Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə45/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   41   42   43   44   45   46   47   48   ...   104

 
140
natura ilə alınan vergiyə deyilirdi. Səvari-əhalinin hakim sülalənin 
üzvlərinə, sərkərdələrə, yeni fəth edilmiş yerlərə (ya Novruz 
bayramı münasibətilə) tanınmış adamlara göndərilən hədiyyə idi-
növruzi  adlanırdı.  Tərh-dövlətə  və ya feodala lazım olan malın 
bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz-hakimiy-
yətin nisbətən aşağı pilləsində xidmət edən  şəxslər üçün verilən 
vergi idi. Cizyə-xristianlardan alınırdı. Kəndlinin feodal və ya döv-
lətin nəfinə zorla, havayı işləməsi biyar adlanırdı. Biyardan suvar-
ma şəbəkəsində və dövlətin digər işlərində geniş istifadə olunurdu. 
Bütün ailə üzvləri növbə ilə ildə 2 gündən 6 günə  qədər biyara 
getməli idi. Tüstü pulu və s. alınırdı. Bütün bunlar əhali içərisində 
narazılığa səbəb olmuşdu. 
XVII əsrin ortalarından başlayaraq şəhərlər yenidən keçmişdə 
olduğu kimi, sənətkarlıq, ticarət, mədəniyyət mərkəzlərinə 
çevrilməkdə idi. 60-70-ci illərdə  Təbriz öz ərazisinə, zənginliyinə, 
ticarətinə  və  əhalisinin sayına görə 2-ci şəhərə çevrilmişdi.  Əha-
lisinin sayı 500 minə çatırdı, 47 mədrəsə, 600-ə qədər ibtidai mək-
təb, 320 məscid,  Əlişah məscidi kompleksi (qacarlar dövründə 
qalaya çevrildiyindən Ərk adland.), 200-ə yaxın karvansara, 7 min 
dükan var idi. Gəncə  ən iri şəhərlərdən biri sayılırdı. 1667-ci il 
yanvarın 4-də  Şamaxıda baş vermiş  zəlzələdə  əhalinin 70 mindən 
çoxu həlak oldu. Lakin şəhər bərpa edildi. Şamaxıda ipək toxuyan 
emalatxanalar işləməyə başladı.  Şəhərin yaxınlığında Mücü kən-
dində ipəksarıyan və ipəktoxuyan dəzgahlar hazırlanırdı. Bakı 
şəhər-qala idi. Bakı kvadrat formada olub, iç-içə qaladan ibarət idi. 
Şəhərin qərbində minarəsiz məscid vardı. 3 yerdən darvazası vardı. 
Liman  şəhər kimi məşhur idi. Tranzit ticarətində mühüm rol 
oynayırdı.  Ərdəbil  şəhəri ticarət yolu üzərində yerləşir, külli miq-
darda xam ipək istehsal edir, beynəlxalq ticarətdə mühüm yer 
tuturdu. Dərbənd coğrafi mövqeyinə görə hərbi şəhər idi. Marağa öz 
meyvələri, üzüm bağları ilə  məşhur idi. Müqəddəm tayfası Ma-
rağada yerləşəndən sonra əhali vergilərdən azad edilmişdi.  Əsrin 
ortalarında Marağada 7 min ev var idi. Əhər öz təbii zənginliyi və 
inkişaf etmiş  əkinçiliyi ilə tanınırdı. Naxçıvanda 5 karvansara, bir 


 
141 
neçə hamam, ticarət mərkəzi, qəhvəxana, 2 min ev vardı. Əsrin so-
nunda Naxçıvanın iqtisadi, ticarət və  mədəni həyatı  zəifləmişdi. 
Ordubadın b. şəhərlərlə, həmçinin xariclə geniş ticarət və digər 
əlaqələri vardı. Culfanın həyatı XVII əsrdə müharibələr nəticəsində 
faciəli olmuşdu. Əsrin 60-cı illərində əhali şəhərin yalnız şimal-qərb 
hissəsində məskunlaşmışdı. 70-ci illərdə cəmi 30 ev qalmışdı. 
XVII  əsrin II yarısında Azərbaycanda  şəhər  əhalisinin  sosial 
tərkibi  aşağıdakı qruplara bölünürdü: 1.Feodal zümrəsi, hərbi 
feodallar, mülki bürokratiya, ali ruhani, iri, orta və kiçik 
torpaq sahibləri. 2.Ticarətlə  məşğul olan iri, orta və kiçik 
tacirlər. 3.Sənətkarlar. 4.Şəhərətrafı torpaqların becərilməsi və 
maldarlıqla məşğul olan əkinçilər. 
Şəhərlərdə bütün hakimiyyət iri torpaq sahibi olan bəylər-
bəyinin əlində idi. Hər bir şəhər mərkəzi hakimiyyətin, yerli torpaq 
sahibliyinin səlahiyyətini öz əlində  cəmləşdirən mülki bürokratiya 
fəaliyyət göstərirdi. Bu 2 təbəqə kübarlar adlanırdı. Ali din xadim-
lərinin sərəncamında vəqf qəyyumu kimi bütöv kəndlər, su 
mənbələri və s. vardı. Feodal zümrəsi içərisində say hesabı ilə yerli 
əyanlar üstünlük təşkil edirdilər. Bu təbəqə ölkənin idarə olunma-
sında həlledici rol oynayırdılar.  Şəhərdə  sənətkarlar və tacirlər də 
mühüm yer tuturdular. Tacirlər həmişə həm mərkəzi, həm də yerli 
hakimiyyətin möhkəmlənməsini istəyirdilər. Sənətkarlar  şəhər 
əhalisinin təbəqələri içərisində çoxluq təşkil edirdilər.  Şəhərlərin 
əkinçi  əhalisi maldarlıqla məşğul olurdu. Şəhərin başında bəylər-
bəyi, xan və sultan rütbəsi olan hakim, həmçinin məlik dururdu. 
Maliyyə  işlərinin qaydaya salınması, dövlət xəzinəsinin doldurul-
ması  vəzirin səlahiyyətinə daxil idi. Vəzir dərəcə etibarılə  bəylər-
bəyidən aşağı olsa da müstəqil fəaliyyət göstərirdi. O, mərkəzi 
hakimiyyət tərəfindən təyin edilirdi və birbaşa ona tabe idi. Darğa 
şəhərdə asayişi qoruyur, şəriət normalarına riayət olunmasına 
nəzarət edir, hakim təbəqələrin göstərişlərinə əməl edirdi. Məhkəmə 
işlərinə bir qayda olaraq qazı baxırdı. Bəzi  şəhərlərdə qazının 
vəzifəsini rütbəcə ondan yuxarı olan şeyxülislam yerinə yetirirdi. 
Böyük  şəhərlərdə  məhkəmə  işlərinə  hər ikisi baxırdı. Sənətkar və 


 
142
tacir təbəqəsinə vergi qoyulması, daxili problemlərin qaydaya 
salınması ilə kələntər məşğul olurdu. Sənətkarlıq və ticarətin hər bir 
sahəsində ona naib kömək edir di. Azərbaycanda ayrı-ayrı  sənət-
karlıq məmulatlarının hazırlanması üzrə ixtisaslaşma gedirdi. 44-
dən çox sənət və peşə növü vardı. Yeni istehsal sahələri-çini qablar 
və pəncərə şüşəsi istehsalı yaranır, odlu silah istehsalı genişlənirdi. 
Onlarla müxtəlif növ parçalar toxunurdu. Şirvan xam ipək 
istehsalında Yaxın və Orta Şərqdə Gilandan sonra II yer tuturdu. 
Xam ipək Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə  də hasil 
edilirdi. Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Marağa, Ərəş, Mərənd, 
Xoy, Ordubad da əhəmiyyətli toxuculuq mərkəzləri hesab 
olunurdular. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məx-
mər, atlaz, nazik ipək parçalar, qumaş, çalma, Ərdəbil tafta, darayı, 
kələğayı, adi və  zərbaf çadralar, Bakı qumaş parçalar hazırlan-
masında ixtisaslaşmışdı. Xarici bazarlarda əla Quba xalçalarına 
tələb vardı. Abşeron, Qarabağ, Naxçıvan da bu sahədə geri qal-
mırdı. Polad, mis, qızıl, gümüş  məmulatı istehsalında Azərbaycan 
ustaları dünya şöhrəti qazanmışdılar.  Şamaxı  və Lahıcda mis 
məmulatı, silah və zirehli geyimlər hazırlanırdı. Ağacişləmədə daha 
çox nəzərə çarpan nəccarlıq (ərəb. dülgər, xarrat) idi. Ərdəbildə, 
Şəkidə ipək parçalar, ipək tikmələr, ipək və yun qurşaqlar, mis 
qablar, ağacdan  şəbəkə,  əmək alətləri, məişət  əşyaları  və s. 
hazırlanırdı. Gəncə yaxınlığında hasil edilən misdən yerli ustalar 
naxışlı qab-qacaq düzəldirdilər. Sənətkarlar 3 qrupa bölünürdü: 1. 
Fərdi fəaliyyət göstə rənlər; 2. Xüsusi təşkilatlarda birləşənlər; 3. İri 
feodal emalatxanalarında işləyənlər. Hər bir sənətkar sənət vergisi 
ilə yanaşı,  şəhər  əhalisinin aşağı  təbəqəsi kimi vergi verməli, 
mükəlləfiyyətlər daşımalı idi. Təbrizdə 15 min dükan vardı. Oradakı 
bazar bütün Asiyada ən böyük bazar idi-“Qeysəriyyə” bazarı. 
Naxçıvan, Ərdəbil, Bakı, Ordubad şəhərlərində ticarət də müstəsna 
rol oynayırdı. Həftədə bir dəfə alver həftəbazarda gedir. Böyük 
hərbi  əməliyyatlar aparılan vaxtlarda ordubazarlar təşkil olunurdu. 
Ordubazarlarda asayişə ordubəyi nəzarət edirdi. Burada malların 
qiyməti sülh vaxtı başqa bazarlardan yüksək olurdu. Qələbə qaza-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə