Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə38/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   34   35   36   37   38   39   40   41   ...   104

 
119 
yətdən  əl çəkməsini tələb etdi. Şah  İsmayıl Xorasana doğru 
hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi və Mərv qalasını 
möhkəmləndirib müdafiəyə hazırlaşdı. Şah İsmayıl 1 həftə uğursuz 
həmlədən sonra hiylə  işlətdi-Şeybani xanın qoşununu qaladan çı-
xarıb döyüşü səhrada keçirmək üçün ağıllı tatika etdi. Hiyləni başa 
düşən özbək sərkərdələri  Şeybani xanın Mərvdən çıxmasını  məs-
ləhət görmədilər, lakin Şeybani xan məsləhətə qulaq asmayaraq, 
qızılbaşları  təqib edərək çayı keçdi və  İsmayılın  əsas qüvvələri ilə 
üz-üzə gəldi. 1510-cu il dekabrın 1-də baş vermiş bu döyüşdə 10 
min nəfər özbək qoşunu qırıldı.  Şeybani xan özü də öldürüldü. 
Amudəryadan Fərat çayına qədər geniş ərazi İsmayılın hakimiy-
yəti altına keçdi. 
 
2. XVI-XVII əsr Səfə


 
120
saxlamaq üçün bu silahdan istifadə etməyi məsləhət görürdülər. 
Əlaqələr qarşılıqlı idi. 1507-1508-ci illərdə  Roma papası  və 
Venesiya ilə əlaqə yaradıldı. 1510-cu ildə Səfəvi diplomatı Əli bəy 
İtaliyaya getdi. Aralıq dənizi vasitəsilə  qərbdən silah gətirtdirə-
cəyinə əmin olmayan şah  Portuqaliya ilə əlaqəyə girib İran kör-
fəzi və Hind okeanı vasitəsilə  qərbdən  silah və artilleriya 
mütəxəssisləri gətirməyə çalışdı. Məqsədinə yetmək üçün Portuqa-
liyanın  İran körfəzində möhkəmlənməsinə mane olmadı. Bundan 
istifadə edən  Portuqaliya donanması  Hörmüzü  ələ keçirib Səfə-
vilərin Hind okeanına çıxış yolunu bağladı (gənc  şahın bu səhvini 
düzəltmək üçün onun varisləri  100 ildən çox vaxt sərf etməli 
oldular). I Sultan Səlim 1514-cü ilin yazında Ədirnədə fövqəladə 
divan çağırdı  və  məclisdə  qızılbaşlarla müharibə bütün müsəl-
manların müqəddəs vəzifəsi elan olundu. I Sultan Səlim 100 min 
nəfərlik avropasayağı  təşkil olunmuş qoşuna baxış keçirdi. Onun 
topxanası da var idi. Qızılbaşların isə 40 min nəfər döyüşçüsü vardı. 
I Sultan Səlim Çaysu çayını keçib Ərzincana daxil oldu. İsmayılın 
göstərişi ilə qızılbaşlar Azərbaycana geri çəkildilər. I Sultan Səlim 
Şah İsmayıla məktub göndərib döyüşə girmək niyyətində olduğunu 
bildirdi.  Şah  İsmayıl onu sultan və padşah kimi tanımadığını bil-
dirdi. Sultan başa düşdü ki, I Şah İsmayılın geri çəkilməsi düşünül-
müş taktikadır.  İsmayıl qışa qədər döyüşü yubatmaq, qışda sultan 
qoşununun xeyli hissəsini aclıqdan ölümə düçar etmək fikrində idi. 
Sultan Səlim  Şah  İsmayılın döyüşə girmək fikrini biləndən sonra 
Maku yaxınlığındakı Çaldıran düzünə doğru hərəkət etdi. 
Hücuma gecə keçməyi təklif edəndə Şah İsmayıl “Mən karvanbasan 
quldur deyiləm, qoy Allah bilən kimi olsun” - dedi (8, s. 407). 
1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu (3, 
s. 212). Üz-üzə gələn ordu ən ifrat din düşmənçiliyi ruhunda tərbiyə 
edilib bir-birinə qarşı qoyulan və  şəhid olmağa hazır olan silahlı 
fanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını idi, 
türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə  qələbəsi 
oldu. Səfəvilər 3 min itki verdilər, yaralanmış Şah İsmayıl ordunun 
salamat qalan hissəsi ilə mühasirə  həlqəsini yarıb-Təbrizə döğru 


 
121 
çəkildi. I Sultan Səlim onu təqib etdi və sentyabrın 6-da Təbrizi 
tutdu, lakin Şah  İsmayılın hiyləsindən ehtiyat edərək geri çəkildi. 
Çaldıran döyüşü nəticəsində Osmanlı dövləti Ərzurum  şəhəri ilə 
birlikdə Şərqi Anadoluya və Şimali İraqa yiyələndi. Bağdad daxil 
olmaqla Ərəb  İraqı  Səfəvilərdə qaldı. 1514-1515-ci illərin qışını 
Amasyada keçirən I Sultan Səlim  İstanbula doğru irəlilədi. 
Osmanlılar  Ərzincanı  işğal etdilər. Diyabəkir Səlimə  təslim oldu. 
Şah  İsmayıl  şəhəri geri almaq üçün Qara xanı göndərdi. Mühasirə 
bir ildən artıq davam etdi. 1516-cı ilin əvvəllərində  Mardinin 
cənubunda Qoçhisarda  həlledici döyüş Osmanlıların qələbəsi ilə 
qurtardı.  Şimalda Xarput və Bitlisdən Rakkiyə  qədər, cənubda 
isə Mosul Osmanlıların  əlinə keçdi. Təbriz alındıqdan sonra 
Osmanlılar burada 6 gün qala bildilər. Geri çəkilərkən bir neçə min 
sənətkar ailəsi İstanbula köçürüldü. I Sultan Səlim Azərbaycanı zəbt 
etmək cəhdi baş tutmadı.  Şah  İsmayılın ölümündən sonra oğlu I 
Təhmasib taxta çıxdı  (1524-1576). Qızılbaş  əmirləri mərkəzi 
hakimiyyətə itaətdən boyun qaçırırdılar. Osmanlılar bu vəziyyətdən 
istifadə etdilər. I Sultan Süleyman Qanuninin (1520-1266) haki-
miyyəti dövründə Azərbaycana dörd yürüş edildi. 1534-cü ilin 
yayında I Sultan Süleyman 100 min nəfərlik qoşunla Azərbaycana 
yürüş etdi. Təbriz işğal olundu. Sərt qış,  ərzaq çatışmamazlığı 
osmanlıları ölkəni tərk etməyə vadar etdi. I Süleyman 1535-ci ilin 
yazında II dəfə  Təbrizə yürüş etdi. Şah Təhmasib təbrizliləri 
ölkənin içərilərinə köçürdü, düşmən əlinə keçməmək üçün ot-ələfə 
od vurdular, mal-qara məhv edildi, şah özü isə  Sultaniyyəyə  çə-
kildi. Osmanlılar Təbrizə daxil oldular. Şah 2 dəfə danışıq üçün 
cəhd etdi. Lakin rədd edildi. Aclıq və  səfalət osmanlıları geri 
çəkilməyə məcbur etdi. Şirvanşah II Xəlilullahın dövründə (1524-
1535)  Şirvan hələ  də  Səfəvilərdən asılı idi. 1535-ci ildə II Xə-
lilullahın ölümündən sonra Şirvan  əyanları onun yaxın qohumu 
Şeyxşahın oğlu  Şahruxu taxta çıxardılar (1535-1538).  Şahruxun 
gəncliyindən istifadə edən  əyanlar Hüseyn bəy başda olmaqla 
hakimiyyəti əllərində cəmləşdirdilər. 1537-ci ilin sonlarında özünü 
Şivanşahın qardaşı  Məhəmməd Amin kimi tanıdan  Kələntərin 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə