Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə42/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   38   39   40   41   42   43   44   45   ...   104

 
131 
I Şah Abbasın nəvəsi I Şah Səfi (1629-1642) Səfəvi Rüstəm 
xanı Azərbaycan bəylərbəyi və Təbrizin hakimi təyin etdi. 1634-cü 
ilin yayında Sultan IV Murad böyük qoşunla hücum edərək  İrə-
vanı  və  Təbrizi  ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması, 
qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları 
Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan 
qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi 
İraqda davam etdi. 1638-ci ilin dekabrında Bağdad tutuldu. 1639-
cu il mayın 17-də Qəsri-Şirində Osmanlı imperatorluğu ilə Səfəvi 
dövləti arasında 1555-ci il Amasiya sülhünün şərtlərini təsdiq edən 
sülh müqaviləsi imzalandı  və XVIII əsrin I rübünə kimi qüvvədə 
qaldı (3, s. 288-289). 
Cəlalilər hərəkatı. Koroğlu.  Osmanlılara qarşı yeni müba-
rizə dalğası-Cəlalilər hərəkatı XVI əsrin 90-cı illərində  Şərqi 
Anadoluda başlandı. İştirakçılar Qərbi Azərbaycan kəndlilərindən, 
Osmanlı, Şərqi Anadolu və İraq qaçqınlarından təşkil olunmuşdu. I 
Şah Abbas onların gücündən istifadə etmək istəyirdi, həm də 
cəlalilərdən ehtiyat edirdi. Cəlalilər və onların başçıları  şahdan 
gözlədikləri imtiyazı  əldə edə bilmədilər. Ona görə  də onların bir 
hissəsi 1610-cu ilin ortalarında Anadolu cəlalilərinin hamısı Hacı 
Məhəmmədin və Qara Səidin başçılığı ilə  Səfəvilər dövlətini tərk 
etdilər. Qalan dəstə I Şah Abbasa sadiq qaldı, bir qismi isə Böyük 
Divanın şəxsi xidmətçi korpusu ilə birləşdi. Cəlali dəstə başçıların-
dan  ən məşhuru Azərbaycan türkü Koroğlu  idi.  Salmas yaxınlı-
ğındakı Xarabaqala Koroğlu tərəfindən tikdirilmişdi. Naxçıvan 
ərazisi, Salmas və Xoy Koroğlunun  ən çox fəaliyyət göstərdiyi 
yerlər kimi təsvir olunur. Koroğlunun məskəni olan Çənlibel 
qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Cəlalilərin 
ayrı-ayrı dəstə başçıları-Dəli Həsən, Gizir oğlu Mustafa bəy, Kosa 
Səfər, Tanrı Tanımaz və Abaza paşa xüsusilə  fərqlənirdilər. 60 
nəfərin içərisində Gizir oğlu adı şərəfli yer tutur. 


 
132
 
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi  
və mədəni həyatı 
 
İqtisadi həyat. Kənd təsərrüfatı.  Şəhərlər.  Əhalinin  əsas 
məşğuliyyəti əkinçilik idi. Oturaq maldarlıq, bağçılıq və bostançılıq 
da mühüm yer tuturdu. Azərbaycanda 7 növ pambıq yetişdirilirdi. 5 
torpaq mülkiyyət forması  və  əlavə  kənd icmasının (camaatın
istifadə etdiyi torpaq-camaat torpağı var idi. Torpaqlar xəzinənin 
və feodallların ixtiyarında idi. İcmanın başçısı  ağsaqqal hesab 
olunurdu. Təbriz ustalarının toxuduqları gözəl xalçalar və  bəzəkli 
parçalar indi də dünya muzeylərində saxlanılır.  1565-ci ildə I 
Təhmasib vilayətlərin hər birindən alınan təqribən 80 min tümənlik 
tamğa vergisini ləğv etdi. Bu dövrdə Təbriz, Gəncə, Ərəş, Ərdəbil, 
Culfa, Bərdə, Naxçıvan, Marağa, Dəpbənd  şəhərləri iqtisadi və 
siyasi-inzibati mərkəz idilər. Təbrizdə 300 min nəfər  əhali var idi. 
Səfəvi dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi 
şəhərin iqtisadiyyatını  zəiflətdi.  Şamaxı  Şirvanın iqtisadi və siyasi 
mərkəzi idi. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin 
hamısı Şamaxı və Ərəşdə mərkəzləşmişdi. 25 min nəfər əhalisi var 
idi. Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft 
göndərilirdi.  Ətrafında 500-ə  qədər neft quyusu var. Ərdəbildə 
tikilmiş  Şeyx Səfi məqbərəsinə ölkənin hər yerindən ibadətə 
gəlirdilər. I Şah Təhmasibin 1536-cı ildə toxutdurduğu “Şeyx Səfi 
xalçası” hazırda Londonun “Viktoriya və Albert” muzeyində 
saxlanılır. Ərəş Cənubi Qafqazda ipəkçiliyin iri mərkəzlərindən biri 
idi. XVI əsrin II və XVII əsrin I yarısında Gulfa beynəlxalq ipək 
ticarəti yolunun üstündə yerləşirdi. Culfa tacirləri ipəyi Şamaxıdan, 
Ərəşdən və Gilandan alır, Venesiyada Amsterdamda, Marseldə, 
Suriya, Türkiyə və Hindistanda satırdılar. 1581-ci ildə Culfada 3000 
ev vardı, 1520 min nəfər əhali yaşayırdı. Odubad, Naxçıvan, Əylis 
kimi  şəhərlərin mühüm ticarət  əhəmiyyəti var idi. Gəncə Qarabağ 
bəylərbəyiliyinin mərkəzi idi. Don Juan adı ilə Avropada yaşayan 


 
133 
tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin 
(225 min nəfər) yaşadığını qeyd edirdi. 
Xəzər-Volqa yolu ilə XVI əsrin ortalarından etibarən Rusiya 
dövlətinin Avropa və Asiya ölkələri ilə münasibətdə  əsas ticarət 
arteriyası rolunu oynamağa başladı. 1562-ci ildə Moskva şirkəti 
kəşfiyyatçı  və tacir Antoni Cenkinsonu Səfəvi dövlətinin  ərazisinə 
göndərdi. O, Şirvan bəylərbəyi Abdulla xan Ustaclıdan gömrüksüz 
və maneəsiz ticarət etmək imtiyazı ala bildi. İngilis tacirlərinin 
Azərbaycan bazarlarında möhkəmlənmək cəhdləri iflasa uğradı. 
Çünki rus tacirləri Rusiya çarından ingilislərin Volqa-Xəzər yolun-
dan istifadə etmələrinə son qoyulmasını  və onların ticarət 
imtiyazlarının ləğv edilməsini tələb edirdilər. Bu arzu həyata keçi-
rildi. 
Bu dövrdə Azərbaycanda 5 feodal zümrəsi var idi: şah və ha-
kim sülalə üzvləri, yarımköçmə  qızılbaş  hərbi  əyanları, ali şiə 
ruhaniləri, mülki bürokratiyanın yuxarı  təbəqəsi, qədim oturaq 
əyanlar.  Şah Səfəvi dövlətinin  ən iri torpaq sahibi idi. O, dövləti 
idarə edirdi. Qızılbaş tayfa əyanları həm mərkəzdə, həm də ucqar-
larda yüksək yer tuturdular. Siyasi və  hərbi işləri onlar idarə edir-
dilər. Xalq 50-yə  qədər vergi verməli və mükəlləfiyyət daşımalı 
idilər. I Təhmasibin və feodalların zülmündən narazılığı 1572-1573-
cü illərdə Təbrizdə üsyanla nəticələndi. Təbrizin yeni hakimi Yusif 
bəy Ustaclı  şəhər kubarları ilə danışığa başladı, razılıq andla rəs-
miləşdirildi, lakin yoxsul sakinlər bu sazişdən narazı qaldılar və 
üsyan yenidən başlandı. Qarabağın irsi hakiminin oğlu Söhrab bəy 
şahın  əmrinə  əsasən, hərbi hissə ilə  Təbrizə daxil oldu. Təbriz 
üsyanı 1573-cü ildə yatırıldı. Şah təbrizlilərə bəzi güzəştlərə getdi
sənətkarlardan alınan verginin məbləğini bağışladı. Təbrizi bütün 
divan vergilərindən azad etdi. Şəhər vergi toxunulmazlığı hüququ 
qazandı.  1615-1616-cı illərdə  Dəli Məlik  təxəllüslü Məlik Pirinin 
başçılığı ilə  Şirvanda böyük üsyan oldu. Az sonra Gəncə yaxın-
lığındakı  Dəngi vilayətinin  əhalisi də mübarizəyə qoşuldu. Dəli 
Məlik müvəffəqiyyətsizliyini görərək  1616-cı ildə Gürcüstanda 
gizləndi. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə