Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə36/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   32   33   34   35   36   37   38   39   ...   104

 
112
hökmranlıq edən Cahanşah  Şeyx Cüneydin  Ərdəbildən çıxmasını 
tələb etdi. Cahanşahın köməyi ilə  Ərdəbildə  Səfəvi təriqətinə 
Cüneydin  əmisi  Şeyx Cəfər (1449-1470) başçı oldu. 1449-cu ildə 
Güneyd  Ərdəbili tərk etdi. O, Misiri, Suriyanı, Mesipotamiyanı 
gəzib bir neçə ildən sonra 20 min müridlə Kiçik Asiyaya-Diyar-
bəkirə qayıtdı, Uzun Həsənlə qohum oldu. 4 ilə yaxın Diyarbəkirdə 
qaldı.  1459-cu ildə Güneyd Ərdəbilə qayıtmaq istədi.  Şeyx Cəfər 
onu  Ərdəbilə buraxmadı.  1460-cı ilin martında Güneyd oradan 
Şirvana və Dağıstana yürüş etdi. Şirvanşah I Xəlilullah Cahanşahla 
ittifaqa girdi və  Dərbənd yaxınlığında Səfəvi qoşununun qabağını 
kəsdi.  Samur çayı sahilində döyüşdə  Səfəvilər məğlub oldular
Şeyx Güneyd öldürüldü. Müridlərin bir hissəsi  Ərdəbilə qayıtdı. 
Güneydin oğlu  Şeyx Heydər dayısı Uzun Həsənin qızı Aləmşah 
xatınla evləndi.  1470-ci ilin əvvəllərində Uzun Həsən  Ərdəbilə 
gəldi və  Şeyx Cəfəri qəyyum saxlamaqla Şeyx Heydəri təntənəli 
surətdə irsi taxtda oturtdu. Şeyx Heydərin vaxtında qızılbaşlar 
əvvəlki türkmən başlıqları əvəzinə 12 imamın şərəfinə başlarına 12 
qırmızı zolaqlı çalma qoyurdular. Ona görə onlara qızılbaşlar 
deyirdilər. Bu tədbirlər Şeyx Heydəri məşhurlaşdırdı. Şeyx Heydər 
Yaqub padşahın razılığı ilə  1483-cü ildə  Şirvana  və  Dağıstana 
yürüş etdi. 2-ci uğurlu yürüşü 1487-ci ildə oldu, bu Sultan Yaqubu 
qorxuya saldı. Ona görə də Heydərin Şirvana 3-cü yürüşü zamanı 
(1488)  Şarvanşah Fərrux Yasara kömək etdi, sərkərdəsi Süleyman 
bəy Bicanoğlunun komandanlığı ilə  qızılbaşlarla döyüşə qoşun 
göndərdi.  Şeyx Heydər cənuba-Tabasarana döndü. 1488-ci il iyu-
nun 9-da Şahdağın  ətəyində qanlı döyüş baş verdi. Hər iki tərəf 
xeyli itki verdi, Şeyx Heydər öldürüldü (8, s. 395). Yaqub padşah 
Ərdəbili və  Səfəvilərin başqa torpaqlarını  işğal etdi. O, Heydərin 
oğulları-Sultanəlini,  İbrahimi  və  hələ 2 yaşı olmamış  İsmayılı 
anaları ilə birlikdə  əsir aldı. Onlar 5 il Şiraz yaxınlığındakı  İstərx 
həbsxanasında qalmışlar. Uzun Həsənin nəvəsi Rüstəm şahzadələri 
həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini  Ərdəbilə 
qaytardı. Əhər yaxınlığındakı döyüşdə Rüstəm Mirzə və Sultanəli-
nin qoşunları Baysunquru məğlubiyyətə  uğratdı  və öldürüldü. Sul-


 
113 
tanəli qələbə ilə  Təbrizə qayıtdı. Səfəvi tərəfdarlarının güclən-
məsindən qorxan Rüstəm onlara qəsd təşkil etdi. Bundan xəbər tu-
tan Sultanəli qardaşları  və yaxın adamları ilə birlikdəTəbrizdən 
Ərdəbilə getdi. Rüstəm onların ardınca 5 min süvari göndərdi. 
Döyüş başlanana qədər (1494)


 
114
başçılıq edir, məhkəmə işlərini nizamlayırdı. Mərkəzi dövlət apara-
tında sonrakı yeri baş  vəzir tuturdu. O, daxili inzibati və xarici 
işlərə, dövlət gəlirinin hesablanmasına və maliyyə  işlərinə baxırdı, 
şahın möhürdarı, sahibi-divan idi. Ağqoyunlu və Qaraqoyunlu döv-
lətində hərbi-təşkilati işlər köçmə adəti (qoşun hissəsi ailə üzvləri 
ilə birgə olurdu) ilə bağlı idi. Qadınları çox səliqəli geyinir, at minir 
və onu məharətlə sürürdülər. Bu dövlətlərin imtiyazlı qvardiya 
dəstələrindən  əlavə, 100 min, Şirvanşahlar dövlətinin isə 60 minə 
qədər qoşunu vardı.  Dövlət (divan), sülalə (xass), xüsusi irs 
(mülk) və müsəlman ruhanilərin isə vəqf torpaqları var idi. Hərbi-
köçmə  əyanlara iqta əvəzinə irsən keçən  soyurqal torpaq 
paylanırdı. Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha 
geniş idi, onlar vergi toxunulmazlığı hüququna malik idi. 
Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər. 
Malcəhət (məhsul vergisi) Uzun Həsənin “Qanunnamə”sinə əsasən 
məhsulun  1/5  təşkil edirdi. Sudan istifadə müqabilində  bəhrə 
vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən  tamğa
bac vergisi,  əhalidən  can vergisi alınırdı.  XV  əsrin 30-80-ci 
illərində Cahanşahın, Uzun Həsənin, Sultan Yaqubun hakimiyyəti 
dövründə şəhər həyatı xeyli canlandı. Uzun Həsənin islahatı şəhər-
lərin yüksəlişi üçün rəsmi tədbir idi. Başlıca limana çevrilən Bakı 
şəhəri Moskva knyazlığı  və  Mərkəzi Asiya ilə ticarət  əlaqələrində 
əsas rol oynayırdı. Burada neft hasil olurdu, sikkəxana da var idi. 
Venesiya diplomatı A. Kontarini deyirdi ki, Şamaxı  məhsulların 
çoxluğuna görə  Təbrizdən üstün olmuşdu. Təbriz, Gəncə,  Ərdəbil 
və  Şamaxı mühüm toxuculuq mərkəzləri idi. Gəncədə ipəkqurdu 
yetişdirilirdi və ipək hazırlanırdı.  Şirvanın ipək parçaları dünyada 
tanınırdı. Təbriz və  Şirvan xalçaları, Təbriz dulusçuluq, ustaların 
yaratdıqları göy, mavi, ağ  və firuzəvi rəngli tikinti materialları bir 
çox ölkələrdə istifadə olunurdu. Misgərlik və  dəmirçilik peşələri 
inkişaf etmişdi. Mis qablar əhalinin məişətində  əsas yer tuturdu. 
Hətta, Uzun Həsənin sarayında qab-qacaq misdən idi. Azərbaycan-
Rusiya ticarət  əlaqələrində  Həştərxan mühüm rol oynayırdı. 


 
115 
Avropa ilə Asiyanı əlaqələndirən mühüm beynəlxalq karvan yolları 
Azərbaycandan keçirdi. 
Xalq hərəkatı. 1484-cü ilin yazında, Maku şəhərinin cənub-
şərqindəki  Sofi kəndində Qaraqoyunlu Topal Əhmədin başçılıq 
etdiyi kəndli çıxışları oldu. Ağqoyunlu Yaqub padşah 1484-cü ilin 
aprelində Qarabulaq kəndi yaxınlığında üsyançıları məğlub etdi, 
Topal Əhməd öldürüldü. 
Mədəniyyət.  XV  əsrdən etibarən ana dilində  şerə daha çox 
maraq göstərilirdi. Həbibi, Kişvəri, Cahanşah Həqiqi, Qasimi (“İşıq 
şüaları saçan”) təxəssülü ilə tanınan  Şah Qasım  Ənvar tanınmış 
şairlərdən idi. Kişvəri Təbrizinin lirik şeirləri, Xətai Təbrizinin 
“Yusif və Züleyxa” poeması, Həqirinin “Leyli və  Məcnun”u, Ni-
zami motivi üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai daha 
çox tanınırdı. Əbdülqadir Marağai muğamlar, mahnı və rəqs melo-
diyaları yaratmışdır. Rəssamlardan Əmir Dövlətyar, onun şagirdləri 
Əbdül Müsavar və b. məşhur idi. XV əsrdə Bakıda ucaldılan Şir-
vanşahlar sarayı kompleksinin binalarından biri divanxanadır
Şirvanşahlar sarayı kompleksində qabarıq təsvirlərdən, yazılardan 
ibarət olan “Bayıl daşları”nın tərtibatı, Mərdəkan qalası kitabəsi 
və s. diqqəti xüsusilə  cəlb edir. Qaraqoyunlu Cahanşahın  əmri ilə 
1465-ci ildə  Təbrizdə  “Göy məscid” tikilmiş, onun divarları  və 
üstü mərmərdən və mavi kaşidan hörülmüşdü. Ağqoyunlu hökmdarı 
Yaqub padşah 1483-cü ildə Təbrizdə “Həşt-behişt” adlanan böyük 
bir saray kompleksi tikdirmişdi. Bu sarayın kitabxanası, məscidi, 
min çarpayılıq şəfa evi, cıdır meydanı və xiyabanı var idi. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə