116
VIII FƏSİL
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ
Plan:
1. Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun
yeri.
2. XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri.
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı.
1. Səfəvilər dövlətinin yaranması
və Azərbaycan tarixində onun yeri
Ağqoyunluların zəiflədiyi bir şəraitdə ölkədəki pərakəndəliyi
aradan qaldırmaq və Azərbaycan torpaqlarını siyasi cəhətdən birləş-
dirmək zərurəti yaranmışdı. Səfəvilər xalqı öz tərəflərinə çəkmək
üçün ədalətli qaydalar vəd edirdilər. Xalq şiəlik hərəkatina öz xi-
laskarı kimi baxır və Səfəvilərin hakimiyyət
uğrunda mübərizəsinə
yardımçı olurdular.
İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür. I dövr-
XIII əsrin sonlarından 1447-ci ilə qədər davam edir. Bu dövrdə
Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına baş-
çılıq etməyə çalışırlar. Lakin bu dövrdə Səfəvilərin hakimiyyəti
Ərdəbil mahalından kənara çıxmır.
II dövr - 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müs-
təqil ruhani feodalları kimi təqdim edir və Azərbaycanın siyasi
həyatında mühüm rol oynayırlar.
III dövr - 1501-1587-ci illər. Həmin
illərdə Səfəvilərin haki-
miyyəti yaranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi
və mədəni həyatında mühüm rol oynayırlar.
IV dövr isə 1587-1736-cı illəri əhatə edir. Bu dövrdə Səfəvi
dövlətinin mərkəzi Təbrizdən İsfahana köçürülür. Dövlətin mahiy-
yəti dəyişilir. Bu bölgü əsasında belə nəticəyə gəlirik ki,Səfəvilərin
Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər,
bütün Azərbaycanda
117
hakimiyyət dövrü isə 1736-cı ilə qədər götürülməlidir. Göründüyü
kimi, Səfəvilərin hakimiyyəti Ərdəbil dövründən başlanır. Həmin
dövr ona görə maraq döğurur ki, bu kiçik ruhani feodallığı 80 ildən
artıq bir dövrdə Azərbaycan feodal dövlətlərinin istinadgahı olmaq-
la, onların birləşdirilməsində mühüm rol oynamışdır. Məhz Səfə-
vilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin
yaradılmasında rüşeym olmuşdur (8, s. 393-394).
1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdə-
bilə yola düşdü. Onu Səfəvi sərkərdələri müşayiət edirdi. İsmayıl ilk
növbədə
Şirvanşahlar dövlətinə zərbə vurmaq
istəyirdi, çünki
Təbrizə hücum etməklə dərhal
3 düşmənlə-Ağqoyunlu Əlvənd
Mirzə və Muradla, onları müdafiə edən
Fərrux Yasarla toqquş-
malı olardı. Bu halda qələbə şübhəli idi.
1500-cü ilin payızında
qızılbaş qoşunu Kürü keçib,
Şirvan ərazisinə daxil oldu. Fərrux
Yasar Şirvanı müdafiə etməkdə acizlik göstərərək Qəbələyə qaçdı.
1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər aralı,
Cabanı
adlı yerdə döyüşdə Şirvanşahlar məğlub oldu,
Fərrux Yasar
öldürüldü. Döyüşdən sağ çıxan oğlu
İbrahim Şeyx Şah isə Gilana
qaçdı. Şirvanşahlar xəzinəsi və möhtəşəm Şirvanşahlar sarayı
Bakıda yerləşirdi. Qala (İçərişəhər) 4 tərəfdən xarici aləmlə bağlı
idi. 3-ü dənizə, 1-i isə quruya çıxırdı. Qalanı dərin xəndəklər
müdafiə edirdi.
1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ
keçirmək üçün sərkərdələri
Məhəmməd bəy Ustaclı və İlyas bəy
Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını tələb
etdilər. Fərrux Yasarın oğlu
Qazı bəy Şirvanın dağlıq yerlərində
müqavimət göstərdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O
verilən təklifi rədd etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi
məsləhət görən Bakı darğası Əbdül Fəttahı edam etdirdi. Müqa-
viməti görən İsmayıl
1501-ci ilin yazında ən yaxşı sərkərdəsi
Hadim bəyi Bakıya göndərdi. Sonda
özü gəldi və onun əmri ilə
qızılbaşlar qala divarları altından lağım atıb bürclərdən birini
uçurduqdan sonra şəhərə daxil oldular.
İsmayıl buradan
Gülüstan
qalasına doğru irəlilədi. Qala güclü müdafiə olunurdu. İsmayıl
qoşunu geri çəkdi. O, Ağqoyunlu Əlvəndin Təbrizdən güclü qüvvə
118
ilə yürüşə başlaması xəbərini almışdı. İsmayıl və əyanlar Təbriz
taxtını Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini
qurmağı başlıca vəzifə hesab edirdilər.
1501-ci ilin ortalarında
Şərur düzündə həlledici döyüş oldu. Əlvənd sayca üstün olan
qoşununun qaçmaması üçün dəvələri bir-birinə zəncirləyərək bir
dairə yaradıb qızılbaşları ora salıb əzmək istəyirdi,
lakin bu tədbir
özünə qarşı çevrildi. Əlvənd Ərzincana qaçmaqla xilas oldu.
Bundan sonra
1501-ci ilin payızında İsmayıl təntənə ilə
Təbrizə
daxil oldu və özünü
şah elan etdi (
1501-1524), adına xütbə
oxutdurdu, sikkə zərb etdirdi və Azərbaycan taxt-tacına yiyələndi.
Beləliklə, paytaxtı
Təbriz olmaqla
Azərbaycan Səfəvi dövlətinin
əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkil
edirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol
oynayırdı. Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu.
Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmada
Azərbaycan dili işlədilirdi (8, s. 403).
Azərbaycan ədəbi dilinin
inkişafında
Şah İsmayılın rolu müstəsnadır.
1503-cü ilin yazında
Şah İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına
göndərib
Səfəvilərlə Ağqoyunluların qohum olduğunu xatırlatdı və tabe
olmasını tələb etdi və ona Əcəm İraqını vəd etdi. Lakin rədd cavabı
aldı. İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq Qızılüzən
çayını keçdi və Həmədan yaxınlığında
Almaqulağı adlı yerə çatdı.
1503-cü il iyunun 21-də baş vermiş döyüşdə 70 minlik qoşunu olan
Ağqoyunlular məğlub oldular. Şiraza qaçan Muradı
Şah İsmayıl
təqib edərək İranın içərilərinə doğru irəlilədi,
Şirazı müqavimətsiz
ələ keçirdi. Ağqoyunlu dövlətinin 2-ci qoluna son qoyuldu. İsmayıl
İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi. Həmin ildə Şah
İsmayıl
Qumu, Kaşanı və
İsfahanı tutdu,
1504-cü ildə Yəzdə və
Kirmana yiyələndi,
1508-1510-cu illərdə Şah İsmayıl,
Xorasan
istisna olmaqla, bütün
İranı və Ərəb İraqını tabe edərək öz
hakimiyyəti altında birləşdirdi (3, s. 208).
Səfəvi dövləti şərqdə
Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu ilə
həmsərhəd oldu.
1507-1508-ci illərdə Şeybani xan Xorasanı
tutmuş və İsmayıla göndərdiyi məktubda tabe olmasını, hakimiy-