109
larına davam gətirə bilmədilər və məğlub oldular (8, s. 378). 1474-
cü ilin aprelində kürdlər Venesiya diplomatı İosafat Barbaronu və
onunla Ağqoyunlu elçilərini qarət etdilər. Hacı Məhəmməd başda
olmaqla Ağqoyunlu elçiləri öldürüldü. Həmin ilin mayında Şirazda
Uzun Həsənin böyük oğlu, Şirazın varisi Uğurlu Məhəmmədin
başçılığı ilə iri feodalların qiyamı başladı. Belə feodallardan biri
3000 nəfərlik süvari ilə Təbrizə hücum etdi. Hökmdarın oğlu
Maqsud bəy öz süvari dəstəsi ilə köməyə gəldi və Təbrizin
təhlükəsizliyi təmin olundu. Uzun Həsən isə Şirazda oğlunu məğlub
etdi, ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı.
Sultan Uğurlu Məhəmmədi təntənə ilə qarşıladı, qızı Gövhərxan
Sultanı ona ərə verdi. Onların bir oğlu oldu-Gödək Əhməd. II
Mehmet Uğurlu Məhəmmədə hərbi qüvvə verib onu Sivasa-Azər-
baycanla Osmanlı sərhədinə hakim təyin etdi. Uzun Həsən isə
oğlunu tutub Təbrizdə edam etdirdi. Osmanlı sultanı Sivasda olan
qızını və nəvəsini İstanbula gətirdi.
İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq
müqaviməti, ümumxalq narazılığı-bütün bunlar Ağqoyunlu dövlə-
tinin dağılmasını yaxınlaşdırdı. Uzun Həsən 1474-1477-ci illərdə
Gürcüstana yürüş etdi. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi
VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi
Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun
Həsəndən sonra onun oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı.
O, Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini
daha da möhkəmləndirdi. Lakin Ərdəbil hakimliyinin möhkəm-
lənməsi onun üçün təhlükə yaratdığına görə hər iki tərəf arasında
ziddiyyət başlandı. Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu
Baysunqur (1490-1492) taxta çıxdı. İlk vaxtlar Ağqoyunlu dövlə-
tini Baysunqurun adından idarə edən Sufi Xəlil bütün rəqiblərinə
qalib gəldi. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy
Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı.
1491-ci ilin yayında Van yaxınlığındakı döyüşdə Sufi Xəlil
məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura to-
xunmayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı .
110
1492-ci ildə Əbih Sultan Sufi Xəlil tərəfindən dustaq edilən
Rüstəm Mirzəni (Uzun Həsənin nəvəsi) Əlincə qalasından xilas
etdi, onun namizədliyini irəli sürdü. 1492-ci il mayın əvvəllərində
Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu
ilə döyüşə getdi. Rüstəm Mirzə qalib gəldi. Bicanoğlu Diyarbəkirə
çəkildi və orada öldürüldü. Baysunqur Şirvana, Fərrux Yasarın
yanına qaçdı. 1492-ci il mayın sonunda Rüstəm Təbrizdə Ağ-
qoyunlu taxtında oturdu. Ağqoyunlu dövlətini Əbih Sultan idarə
edirdi. XVI əsr tarixçisi Həsən bəy Rumlu yazır ki, 100 il ərzində
Qaraqoyunlu və Ağqoyunlu padşahlarından heç biri Rüstəm padşah
qədər soyurqal paylamamışdı. Lakin o, 5 il ( 1492-1497) Ağqoyunlu
dövlətini idarə etsə də, iri köçmə feodallar qüvvətləndilər və
mərkəzi hakimiyyətə tabe olmaq istəmədilər. 1492-ci ilin sonunda
hakimiyyətdən devrilmiş Baysunqur, babası Fərrux Yasarın köməyi
ilə Bərdə-Gəncə arasında Rüstəmə qarşı döyüşə girdi, lakin məğlub
oldu. Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər
yaxınlığında məğlubiyyətə uğradı, özü isə öldürüldü. Rüstəm
padşah soyurqal torpaq paylamaqla köçmə əhalini özünə qarşı
qaldırdı. Bundan istifadə edən Gödək Əhməd Ərzincana gəldi və
Əbih Sultanın başçılığı ilə köçmələrin bir hissəsi onunla birləşdilər.
1496-cı ilin yayında Gödək Əhməd Azərbaycana hücum etdi.
Sultaniyyə yaxınlığında Ağqoyunlular məğlub oldu. Gödək
Əhməd 1496-cı ilin sonunda Naxçıvan yaxınlığında Rüstəm
Mirzənin əsas hərbi qüvvələrini məğlub etdi, özünü də əsir aldı. O,
1497-ci ildə Təbrizə daxil oldu və Ağqoyunlu taxtına çıxdı (8, s.
384). Gödək Əhməd Əbih Sultandan ehtiyat etdiyi üçün Kirman
mahalını ona bağışladı. O, bir sıra vergi islahatları keçirdi, şəriətdə
göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etdi.
Gödək Əhmədin daxili siyasətinə qarşı bəzi əyanlar İran İraqında və
Farsda qiyamlar qaldırdılar. 1497-ci il dekabrın 13-də İsfahan
yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən
7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail olmadı.
Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin
dekabrında Muradı (1497-1498) Qum şəhərində Ağqoyunlu
111
hökmdarı elan edərək, onun adından pul kəsdirdi. Murad Əbih
Sultandan asılı olmaqla Ağqoyunlu dövlətini, qardaşı Məhəmməd
Mirzə isə Muradın vassal asılılığını qəbul etməklə Yəzdi idarə
etməyə başladılar. 1499-cu ilin sonunda Muradın əmisi oğlu
Əlvənd Təbrizi ələ keçirdi. Ağqoyunlu taxtı uğrunda 2 güclü varis-
Murad və Əlvənd arasında mübarizə kəskinləşdi. 1500-cü ilin
əvvəllərində dərviş Baba Xeyrullahının köməyi ilə Təbriz yaxınlı-
ğında Əbhər adlanan yerdə onların arasında sülh sazişi imzalandı.
Bu müqaviləyə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkir,
Azərbaycanın Kürdən cənubdakı hissəsi və Qarabağ Əlvəndə,
bütün Ərəb İraqı, Fars və Kirman isə Murada çatdı. Bu
parçalanma Ağqoyunlu dövlətinin süqutuna gətirib çıxardı (8, s.
385-386).
Ərdəbil hakimliyi. XIII əsrdə monqolların işğal etdikləri
ərazidə kortəbii sufi dərviş təriqəti (orden və ya məktəbi) yarandı.
Onlardan biri Ərdəbil şəhərində yaranmışdı. Ordenin və şeyxlər
sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəvi-
əl-Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. Səfəvilər Azərbay-
canda və Şərq ölkələrində yaranmış ağır vəziyyətin səbəbini XIV-
XV əsrlərdə bu yerlərdə hökm sürən sünnilik təriqətində görürdülər.
Məhz buna görə də sünnilik əleyhinə ümumxalq mübarizəsi
aparılması və şiə tərəfdarlarının hakimiyyətə gəlməsi üçün şərait
yaradılmalıdır. Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz
tərəflərinə çəkərək, hakimiyyət uğrunda mübarizəni genişləndirir-
dilər.Bu mübarizə Şeyx Səfiəddin İshaqdan sonra Səfəvilərin gör-
kəmli başçıları Şeyx Cüneydin, Şeyx Heydərin, Şeyx Sultanəlinin,
Şah İsmayılın (1487-1524) dövründə daha kəskin xarakter aldı və
Səfəvi dövlətinin yaranması üçün lazımi şərait yarandı. Səfəvilərin
Ərdəbil hakimliyi dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda
hakimiyyət dövrü isə 1736-cı ilə qədərdir. Ərdəbil hakimliyi
mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasının rüşeymi
olmuşdur. XV əsrin II yarısında Muğanın bir hissəsi, Qarabağ
və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları
onların təsiri altına düşdü. Azərbaycanın cənubunda Qaraqoyunluda
Dostları ilə paylaş: |