhər vasitəsilə Krımdakı 
mərkəzləri ilə də əlaqə saxlayırdılar. Buna görə II Mehmet 1461-ci 
ildə  Ağqoyunlu dövləti ilə müharibəyə  Trabzon üzərinə hücumla 


 
107 
başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. İlk döyüş Qoy-
luhisar adlanan yerdə baş verdi. Ağqoyunlular Osmanlı qoşununa 
ciddi zərbə vursalar da, Uzun Həsən hələlik osmanlılarla sülh bağ-
lamaq qərarına gəldi, öz ağıllı  və güclü məntiqi ilə tanınan anası 
Sara xatını Sultanın düşərgəsinə-Bolqar dağına göndərdi. Uzun 
Həsən onun qarşısına  2 vəzifə qoydu: I, o, Osmanlı sultanını 
Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, çünki 
Ağqoyunlu dövləti güclü deyildi və onlara arxadan Qaraqoyunlular 
və Teymurilərin hücumu gözlənirdi. II, Sara xatın sultanı Trabzonu 
fəth etməkdən döndərməli idi. Sultan 1-yə razı oldu, 2-ci məsələdə 
isə fikrindən dönmədi. II Mehmet Trabzon üzərinə yeridi və Uzun 
Həsənin arxadan hücum etməyəcəyinə  əmin olmadığı üçün Sara 
xatını elçilərlə birlikdə özü ilə apardı. Sara xatın yol boyu yenə də 
sultanı Trabzonu fəth etməkdən çəkindirməyə çalışdı. 30 gün mü-
hasirədən sonra, 1461-ci il avqustun 15-də Trabzon osmanlılar 
tərəfindən zəbt edildi. Ticarət mərkəzi olan Trabzonun əldən 
çıxdığını görən Sara xatın öz gəlininin-Dəspinə xatının Trabzon 
taxtına  varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini 
sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri 
qayıtdı. Trabzonun fəthi ilə  Ağqoyunlu dövləti  təkcə öz müttə-
fiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Uzun 
Həsən eyni zamanda bir neçə yerdən Osmanlı dövlətinə  zərbə 
endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqə yaratmağa 
başladı. Avropa dövlətləri 2 türk dövləti arasında ziddiyət salmağa 
çalışırdılar. Uzun Həsən isə bunu lazımı  cəhətdən qiymətləndirə 
bilmədiyindən Avropa ölkələri ilə ticarət  əlaqələrini Osmanlılarsız 
möhkəmləndirməyə çalışırdı. Azərbaycanın cənub torpaqlarında 
hasil olunan ipək  Şərqlə  Qərb arasındakı ticarətdə vasitəçilik edən 
Venesiyanın toxuculuq manufakturalarını  təmin edirdi. 1463-cü 
ildə Venesiya-Osmanlı müharibəsinin başlanması bu əlaqələri 
daha müntəzəm etdi (8, s. 375). 1464, 1472-ci ildə isə Katerino 
Zeno da daxil olmaqla bir neçə diplomat Təbrizə  Ağqoyunlu 
sarayına gəldi. Öz növbəsində, Uzun Həsənin elçiləri də Avropa 
ölkələrinə gedir, danışıqlar aparırdılar.  1475-ci ildə III İvan danı-


 
108
şıqlar üçün Marko Rossonu Uzun Həsənin yanına göndərdi. Lakin 
Qızıl Ordu xanı onu qabaqlayıb, qiymətli hədiyyələrlə 200 nəfərlik 
nümayəndə heyəti göndərərək, Qızıl Ordunun cənub sərhədlərinin 
pozulmaması haqda Uzun Həsəndən təminat almışdı. Venesiya 
hökuməti ilə danışıqlar nəticəsində 1472-ci ilin yazında Təbrizdə 
Osmanlı dövləti  əleyhinə bağlanan  hərbi ittifaqın planına uyğun 
olaraq həmin vaxtda Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi. 
Mirzə Yusif xanın başçılığı ilə ağqoyunlular qələbə çalaraq Aralıq 
dənizi sahillərinə çıxdılar, lakin burada Uzun Həsənin ordusu üçün 
silah və artilleriya mütəxəssisi gətirən Venesiya gəmiləri yox idi. 
Venesiya dövləti 2 türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdı. 
Müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə salındı. II Meh-
met öz rəqiblərini bir-birindən ayırdı və müharibədə qazandı. Şah-
zadə Mustafanın başçılığı ilə  Ağqoyunlulara qarşı 60 min nəfərlik 
qoşun göndərildi. Ağqoyunlular  Beyşehir yaxınlığında məğlub 
oldular. Qışda hər iki tərəf müharibəni müvəqqəti dayandırdı. 
Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə  məktub göndərərək
1473-cü ilin baharında  Ağqoyunlulara qarşı hücuma keçəcəyini 
bildirdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu 
silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini 
bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq 
üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına 
gəlmişdi. Fəratın sol sahilində  Ağqoyunlular, sağ sahilində isə 
Osmanlı qoşunu duşərgə saldı.  1473-cü il avqustun 1-də Malat-
yada  Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi  (9, s. 
158). Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvari-
ləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol 
sahilinə  çəkildilər və II Mehmet məğlub oldu. Osmanlı sultanı 
zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının 
yanına göndərdi. Lakin Uzun Həsən rədd etdi. 1473-cü il avqustun 
11-də  Ağqoyunlu süvariləri II Mehmetin qoşunlarını  Ərzincanla 
Ərzurum arasındakı Otluqbeli adlanan yerdə qabaqladılar, 8 saat 
davam edən Otluqbeli, bəzən Tərzincan adlanan bu döyüşdə Os-
manlı piyadasının, xüsusilə yenicəri alaylarının inadlı  əks-hücum-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə